Avropadakı diaspor təşkilatları Azərbaycana qarşı təxribatçı çağırışlara etiraz edir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avropadakı anti-Azərbaycan qüvvələrin ölkəmizə qarşı növbəti təxribatçı çağırışı bu qitədə fəaliyyət göstərən diaspor təşkilatlarının hiddətinə səbəb olub.
Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, Baltikyanı ölkələrdə yaşayan Azərbaycanlıların, İsveçrədəki Azərbaycan Diaspor Təşkilatlarının, İspaniya, Skandinaviya ölkələri, Almaniya, Fransa, Niderland və Belçika Azərbaycanlılarının Koordinasiya Şuralarının Diasporla İş üzrə Dövlət Komitəsinə ünvanladıqları bəyanatlarda bildirilir ki, hamımızın Vətəni olan Azərbaycanda sabitliyi pozmağa yönəlmiş çağırışlar səsləndirmək yolverilməzdir.
Müraciətdə deyilir: "Azərbaycan Respublikasında mövcud olan sosial-iqtisadi və siyasi sabitlik ölkəmizi sevməyənləri narahat etməkdədir. Müxtəlif dövrlərdə bu narahatlıqlar fərqli formalarda özünü büruzə verir. Azərbaycanı sevməyən, öz düşünülməmiş fəaliyyətləri ilə düşmən dəyirmanına su tökən bir qrup insan ermənipərəst qüvvələrdən aldıqları sifarişin əsasında ölkədə sabitliyi pozmağa yönəlmiş çağırışlar edirlər. Növbəti belə bir sərsəm bəyanat Azərbaycan Naminə Demokratiya adlandırılan təşkilat tərəfindən verilib. Özlərini AND Hərəkatı adlandıran bir qrup şəxs Avropa şəhərlərindəki Azərbaycan səfirliklərinin qarşısında aksiyalara başlayacaqları ilə bağlı bəyanat yayıb. Yaşadığı ölkədən, sosial-iqtisadi və siyasi statusundan asılı olmayaraq, Azərbaycan hamımızın vətənidir. Vətənin inkişafı, sabitliyi və beynəlxalq aləmdə layiqli şəkildə tanıdılması milli düşüncəsi olan hər bir şəxs üçün olduqca əhəmiyyətlidir".
Dövlət Komitəsi soydaşlarımızı, hər zaman olduğu kimi, yaşadıqları ölkələrdə xalqımızı, dövlətimizi layiqincə təmsil etməyə və təxribatlara uymamağa çağırıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib - (Foto)
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb - Yenilənib (Foto)
-
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
-
Ayın 13-də 33 dərəcə isti olacaq - Proqnoz
-
Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə alban kilsələrini ziyarət edib
-
250 mindən çox ailəyə sosial müavinət verilə bilər - Yeni təklif
XƏBƏR LENTİ
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - (Foto)
-
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
-
"Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim" - İntiqam Kərimov
-
İran və Oman Hörmüz boğazında razılığa gəldi
-
Sinoptikdən anomal isti qış xəbərdarlığı
-
Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib - (Foto)
-
“Bizdə oriental oynaya bilmirlər, bədənləri silikonla doludur” - Elza Seyidcahan
-
İngiltərə Premyer Liqasında "Liverpul" və "Çelsi" xal itirib
-
“İstəyirəm gəlin evdə otursun, gözümün qabağında olsun“ - Könül Kərimova
-
Qubada ağır qəza - üç nəfər xəsarət alıb - (Foto)
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
-
Çində 26 mərtəbəli bina cəmi 120 günə tikildi - (Video)
-
“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb - Yenilənib (Foto)
-
Yasamalda maşın sərnişin avtobusuna çırpıldı - (Video)
-
Yeni Günəşlidə ilan göründü - (Video)
-
Xəyalə yol hərəkət qaydalarını pozdu - (Foto)
-
Həftənin rəmzi komandası bəlli oldu
-
Kəlbəcərdə kanat yolu və dağ-xizək kompleksinin yaradılması planlaşdırılır - Prezidentin xüsusi nümayəndəsi
-
2040-cı ilin sonunadək Kəlbəcərə 17 min nəfərin köçürülməsi planlaşdırılır - Bəşir Hacıyev
-
Azərbaycanda sabiq nazir vəfat etdi - (Foto)
-
“Bakıda doğulmuşam, Bayıl uşağıyam” - “Qarabağ”ın oyunçusu - (Video)
-
Georgi Baramidze həbs olundu





