Yol polisindən sürücülərə müraciət...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, bu gün günün ikinci yarısından etibarən ölkə ərazisində, xüsusilə Abşeron yarımadasında hava şəraitinin güclü külək və yağışla müşahidə olunan kəskin dəyişməsi gözlənilir.
Baş Dövlət Yol Polisi İdarəsindən Milli.Az-a verilən məlumata görə, DYP qeyd olunan hava şəraiti ilə əlaqədar yollarda yarana biləcək yol qəzaları və müxtəlif xoşagəlməz halların qarşısının alınması məqsədilə sürücülərə və nəqliyyat vasitələrinin sahiblərinə müraciət edib. DYP sürücülərin və nəqliyyat vasitələrinin sahiblərinin nəzərinə çatdırır ki, yola çıxmazdan əvvəl, ilk növbədə, nəqliyyat vasitələrinin texniki vəziyyətinə bir daha diqqət yetirsinlər, aşkar olunan nasazlıqları aradan qaldırsınlar və mümkün qədər günün işıqlı vaxtlarında yola çıxmağa üstünlük versinlər.
Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha diqqətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.
Sürücülər, idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçməli, su gölməçələri olduqda sürəti azaltmalı, zərurət olmadan ötmə əməliyyatı aparmamalı, qəfil manevrlər və kəskin tormazlama etməməlidirlər.
Sürücülük təcrübəsi az olan şəxslərin belə hava şəraitində nəqliyyat vasitəsini idarə etməkdən çəkinmələri daha məqsədəmüvafiq olardı.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Eldar Azadov vəfat etdi
-
Zaur Baxşəliyevdən diqqət çəkən sözlər: “Əslində sizi aldatmışam” - (Video)
-
Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır - Kamaləddin Qafarov
-
Rusiyada polkovnikin avtomobili partladıldı - Özü həlak oldu, ailə üzvü yaralandı
-
Goranboyda kişi güllələndi
-
Azərbaycanda ən yüksək və ən aşağı maaş alan sahələr - Siyahı
-
Paşinyan Antalyada "oğurladığı" bananı Dublinə apardı - (Video)
-
Gülben Ergen Azərbaycanda uşaq bağçası açmaq istəyir
-
Şəmkirdə ağır qəza: İki nəfər öldü, yaralanan var
-
Polad Həşimovun anasının səhhəti ilə bağlı son məlumat
-
Rəsmi qarşılama mərasimində fəxri qarovulun 2 üzvü huşunu itirdi - (Video)
-
“Çelsi”nin futbolçusu 400 minlik "Ferrari"si ilə qəzaya düşdü - (Foto)
-
ABŞ-da üçmərtəbəli bina çökdü: Ölənlər və yaralananlar var
-
Nvidia rəhbəri ilə bağlı şok iddia: Çin kəşfiyyatı, milyardlar və gizli münasibət
-
Dünya bazarında neftin qiyməti ucuzlaşdı
-
Rəna Ağamuradova: “Desəm, sevgilim məni öldürər”
-
General Natiq Əliyevin qızı saxlanıldı
-
Qəbiristanlıqda təkgözlü körpə skeleti tapıldı
-
Rusiyada zəlzələ oldu
-
Bu yollarda tıxac var - Siyahı
-
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib - (Foto)
-
Ölümdən iki gün əvvəl orqanizmdə nə baş verir?
-
İnstaqram və Tiktok istifadə edənlər izlənilir - Bu funksiyanı dərhal söndürün
-
Həftə sonuna qədər uğur qazanacaq bürclər





