Cəmiyyət

Sara Qədimovanın xatirə gecəsi keçiriləcək

17 Oktyabr 2019 23:57
2 Şərh     Baxış: 713

Oktyabrın 19-da saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində "Unudulmayanlar" layihəsi çərçivəsində görkəmli xanəndə, Xalq artisti Sara Qədimovanın xatirə gecəsi keçiriləcək.

Azərbaycan klassik muğam, xalq və bəstəkar mahnıları ifaçılığı sahəsində öz dəst-xətti, özünəməxsus ifa tərzi ilə seçilən Sara Qədimova Üzeyir Hacıbəyovun xeyir-duası ilə səhnəyə gəlib. Üzeyir bəyin tapıntısı olan Sara xanım Qurban Pirimov, Zülfü Adıgözəlov, Əhməd Bakıxanov, Hüseynqulu Sarabski, Seyid Şuşinski, Xan Şuşinski kimi ustad sənətkarlardan dərs alıb.

Sara xanım Şərqdə muğam dəstgahlarını tamam-kamal ifa edən ilk qadın xanəndədir. "Şur dəstgahı", "Mahur-hindi", "Bayatı-Şiraz", "Rast", "Segah", "Xari segah" "Qatar", "Şahnaz" kimi çətin və mürəkkəb muğamları məharətlə oxumuş, sənət meydanında öz sözünü deyib. Bu muğamlar lentə alınaraq Dövlət Teleradio Verilişləri Şirkətinin qızıl fondunda qorunur.

Bu qiymətli sənət inciləri milli mədəniyyətimizin parlaq nümunələri kimi daim yaşayacaqdır.
Tədbirdə unudulmaz xanəndənin həyat və yaradıcılığından səhifələr vərəqlənəcək, görkəmli xanəndələr Sara Qədimovanın repertuarından əsərlər ifa edəcəklər.

Konsertə giriş sərbəstdir.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Ana · 18 Oktyabr 04:4500

    Minani qinamaq olmaz

    Cavab yaz
  • Anonim
    Eldəniz · 18 Oktyabr 07:2110

    Allah rəhmət eləsin böyük sənətkara...

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.