Cəmiyyət

Bakı-Gəncə-Bakı sürət qatarının hərəkət cədvəli dəyişir

24 Noyabr 2019 10:22
0 Şərh     Baxış: 3 356
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı-Gəncə istiqamətində qatarların hərəkət sürəti artırıldığı üçün bu gündən Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının hərəkət cədvəli dəyişdiriləcək.

"Azərbaycan Dəmir Yolları" QSC-dən Milli.Az-a verilən məlumata görə, qatarların Bakıdan və Gəncədən yola düşmə vaxtı isə olduğu kimi saxlanılacaq. Yeni qrafikdə qatarın yolda olma müddəti 4 saat 15 dəqiqədən 3 saat 45 dəqiqəyə enəcək. Bununla da sərnişinlər mənzil başına 30 dəqiqə tez çatdırılacaq.

Qeyd edək ki, qatarın sürətinin 135 km/saata qaldırılması yolda olma müddətini də qısaldıb. Buna nail olmaq üçün Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir və yenidənqurma işləri aparılıb. Yol təsərrüfatı və işarəvermə qurğuları ən müasir tələblərə uyğun işlənməsi, yol yatağının dəyişdirilməsi, elektrik təchizatı sahəsində təmas şəbəkəsinin yenilənməsi və müasirləşdirilməsi qatarların sürətinin artırılmasına şərait yaradıb.

Sürət həddinin artması ilə əlaqədar olaraq, "Azərbaycan Dəmir Yolları" QSC vətəndaşlardan təhlükəsizlik qaydalarına daha ciddi riayət etmələrini, yolu yalnız müəyyən olunmuş yerlərdən keçmələrini xahiş edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.