Cəmiyyət

Günün qoroskopu: məqsədə aparan yolda səd və maneələr az olmayacaq

24 Oktyabr 2019 00:01
19 Şərh     Baxış: 6 629

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - yarımçıq qalmış işləri başa vurun. Bu gün bir neçə təklif ala bilərsiniz. Aldanmayın, həmin təkliflər ciddi deyil. Yaxın günlərdə sayı çox olacaq ideyaların dəyərləndirilməsinə ehtiyac duyulacağını bilin.
Ünsiyyətdə səbrli və təmkinli olun, çərçivəni daraldın. Gələcəyiniz üçün önəmli görüşü müəyyənləşdirib fəallıq edin.
Tərəfdaş və ya şəriklə münasibətlərdə yeni məqamlar yaranır. Həssas olun, unudulmasına ehtiyac duyulan "xatirə"ni qabartmayın, əməkdaşlığın daha məhsuldar variantını arayın.

Buğa - hər şey plana uyğundur və nizamı pozmamaq üçün yaşam axarına aktiv müdaxilə etməyin. Ünsiyyət, danışıqlar və yazışmalarda önəmli məqamlar yaranacaq.
Kollektiv və ya sizinlə həmfikir olan insanlar yeni işə başlamaq üçün təkan verəcəklər.
Tələsməyin, yeni plan hazırlayın. Yenilikləri yalnız təbii məcrada inkişaf edən hadisələrin təsiri altında reallaşdırın.
Eyni vaxtda bir neçə işlə məşğul olmağınız gərəkdir.

Əkizlər - işlə bağlı məsələlərin, o cümlədən çətin problemlərin həlli üçün uğurlu gündür. İşgüzar intuisiyanız çox kəsərli və iti olacaq.
Dürüst qərarları tez qəbul edin. Bədxah və rəqiblərinizə məkrli planları həyata keçirməkdə "yardımçı" olmayın: sərvaxt davranın, sadəlövh addımlar atmayın.
Danışıqlar və sövdələşmələr, müzakirə və təhlillər uğurlu alınacaq.

Xərçəng - hisslər və hissiyat günüdür. İntuisiyanızı işə salın, yaşamınızdakı qəfil dəyişiklikləri anlamağa çalışın.
Bu yeniliklərin perspektivdə işlərə təsir miqyasını dəyərləndirməyə cəhd göstərin. Gərgin təmaslar, emosiyalı ünsiyyət, xoşagəlməz hadisələr anlaşılmazlıq yarada bilər. Amma bütün bunlarla yanaşı, fikirlərinizi dürüst istiqamətə yönəldin və problemləri tədricən həll edin.
Yeni simalar görmək üçün müxtəlif yerlərdə olun. İnformasiya arayırsınız, amma sırf praktik məqamlarla maraqlanın.

Şir - sizin gününüzdür. Proseslərin tempini siz müəyyənləşdirirsiniz. Yaxın ətrafınızdakı insanlar da o axına riayət etmək məcburiyyətində qalırlar.
İstənilən situasiyada aktiv hərəkət etmək bacarığına malik olun. İşgüzar məsələlərin müzakirəsində, tapşırıq və ya sifarişin qəbul olunmasında təfərrüatlara, şərtlərə və vədlərə fikir verin.
Laqeyd olmayın.

Qız -  son vaxtlar işlərinizə dəfələrlə müdaxilə edən, planlarınızı pozmağa çalışan xoşagəlməz insanla qarşılaşacaqsınız. Təbii ki, belə görüş sizdə ruh yüksəkliyi yaratmayacaq.
Qıcıq və sinirin öhdəsindən gəlməyə, batininizdəki müvazinəti bərpa etməyə vaxt gərəkdir.
Günün ikinci yarısında problemlə qarşılaşa bilərsiniz.
Eksperimentlər və sınaqlar vaxtı deyil, sınanmış metodlardan istifadə edin.
Yorucu, ağır iş görməyin. Orqanizminizi sınağa çəkməyin.

