Cəmiyyət

"Azərbaycan Hava Yolları" təyyarə bələdçisi vəzifəsinə qəbul elan edir

12 Sentyabr 2019 15:23
Baxış: 2 360
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Azərbaycan Hava Yolları" aviaşirkəti xanımlar arasında təyyarə bələdçisi vəzifəsinə sənəd qəbulu elan edir. Sənəd qəbulu 2019-cu il sentyabrın 16-dan oktyabrın 16-dək (saat 10.00-dan 12.00-a kimi) aparılacaq.

Müsabiqədə yalnız 18 yaşından 30 yaşınadək, boyu 160 sm-dən az və 180 sm-dən çox olmayan, orta təhsili başa vurmuş, mütləq qaydada azərbaycan və ingilis dillərində sərbəst danışan xanımlar iştirak edə bilər. Digər xarici (rus, ərəb, çin) dil bilikləri arzuolunandır. Əlavə tələblərə daxildir - ünsiyyətcillik, həmçinin bədənin görünən hissələrində döymə, çapıq və doğum ləkələrininin olmaması.

Müsabiqədə iştirak üçün aşağıdakı sənədlərin əsli və surətləri tələb olunur:

- şəxsiyyət vəsiqəsi;

- bir fotoşəkil (3х4);

- xarici pasport;

- diplom, tibbi və xarici dil sertifikatları (əgər mövcuddursa).

Bütün sənədlər qeyd olunan tarixdə Heydər Əliyev Beynəlxalq Aeroportunda "Azərbaycan Hava Yolları"nın (AZAL) Personalla iş üzrə Baş İdarəsinə təqdim olunmalıdır.

Əlavə məlumat üçün bu telefon nömrələrinə müraciət etməniz xahiş olunur: (012) 497-26-00 (daxili 24-04; 32-81; 20-74)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.