İdman

FIA prezidenti: “Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir”

27 Sentyabr 2026 14:04
Baxış: 293
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

 

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının unikal atmosferi və fərqli xüsusiyyətlərindən danışıb.

"Biz Bakıya gəlməyi çox sevirik. Bakı Şəhər Halqası unikal trekdir və həqiqətən möhtəşəmdir. Burada tarixi irs və müasir memarlıq bir-birini tamamlayır. Bu trek pilotlar qarşısında fərqli və çətin çağırışlar qoymaqla yanaşı, tamaşaçılara da maraqlı yarış izləmək imkanı yaradır", - deyə FIA prezidenti Formula 1 Azərbaycan Qran Prisində iştirak edərkən bildirib.

Onun sözlərinə görə, bu gün avtomobil idmanı yalnız pilotların trasdakı mübarizəsindən ibarət deyil. Formula 1 eyni zamanda biznes, turizm və əyləncə baxımından da böyük əhəmiyyət daşıyır.

"İdman artıq əvvəlki kimi yalnız pilotlar arasında rəqabətdən ibarət deyil. Bu, böyük biznesdir, turizmdir, rəqabətdir və əyləncədir. Azərbaycan bütün bunları özündə birləşdirir. Bu səviyyənin qorunub saxlanılması və daim inkişaf etdirilməsi münasibətilə Azərbaycanı təbrik edirəm", - deyə Məhəmməd bin Sulayem bildirib.

FIA prezidenti Azərbaycanın Formula 1 ilə əməkdaşlığının gələcəyinə də toxunaraq, ölkənin bu istiqamətdə uzunmüddətli yanaşmasını müsbət qiymətləndirib.

"Burada gələcəyə hesablanmış planların olduğunu görürəm. Bu, təkcə idman üçün deyil, ölkə üçün də vacibdir. Buna görə də bizim tam dəstəyimiz var", - deyə Məhəmməd bin Sulayem bildirib.

Müəllif: Tural Hüseyn 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.