Tərəzi - həyatınızda önəmli hadisə baş verir. Aktiv olun, yeni ideyaları saf-çürük edərək konkret addımlar atın.
Dərhal hansısa məkana yollanmaq və mühüm söhbət etməklə bağlı intuisiyanız sizə xəbərdarlıq edirsə, planları dəyişin.
Yazışmalarda ləng olmayın.
Daxili gərginlikdən qurtulmaq, hansısa məsələdə müəyyənliyə nail olmaq imkanları var. Sizi narahat edən suala cavab alacaqsınız.
Bəzi məqamlar kökündən dəyişəcək. Bütün imkan və əlaqələrdən yararlanaraq irəliləyin.

Əqrəb - seçdiyiniz yolun nə qədər doğru olduğunu bu gün aydın hiss edəcəksiniz. Perspektivləriniz üçün böyük önəm daşıya biləcək işlərdə aktiv iştirak edin. Əks təqdirdə bədxahlarınızın başladığı intriqaya qatılmalı olacaqsınız.
Yeni qərarlarınızı açıqlamayın. Əksər hissəsini yerinə yetirdiyiniz işlərin bitdiyini iş yoldaşınız, şərikiniz və ya rəhbərliyə bildirin.
Tələbləriniz və ya ehtimallarınızın yaratdığı suallara cavab alacaqsınız.

Oxatan -sadə gün deyil. Yeni işlərə başlamaq, layihəyə start vermək, müttəfiqlər axtarmaq üçün düşərli zaman deyil. Aktiv çalışın, uzun-uzadı istirahət etməyin.
İmiclə eksperimentlər etməyin. Allergik reaksiya riski var.
Əks cins mənsubu ilə ixtilaf yarana bilər. Alış-verişdə bədxərcliyə qapılmayın.
Axşam saatlarında kiçik səfərə, təbiət qoynuna yollanmaq olar.

Oğlaq - məqsədə aparan yolda səd və maneələr az olmayacaq. Amma səbrli, təmkinli davranaraq yaşam prinsiplərinizə sədaqətli qalsanız, çətinlikləri dəf edə bilərsiniz. Yeni işlər və ya riskli əməliyyatlarda iştirak maliyyə imkanlarınıza zərbə vura bilər. Praktiki, istehsala yönəlmiş fəaliyyət əhəmiyyətli nəticələr verəcək. Mübahisələrə qatılmayın. Dartışmalarda və fikir toqquşmalarında üstün gəlmək praktiki olaraq mümkün deyil. Belə qələbənin xeyri də yoxdur.
Günün ikinci yarısında məişət problemləri ön plana çıxacaq. Rahatlığın və yaşam arealının komfortunun təminatı xərc tələb edəcək.

Dolça - mühüm məsələlərin həlli üçün uğurlu gündür. Uzunmüddətli planlar qurmaq, onların həyata keçirilməsinə başlamaq olar. Məhsuldar və effektiv çalışın. Liderlik məziyyətlərinizi nümayiş etdirərək başqalarını da işdə aktiv çalışmağa sövq edin.
Günün ikinci yarısında maliyyə çətinlikləri yaranacaq. Lakin narahat olmayın: problemlər müvəqqətidir. Situasiya az sonra stabilləşəcək.
Axşam saatları normal istirahət edin.

Balıqlar - günün maraqları, şərtləri və qayğıları sizdən aktiv, hətta həddən ziyadə aktiv davranış tələb edir. Sizi bir an da boş buraxmaq istəmirlər: çox adama gərəksiniz. Kiməsə yardım edəcəksinizsə və ya artıq edibsinizsə, minnətdarlıq gözləməyin. Tanıdığınız insanlar indi öz şəxsi məsələlərinin həlli ilə məşğuldurlar.
Tanışlar və həmkarlar problemlərin həllində kreativ yanaşma nümayiş etdirirlər.
İnformasiya, yazışma, planların dəqiqləşdirilməsi üçün yaxşı vaxtdır.

