Dəmiryol infrastrukturunun saxlanması qaydaları müəyyən edilib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Ümumi istifadədə olan dəmiryol nəqliyyatının infrastrukturunun saxlanması və ondan istifadə Qaydaları" təsdiq edilib.
Milli.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, dəmiryol nəqliyyatında fəaliyyətin və hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə infrastrukturun texniki cəhətdən saz vəziyyətdə olması təmin edilməli, o cümlədən texniki baxışlar keçirilməli, təmir rejimlərinə, istismar qaydalarına riayət olunmalı, həmçinin ölçmə və nəzarət vasitələri daim işlək vəziyyətdə olmalıdır.
İnfrastrukturun saxlanmasında qabaqcıl təcrübədən istifadə edilməklə ağıllı nəqliyyat sistemləri, rəqəmsal dispetçer idarəetməsi və avtomatlaşdırılmış monitorinq vasitələri tətbiq edilə bilər.
İnfrastrukturun saxlanması infrastruktur sahibinin təsərrüfat fəaliyyətindən əldə olunan vəsaitlər, o cümlədən infrastrukturun istifadəyə verilməsindən əldə edilən gəlirlər və qanunla qadağan edilməyən digər mənbələr hesabına həyata keçirilir.
Ümumi istifadədə olan dəmiryol infrastrukturu ilə əlaqəli olan qeyri-ümumi istifadəli dəmiryol nəqliyyatının infrastrukturu həmin infrastrukturun sahibi tərəfindən saz vəziyyətdə saxlanılmalıdır.
İnfrastrukturdan bərabər, maneəsiz və ayrı-seçkilik qoyulmadan istifadə imkanı təmin edilməlidir.
Qeyri-ümumi istifadəli dəmiryol xətlərindən ümumi istifadədə olan dəmiryol xətlərinə çıxış "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə razılaşdırılır.
İnfrastrukturdan istifadəyə görə xidmətlər qanunvericiliklə müəyyən edilmiş qaydada infrastruktur sahibi ilə müvafiq olaraq daşıyıcı, yükgöndərən, yükalan və ekspeditor, qeyri-ümumi istifadəli dəmiryol sahibləri və digər fiziki və hüquqi şəxslər (bundan sonra - infrastrukturdan istifadə edən subyektlər) arasında bağlanılan müqavilə əsasında göstərilir.
İnfrastrukturdan istifadə edən subyektlər:
infrastrukturdan istifadə qaydalarına və hərəkətin təhlükəsizliyi tələblərinə əməl etməli;
ətraf mühitə zərər vuran fəaliyyətə yol verməməli;
infrastrukturdan istifadəyə görə ödənişləri vaxtında həyata keçirməli;
infrastrukturdan istifadə ilə bağlı zəruri məlumatları infrastruktur sahibinə düzgün və vaxtında verməlidir.
İnfrastrukturdan istifadə nəticəsində əldə olunan gəlirlər infrastruktur sahibinin sərəncamında saxlanılır və həmin vəsait müvafiq fəaliyyətin göstərilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə olunur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Nərmin Əhmədova yüksək vəzifəyə təyin EDİLDİ
-
İçkiyə ən çox bu rayonumuz pul xərcləyir - SİYAHI
-
Dəmiryol infrastrukturunun saxlanması qaydaları müəyyən edilib
-
QHT nümayəndələri Nazirliyin publik qurumlarında vakant vəzifələrin tutulması üçün keçirilən imtahanı izləyiblər - FOTO
-
Paytaxtda tıxac yükü artır - Mütəxəssislər xəbərdarlıq edir
-
Baş nazirdən MÜHÜM QƏRAR
XƏBƏR LENTİ
-
Əhliman Əmiraslanov və Abel Məhərrəmova vəzifə verildi
-
Pensiya və maaşı istənilən bankdan almaq mümkün olacaq
-
Xameneinin dəfninin vaxtı açıqlandı
-
Narkotik qaçaqmalçılığı planı ifşa olundu
-
Nərmin Əhmədova yüksək vəzifəyə təyin EDİLDİ
-
Sabah bu ərazilərdə qaz OLMAYACAQ
-
Uşaq Filarmoniyasında “Nağılın qonağında” adlı musiqili-poetik konsert keçirilib - FOTO
-
12 il fərqlə iki qohum eyni çayda öldü - FOTO
-
50 yaşlı türk aktrisa FOTOları ilə gündəmdə
-
İçkiyə ən çox bu rayonumuz pul xərcləyir - SİYAHI
-
Dəmiryol infrastrukturunun saxlanması qaydaları müəyyən edilib
-
QHT nümayəndələri Nazirliyin publik qurumlarında vakant vəzifələrin tutulması üçün keçirilən imtahanı izləyiblər - FOTO
-
Nadirin Moskvada başına İŞ GƏLDİ: "Ağladım" - VİDEO
-
Paytaxtda tıxac yükü artır - Mütəxəssislər xəbərdarlıq edir
-
Tarkanın konsertində bu hərəkəti BƏYƏNİLDİ - VİDEO
-
Tramp: "İran nüvə silahından imtina etməyə hazırdır"
-
Baş nazirdən MÜHÜM QƏRAR
-
Paytaxtda zəncirvari qəzada xəsarət alanların son vəziyyəti - VİDEO - YENİLƏNİB
-
Kamil Zeynallının qızı ilə VİDEOsu KÖVRƏLTDİ
-
Əməkdar artistin səhhətində problem yarandı - FOTO
-
"Liverpul"un keçmiş ulduzu 31 yaşında karyerasını BİTİRDİ
-
"Turan Tovuz" Şəhriyar Əliyevi göndərdi
-
DYP-dən parklanma qaydaları ilə bağlı AÇIQLAMA - FOTO
-
"Toya gəlməsən də pulu kartıma at deyir"





