Cəmiyyət

Günün qoroskopu: Rəqiblər sizi üstələməyə çalışacaqlar

17 Oktyabr 2019 00:01
22 Şərh     Baxış: 7 405

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç -səhər saatları yetərincə maraqlı olacaq. Fəaliyyət sahəsini və ya istiqamətini özünüz seçə bilərsiniz. Maraqlı olaylar gözlənilir.
İdeyalarınızı reallaşdırmaq üçün münasib zamandır.
Günün ikinci yarısında sərbəst hərəkət edin. Yaxınlarınız və dəyər verdiyiniz insanların maraqlarının təminatı üçün bəzi planları təxirə salmaq olar. 
Tərəfdaşlarla, şəriklərlə münasibətlərin daha səmimi olmasına can atın.

Buğa - diqqətli, sayıq olun. Rəqiblər sizi üstələməyə çalışacaqlar. Fəaliyyət müstəvisindəki situasiyanı diqqətlə izləyin. Yeni tapşırıqlar və sifarişlər ala bilərsiniz. Səfər, səyahət, ezamiyyət istisna deyil.
Günün ikinci yarısında iş tempini aşağı salmayın. Belədə zəhmətiniz bəhrəsini verəcək. Qarşı tərəfin maraq və mənafelərini nəzərə alsanız, kollektiv fəaliyyət uğurlu olacaq.
Axşam saatlarında normal istirahət edin.

Əkizlər - həddən artıq aktiv olmayın. Hiperaktivlik işlərin zərərinədir. Qarşınıza qoyduğunuz məqsədə qarşı daha sürətlə irəliləmək istəyirsinizsə, hədəfləri təftiş edin. Genişmiqyaslı layihələrin reallaşdırılması üçün münasib zamandır.
Günün ikinci yarısında bir qədər istirahət etmək olar. Yeni təkliflər səslənərsə, bir qədər düşünəndən sonra razılaşmaq olar. Problemlərin həllində kreativ olun. Peşəkar bilik və bacarıqlarınızı artırın. 
İmkan varsa, çətin vəziyyətdəki qohum və yaxınlarınıza kömək edin.

Xərçəng - tələsik addımlar atmayın, düşünülməmiş qərarlar verməyin. Peşəkar fəaliyyət sahəsində yarana biləcək problemlərin həllində yaradıcı davranış sərgiləyin.
Pozitiv olun. Ruhdan düşməyin.
Günün ikinci yarısında cari çətinliklərin öhdəsindən daha sürətlə gələ bilərsiniz. Tapşırıqları vaxtında yerinə yetirin. Yaxınlarınızdan biri ilə axşam saatlarında görüş yaxşı nəticələr verə bilər.
Normal istirahət edin.

Qız - qarşılıqlı münasibətlərdəki anlaşılmazlıq inciklik və iradlar yarada bilər. Öhdəlikləri qulaqardına vurmayın. Diqqətli olun, səliqəli davranın. Evdəki situasiya nəzarətdən çıxmamalıdır.
Günün ikinci yarısında hövsələsiz olsanız, yeni problemlər yaranacaq. Dəyər verdiyiniz insanların mövqelərini mütləq şəkildə nəzərə alın. Müştəbeh, xudpəsənd insan təsiri bağışlamayın.
Yaxın ətrafınızdakı insanlarla münasibətləriniz nə qədər yaxşı olarsa, məqsədlərə o qədər tez çatarsınız.
Axşam saatları romantika vəd etmir.

Tərəzi - ən sadə və ilk baxışdan asan təsir bağışlayan məqsədə çatmaq üçün ciddi səy göstərməli olacaqsınız.
Bu, sizi yetərincə qıcıqlandıracaq. Lakin emosiyaların qurbanına çevrilməyin, mühüm işi yerinə yetirməyə başlayın, irəliləməyə, hədəfə çatmağa çalışın.
Səfər üçün pis gün deyil.

Əqrəb - enerji tonusunuza diqqət verin. Təhlükəli gərginliyin yarandığını hiss etdiyniz məkanda ehtiyatlı olun. Xroniki problem ciddiləşə bilər. Problematik situasiyanı sürətləndirən və dərinləşdirən amillər sizin üçün siqnal olmalıdır.
Cari işlərdə diqqətli davranın. Təzyiq, ifrat tələbkarlıq, mübahisələr, fəaliyyət obyektinin dəyişdirilməsinin vaxtı deyil.
Evdə təmir aparırsınızsa, bir qədər fasilə verin.
Kompüterin apqreydi, yoxlanılmamış mənbələrdən informasiya köçürülməsi üçün əlverişli vaxt deyil.

Oxatan - böyük maliyyə xərcləri tələb edən planlar var. Gəlir mənbələrini gücləndirmək və artırmağın yollarını düşünün. İşinizi effektiv edin, daha az vaxt sərf edərək daha çox iş görməyi düşünün.
Stresslər az olmayacaq. Lakin onların neqativ və pozitiv məziyyətləri də var.
Axşam saatlarında elə istirahət edin ki, sərf olunmuş qüvvənizi bərpa edərək daxili müvazinət hissinin yaranmasına nail olasınız.
Ev işləri ilə məşğul olun, iş yerində qayda yaradın. Romantik maraqlar bu gün arxa planda olmalıdır. Sizə ehtiyacı olan insanlara və işlərə diqqət ayırmağa çalışın.