Milli.Az

loading...

Şərh yaz:

19 Şərh:

  • Anonim
    Ulya · 24 Oktyabr 00:08181

    Hər kəsə uğurlar!!!

    Cavab yaz
  • Anonim
    Ulya · 24 Oktyabr 00:1090

    Bu sevgidən sən qorxursan eybi yox, Mən sevərəm ikimizin yerinə. Bu eşq üçün bir gün dara çəksələr, Mən gedərəm ikimizin yerinə. Min əzabdır sənsiz keçən hər günüm, Unutmuşam yaxşı, yaman fərqini. Bu sevginin dağ əridən dərdini, Mən çəkərəm ikimizin yerinə. Gül deyirəm, gül qəlbinə dəyirəm, Mən səninçün Tanrı yazan şeirəm. Dodaqları inciməsin deyirəm, Mən öpərəm ikimizin yerinə... Taleyimdə sən açılan gülümsən, Süzüb qara gözlərini gülümsə. Bu sevginin sonu əgər ölümsə, Mən ölərəm ikimizin yerinə...

    Cavab yaz
    • Anonim
      İlqar Oruc · 24 Oktyabr 11:2451

      Əhsən Ulya xanım

      Cavab yaz
      • Anonim
        Ulya · 24 Oktyabr 13:1830

        Nüsrət Kəsəmənli... Allah rəhmət etsin..

        Cavab yaz
      • Anonim
        Ulya · 24 Oktyabr 13:1850

        Diqqətinizə görə minnətdaram

        Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 24 Oktyabr 08:00120

    Sabahiniz uqurlu ,gününüz maraqli olsun.

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 24 Oktyabr 08:05153

    Status-Özümü cox sevirem.Qürurludurusumu,menali baxisimi cox sevirem.Gözümün toxluqun,çox şeyin yoxluqun sevirem.Bezen tükenmesinden qorxduqum gücümü cox sevirem.Allaha acilan əlimi,hami kimi bezi catismayanlarimin olmasina baxmayaraq her gün Şükr eden dilimi cox sevirem.Kimsenin paxilliqin cekmeyen,mene pis tesir eden neler varsa silən beynimi coxx sevirem.Her kes ücün narahat olan ,basqalarinin derdin öz derdi bilen Ürəyimi coxxx sevirem.Bir sözle mennn özümüüü coxxx sevirem.

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 24 Oktyabr 08:08143

    İndi kecek gülüş yaradan serheee.Demeliii Alimler deyir ki, neneler ücün xüsusi gün ayirmaq lazimdiii Neneler günü ha fikirlesiblerrr axir qerara geliblerrr 24 neneler günü olsun Men bütün saq neneleri tebrik edirem ölenlere rehmet dileyirem Neneler nevelerinnnn ennn sevimlisidi naz eden yeridiii ki, usanmadan nene nevesinin nain cekerrr.

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 24 Oktyabr 08:13133

    Demeli menim nenemin ilde 1 defe 3-4 aylik gelmesine baxmayaraqqq o qederrrr nazimi cekirdi Heyetde usaqlar meni vuranda aqlaya aqlaya qacirdim ay neneeee, uje sesimi bütün blok esidirdi nenem donunun eteyin yiqib qacirdibir qiyya verird meni vurana disinin dibinden cixanlarii ay ezizlerun bele olsun dedön bele nenen bele tuturdu elimnen aqlamaaaa qadoyyyy alimmm getirirdi eve .Ele ki , men kimise vurub qacanda nenem cixmirdi ele pencereden basin cixartib : ay arvad yekə arvadsan usaq uste ayibdiyeeee dalasmazlarrr deyib basin salirdi eve Her 2 cebhedeeee meni mudafie edirdiii

