Nazirlər Kabinetinin Mətbuat xidmətinin yeni rəhbəri köhnə işindən ayrılıb? - AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Nazirlər Kabinetinin Mətbuat xidmətinə yeni rəhbər təyin olunan İbrahim Məmmədov təyinatdan öncə "ARB Media Qrup"da rəhbər vəzifədə çalışır və eyni zamanda analitik verilişin aparıcısı idi.
Bəs bu yeni təyinatdan sonra onun telekanalla əməkdaşlığı davam edəcəkmi?
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən "ARB Media Qrup"un mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli, ilk olaraq, bütün ARB kollektivi adından İbrahim Məmmədovu Baş nazirin sərəncamı ilə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri təyin olunması münasibətilə təbrik edib:
"İbrahim Məmmədovu yeni vəzifəyə təyin olunması münasibətilə "ARB Media Qrup" adından təbrik edir, işində uğurlar arzulayırıq. Bu, həmkarımıza göstərilən yüksək etimaddır və biz də əminik ki, İbrahim Məmmədov bu işin öhdəsində də uğurla gələcək.
"ARB Media Qrup"dakı fəaliyyətə gəlincə, bildirmək istəyirik ki, İbrahim müəllim telekanalımızda işini davam etdirəcək və eyni zamanda analitik verilişin müəllifi kimi efirdə olacaq. "ARB Media Qrup"da bu cür təcrübə var. Telekanalımız mətbuat xidmətlərində çalışan peşəkar aparıcıların təcrübəsindən bəhrələnir. Hazırda Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat ximətinin rəhbəri Anar Nəcəfli, Qida Təhlükəsizliyi Agentliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Aysel Fərziyeva, Dövlət Məşğulluq Xidmətinin mətbuat xidmətinin rəhbəri Əsmər Nəcməddinqızı, eləcə də İpoteka və Kredit Zəmanət Fondunun mətbuat xidmətinin rəhbəri Yeganə Laçınzadə "ARB TV" və "ARB24"də aparıcı kimi fəaliyyət göstərir. İbrahim Məmmədov da artıq yeni çalışdığı qurumla bununla razılığa gəlib və biz birgə işimizi davam etdirəcəyik".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Neftçi” və “Spartak” 75 ildən sonra yenidən üz-üzə gələcək
-
Bu uşaqlara qəhvə qəti verilməməlidir
-
700 min insan onu görməyə getdi
-
ABŞ-də 6 nəfərin olduğu təyyarə yoxa çıxdı - Qalıqları tapıldı
-
Ucarda ağır qəza - Ölən var
-
Dünya bazarında neft ucuzlaşdı
-
Üzüstü, arxasıüstə, yoxsa böyrü üstə? Ən sağlam yuxu pozisiyası bəlli oldu
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi - (Video)
-
Bu 4 qida aluminium folqanı çürüdür
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib - (Video/Foto)
-
Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı
-
Qan təzyiqini ölçərkən bu səhvləri etməyin
-
Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu
-
Yaxşı niyyətli görünüb sizdən istifadə edənlərin ən çox işlətdiyi 9 cümlə
-
Turşunun xırt-xırt olması üçün bankaya 3 ədəd atmaq kifayətdir
-
Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma
-
"Kadir" "Eşref"i tək qoymayacaq
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
İsmail Kartal: "Bakıda qələbə qazanmaq və ya məğlub olmaq önəmli deyildi"
-
“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım
-
Zelenski: Putin ABŞ-yə yeni şərtlər qəbul etdirməyə çalışır
-
Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı
-
Cəbrayılın işğaldan azad edilməsindən 6 il ötür





