Qazaxıstanda dünyamiqyaslı Beynəlxalq Ədliyyə Forumu keçirildi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
18 sentyabr 2019-cu ildə Qazaxıstanda "Ədliyyənin idarəolunması: qlobal tendensiyalar və müsbət təcrübələr" adlı Beynəlxalq Ədliyyə Forumu keçirildi. Tədbir Beynəlxalq Hakimlər Assosiasiyası və Beynəlxalq Məhkəmə İdarəçiliyi Assosiasiyası ilə Qazaxıstanın Ali Məhkəməsi tərəfindən təşkil edildi. Təntənəli keçirilən bu dünyamiqyaslı beynəlxalq iclasda 118 ölkəni 1100-dən çox iştirakçı təmsil etdi. Onların sırasında Serbiya, Gürcüstan, Moldova, Belarusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Rusiya və digər dövlətlərin Ali Məhkəməsinin sədrləri və sədr müavinləri, ABŞ, Sinqapur, Yaponiya, İngiltərə, İtaliya, Fransa, Səudiyyə Ərəbistanı və digər ölkələrin Ədliyyə Nazirliklərinin vəzifəli şəxsləri, habelə dövlət məmurları və ədliyyənin sahəsi üzrə nüfuzlu beynəlxalq ekspertlər öz təcrübələri ilə bölüşdülər.

İclasda dünyada ədalət mühakiməsinin həyata keçirilməsi, məhkəmə sisteminin təşkil olunması, məhkəmə fəaliyyətində informasiya texnologiyalarının tətbiqi, ədliyyənin düzgün idarəolunması ilə bağlı qarşıda duran vəzifələr, ədliyyəyə olan qlobal təhdidlər və onların həlli yolları ətrafında geniş müzakirələr aparıldı.
Qürurverici haldır ki, tədbirin açılışını və birinci hissənin moderatorluğunu həmyerlimiz Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ - SEPEJ) prezidenti hakim Ramin Qurbanov apardı.



Tədbirin birinci hissəsində açılış nitqləri ilə İngiltərənin məhkəmə sisteminin sabiq rəhbəri, hazırda Astana Beynəlxalq Maliyyə Mərkəzi Məhkəməsinin sədri Lord Vulf, Beynəlxalq Hakimlər Assosiasiyasının prezidenti Tony Pagone, Beynəlxalq Məhkəmə İdarəçiliyi Assosiasiyasının prezidenti Mark Beer və Qazaxıstanın Ali Məhkəməsinin sədri Jakip Asanov çıxış etdilər.

Həmçinin, Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının prezidenti Ramin Qurbanovun Qazaxıstanın Ali Məhkəməsinin sədri Jakip Asanovla, habelə Avropa və Asiya ölkələrinin digər Ali Məhkəmə sədrləri ilə ikitərəfli görüşlər keçirildi.

Məlumat üçün bildirilir ki, Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası bütün Avropa məkanında ədliyyənin idarəolunmasının keyfiyyətinin gücləndilməsinə cavabdeh olan Avropa Şurasının ən nüfuzlu ixtisaşlaşmış qurumudur və buna görə təsadüfi deyil ki, ədliyyənin idarəolunması sahəsində beynəlxalq forumun açılışı bu komissiyanın rəhbərinə həvalə olundu.





DİGƏR XƏBƏRLƏR
-
Ağcabədidə qəzada ölən qardaşların Fotosu
-
27 Sentyabr: Sükutun Bitişi, Zəfərin Vədi
-
Maşın təmiri sexində divara vurulan elanlar gülüş doğurdu - (Video)
-
Azərbaycanda pensiya yaşı ilə bağlı yeni qayda
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
XƏBƏR LENTİ
-
“Akasya Durağı”nın aktrisası illər sonra üzə çıxdı - (Fotolar)
-
İdman brendi Benzemadan imtina etdi
-
Türkiyədə 5 yaşlı qız uşağı dişinin müalicəsindən öldü
-
Ağcabədidə qəzada ölən qardaşların Fotosu
-
UEFA Millətlər Liqası: Emreli hesabı bərabərləşdirdi - Yenilənib
-
Serhat Kılıçın vəfatından bir gün əvvəlki söhbəti üzə çıxdı
-
UEFA Millətlər Liqasının qrup mərhələsində II tura start verilir
-
53 yaşlı türk müğənni tanınmaz halda (Foto)
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Azərbaycana milyardlarla dollar gələcək - Ekspert açıqladı
-
"Fənərbağça"nın 100 milyonlarla dollar borcu var
-
Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi – Son halı - (Foto)
-
Xalq artisti şəhid qardaşı oğlunu yad etdi - (Fotolar)
-
Öz üzüyünün qiyməti 1 milyon dollar: Ronaldonun Corcinasının üzüyünü görəndən sonra...
-
Roberto Karlos milyonlarlarını itirdi
-
Lavrov: Türkiyə bilir ki, bizim razılığımız olmadan S-400-ləri heç kimə verə bilməz
-
Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi - (Foto)
-
Ceyran Haşımovanın səhhəti pişləşdi
-
Rusiya "Ölü əl"i işə saldı: Dünyanı məhv edəcək sistem...
-
Bir uşağın ahı bütün Türkiyəni ayağa qaldırdı - (Video)
-
Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi - (Foto)
-
Formula 1-ə görə bağlanan yollar açıldı
-
27 Sentyabr – şəhidlərin xatirəsinə ehtiram, Zəfərə gedən yolun başlanğıcı
-
Kenquru dönəri hazırladı: Sosial şəbəkədə gündəm olan Video





