Cəmiyyət

Lənkəranda "Mercedes" "07" ilə toqquşdu, sürücü öldü

18 Sentyabr 2019 22:36
0 Şərh     Baxış: 999
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəranda ölümlə nəticələnən yol qəzası baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə Lənkəran Boradigah yolunda baş verib.

Astara rayon sakini, 1989-cu il təvəllüdlü Əliyev Rauf İdris oğlu idarə etdiyi "Mercedes" markalı 07 BX 184 dövlət nömrə nişanlı avtomobillə Lənkəran istiqamətində hərəkətdə olarkən əks tərəfdən gələn Lənkəran şəhər sakini 1952-ci il təvəllüdlü Babayev Şəmsəddin Riyahi oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində Ş.Babayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.