Baş prokurorun müavini Beynəlxalq Prokurorlar Assosiasiyasının tədbirində iştirak edib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti cari ilin sentyabr ayının 14-dən 18-dək Argentina Respublikasının paytaxtı Buenos-Ayres şəhərində keçirilən Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin növbəti iclası, 24-cü illik konfransı və ümumi yığıncağında ölkəmizi təmsil edib.
Milli.Az Trend-ə istinadən bildirir ki, "Müxtəlif hüquq sistemləri üzrə beynəlxalq əməkdaşlıq" mövzusunda keçirilmiş konfransda 100 ölkəni təmsil edən 500-dən artıq iştirakçı - müxtəlif dövlətlərin prokurorluq, məhkəmə, ədliyyə və digər hüquq mühafizə orqanlarının, habelə beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələri iştirak edib.
17 sentyabr 2019-cu il tarixdə Kamran Əliyevin həmsədrliyi ilə BPA-nın Anti-Korrupsiya Prokurorları Şəbəkəsinin (NACP) xüsusi maraq qrupunun növbəti sessiyası keçirilib. "Korrupsiya hüquqpozmalarına qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq" mövzusunda keçirilmiş tədbirdə beynəlxalq ekspertlər qismində ABŞ, Sinqapur, Honq-Konq, Argentina Respublikası və Keniya prokurorluq orqanlarının rəhbər vəzifəli şəxsləri və digər nümayəndələri iştirak edib.
Həmin tədbirdə çıxış edən Kamran Əliyev Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə fəaliyyətinin dövlət başçısı cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsinə söykəndiyini qeyd edib, həyata keçirilmiş mütərəqqi hüquqi və institusional tədbirlər barədə ətraflı məlumat verilib. Çıxışda ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarının keyfiyyətcə yeni mərhələyə keçidini nəzərdə tutan 03 aprel 2019-cu il tarixli "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərmandan irəli gələn vəzifələr və həyata keçirilən tədbirlər qeyd edilib.
Bundan başqa, qeyd edilən tədbirlər çərçivəsində 17 sentyabr 2019-cu il tarixdə ölkələrimiz arasında müsbət təcrübə mübadiləsi və əməkdaşlığın dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etməsi nəzərə alınaraq, Argentina Respublikasının Buenos-Ayres muxtar vilayətinin prokurorluğu ilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi arasında korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizədə əməkdaşlıq haqqında Anlaşma Memorandumu Baş idarə rəisi Kamran Əliyev və Buenos-Ayres muxtar şəhərinin Baş prokuroru Luis Çevasko tərəfindən imzalanıb.
Bununla yanaşı, 18 sentyabr 2019-cu il tarixdə Assosiasiyanın Ümumi Yığıncağında qurumun İcraiyyə komitəsinin təklifi ilə Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov ölkəmizdə insan və hüquq azadlıqlarının qorunmasında, qanunun aliliyinin təmin edilməsində, BPA-nın inkişafına verdiyi müstəsna xidmətlər, qurumla Azərbaycan prokurorluğu arasında işgüzar münasibətlərin yaradılmasında göstərdiyi fəaliyyəti nəzərə alınmaqla Beynəlxalq Prokurorlar Assosiasiyasının yüksək mükafatı ilə təltif edilmiş - qurumun fəxri üzvü seçilib. Həmin mükafatın rəsmi təqdimetmə mərasimdə çıxış edən Assosiyasiyanın vitse-prezidenti Kamran Əliyev ölkəmizin BPA ilə daim uğurlu əməkdaşlıq etdiyini bildirərək, Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun qurulmuş çoxillik əməkdaşlıq münasibətlərinə xüsusi önəm verdiyini bir daha xatırladaraq, mükafata görə Azərbaycan Respublikasının hökuməti və Baş prokuroru adından minnətdarlığını ifadə edib.
Tədbir müddətində Kamran Əliyevlə Assosiasiyanın yeni seçilmiş prezidenti Vanq Çeol-kyu və qurumun digər rəsmiləri ilə, o cümlədən Estoniya, Yunanistan, Keniya və Qazaxıstanın Baş prokurorları, eləcə də Türkiyə, Kanada, Çin, Rusiya, Böyük Britaniya, ABŞ, Ukrayna, Koreya Respublikası və digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri arasında ikitərəfli görüşlər keçirilərək cinayətkarlığa qarşı mübarizənin müxtəlif aspektləri üzrə qarşılıqlı əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparılıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Pensiyalarla bağlı gözlənilən xəbər
-
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
-
Türkiyəli bloqer Bakının təmizliyini belə yoxladı – (Video)
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
-
Bakıda Türk Dünyası Bəstəkarlar Birliyi yaradılır - (Video)
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər - (Foto)
XƏBƏR LENTİ
-
Vətəndaşların hərbi əməliyyatlara muzdlu döyüşçü kimi cəlb olunması təhlükəsizlik mühitinə ciddi təhdiddir - DTX rəisi
-
“Ayaqlarım mənim əvəzimə daha yaxşı danışır” - Mbappe
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib
-
Afət Fərmanqızı bloqeri məhkəməyə verdi
-
Əşrəf Əşrəfliyə hökm oxundu
-
"Nə vaxt soruşursan deyir, 80 yaşım var" - Sevil və Sevinc - (Foto/Video)
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Rafinya Messinin rekordunu qırdı
-
Şoyqu Paşinyanı tənqid etdi
-
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər
-
Amerikalı məşhur rəssam 88 yaşında vəfat etdi
-
15 yaşlı qapıçı “Kəpəz”in tarixinə düşdü
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Goranboyda 22 yaşlı oğlanın meyiti əkin sahəsində aşkarlandı
-
Danla Bilic 8-ci dəfə əməliyyat olundu - (Foto)
-
Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq
-
Millimizin Tacikistanla oyununu o idarə edəcək
-
İsveçin Baş naziri istefa verdi
-
Afaq Bəşirqızının adını çəkib ağladı - (Video)
-
İsti hava Avropanı ərzaq böhranı ilə üz-üzə qoydu, qıtlıq yarandı
-
Pensiyalarla bağlı gözlənilən xəbər
-
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın