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 24 Oktyabr 08:20122

    Demeli yene bir defe nenem bizde idi artik getmeye hazirlasirdi O da gedende men düz 2-3 saat aqlayirdim daliycan meni gücle sakitlesdirib dile tuturdular sonra da düz 1 aya özüme gelirdim Demeli arvadi yola salmaqa hazirlasirlar meni ötürdüler heyete get oyna usaqlarnan xeberim olmasin Ele bir az oynamisdim Bir İblis usaq Ögey anada bir usaq olur e deyir Ögey anasi baqislayib Tocno hemen usaq kimi qayidib mene dedi ki, seni vuracam nenende cixdi getdi kəndə kimin ustune qacaaqsan ? Bu sözüüü esitmedimmm coxx pis oldum dedim vur hele nenem getmeyib yalan deme bu meni iteledi nur topu kimi arxasi uste tappiltiynan deydim durdum aqlaya aqlaya qacdim ayyy neneeeee harayima mamam cixdi qisqiriram haniii neneeee meni flankes vurdu mamam geldi elimnen tutdu getdi o usaqa bir abir verdi dedi nenesi yoxdu mamasi ki, burdadi bala bu usaqim yiyesizdi ,bele usaqa aqzindan geleni ozude esebiii adammm beyemmm o bu hemen usaq ele qorxduuu ki,hendeverimeee gelmediii...Ne ise nenelerimiziii tebrik edirem.Allah qoysa

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 24 Oktyabr 08:4270

      Allah qoysa dan sonra yazmisdim nenem Noyabrda gelecek .Insallah/

      Cavab yaz
      • Anonim
        Ulya · 24 Oktyabr 10:3940

        Noyabrda, bizim də qonaq var))) İnşallah)))

        Cavab yaz
        • Anonim
          Esra Ibrahimli(Samaxi) · 24 Oktyabr 10:4760

          İnsallah gelen ayaqlari var olsun ruzi bereketli olsun

          Cavab yaz
          • Anonim
            Ulya · 24 Oktyabr 11:2540

            Amin! Çox sağ ol can.

            Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 24 Oktyabr 08:27106

    Demeli bir qizla anasi dalasir Anasi deyir seniii görüm özün kimi bir qizin olsun seni incitsin mende nene kimi kenardan seyr edimmm Menim qisasimi o korpe senden alsin Qiz da qyidib deyirrr boyyyy, Men o korpeni atacam senin ustuve gedecem isimin gücümün daliycaaaa gör indi meni incitcek yoxsa seniii? ha ha ha )))

    Cavab yaz
  • Anonim
    Ulya · 24 Oktyabr 09:3180

    Allah bütün həyatda olan nənə, babalara can sağlığı versin, həyatdan köçənlərə rəhmət etsin! Esra, bizim evdə uşağın həyətdə dalaşmasına, döyülməsinə, yıxılmasına görə heç vaxt qonşu üstünə gedilməyib. Hər zaman deyiblər ki, öz problemini özün həll et. Sənə görə qonşularla üz-göz olası deyilik. Oynaya bilirsən oyna, bilmirsən otur evdə. Nəinki bizim ailə, bütün məhləmizdə eləydi. İki uşaqların davasına, küsüb-barışmasına böyüklər qarışmazdı. Ona görə sən belə deyəndə mənə qəribə gəlir...

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 24 Oktyabr 10:0680

      Bizde nenemin xasiyyetin bildikkerine gore küsmekkk hecc vaxt olmayibb hettta hemen meni vuran ya men vurduqum aileee meni coxxx isteyib ailemizle qonsu uste kusmeyibler bir de nenem burada qonaq olduqu ucun xetrine deymeyiblerr/

      Cavab yaz
      • Anonim
        Ulya · 24 Oktyabr 10:3650

        Allah can sağlığı versin nənənə.

        Cavab yaz
        • Anonim
          Esra Ibrahimli(Samaxi) · 24 Oktyabr 10:4750

          Cox saq ol var ol canim.

          Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.