Oğlaq - avantürizmə qapılmayın. Mənasız risklər uğur gətirməyəcək. Bununla yanaşı, təşəbbüskar olun. Karyeranızda irəliləyişlər istəyirsinizsə, aktiv olun.
Yaradıcılıq fəaliyyəti üçün yaxşı zamandır.
Günün ikinci yarısında dəyişikliklərə və yeniliklərə ehtiyac var. Qarşıya qoyulmuş məqsədə doğru iradə, qətiyyətlə irəliləyin. Astagəllik, süstlük yolverilməzdir.
Praqmat olun, hisslərə qapılmayın.
Axşam saatlarını dostlarla keçirin.

Dolça - arxa planda qalsanız, vurnuxmayın, irəli atılmayın. Eqoizm zamanı deyil. Ambisioz davranış planları alt-üst edə bilər. Fikir, mövqe və məsləhətləri nəzərə alın. 
Günün ikinci yarısında kollektiv fəaliyyətin nüanslarını aydınlaşdırın. Yardım etmək istədiyiniz insanın qeyri-adekvat davranışı sizi sinirləndirməsin.
Böyük işə başlamaq fikriniz varsa, etibar etdiyiniz insanın yardımlarından istifadə edin. Belədə problemi qısa zamanda həll edə bilərsiniz.

Balıqlar - mövcud situasiyaya alışmağa çalışın. İş şəraiti o qədər də pis deyil. Yeni tapşırıq, layihə və ya sifarişlə bağlı razılıq verməzdən əvvəl detallarla tanış olun. Yaxın ətrafınızdakı insanlarla mübahisə etməyin.
Günün ikinci yarısında müstəqil fəaliyyətə üstünlük verin. Rəqibləri geridə qoymaq istəyirsinizsə, sayıq olun. Hərdəmxəyal insanlardan uzaq durun.
Axşam saatlarında ailəvi istirahəti seçin.

Milli.Az

loading...

Şərh yaz:

22 Şərh:

  • Anonim
    ☺️ · 17 Oktyabr 00:041219

    XOW SABHLARA ACILSIN GUNUNUZ

    Cavab yaz
    • Anonim
      Ulya · 17 Oktyabr 08:3468

      Amin!

      Cavab yaz
      • Anonim
        ☺=ə · 17 Oktyabr 11:2372

        herfleri düzgün yaz

        Cavab yaz
  • Anonim
    Ulya · 17 Oktyabr 00:041315

    Şir hanı bəs?)))

    Cavab yaz
    • Anonim
      ))::: · 17 Oktyabr 09:1768

      Ovdan qayitmayib yeqin ));;;

      Cavab yaz
      • Anonim
        Ulya · 17 Oktyabr 09:2649

        Səsli güldüm )))

        Cavab yaz
        • Anonim
          Mahir · 17 Oktyabr 09:49110

          Ulya xanim necesiniz?

          Cavab yaz
  • Anonim
    Ulya · 17 Oktyabr 10:0425

    Mahir bəy, tşk yaxşıyam

    Cavab yaz
  • Anonim
    Şemkirli · 17 Oktyabr 11:1356

    Salam doslar necesiz off adamm necesen nenirsen

    Cavab yaz
    • Anonim
      ☺=ə · 17 Oktyabr 11:2350

      adam)))

      Cavab yaz
    • Anonim
      Mahir · 17 Oktyabr 11:2707

      Ulya xanim men filme baxmaq istedim, yazildi ki, film movcud deyil. Amma halbuki men filme 1 hefte bundan qabaq baxmisdim. Bu neter olduki 1 hefte erzinde film yigisdirildi? Yoxsa bu komputerin sehvidir? Men hemen filme tekrar baxmaq isteyerdim. Xais edirem meslehet vererdiniz men nenemeliyem?

      Cavab yaz
      • Anonim
        Ulya · 17 Oktyabr 12:4230

        Ola bilər ki, film silinib saytdan. Və ya linki düzgün qeyd etməmisiniz. Ümumilikdə google-da axtarışla tapmaq olar. Əgər olmursa demək ki, mövcud deyil, ya sayt, ya da film silinib

        Cavab yaz
        • Anonim
          Mahir · 17 Oktyabr 12:4912

          Sag olun Ulya xanim.

          Cavab yaz
    • Anonim
      Şemkirli · 17 Oktyabr 11:3234

      Zehra Salam Bizim deyerli Dostumuz,, Coxx Sagol yazmisan gec Gordum,,Men yaxsiyam Sen necesen islerin necedi telebelik illeri nece kecir ?,,,,,basa dusurem vaxtin olmur islerinde ugurlar Sene,,Muelime arada doslarida unutma ))))

      Cavab yaz
    • Anonim
      Şemkirli · 17 Oktyabr 11:3824

      Off adam cooxx Sagol deyerli insan heqiqeten Birdenesen Sen,,Ayin 9 zu Sizde idi gecde olsa tebrik edirem insAllah Ata Anasina layiqli evlad olsun,,10 gunu girdim baxdim Unvanli Sozunu basqa cur gordum uzurlu bil,Coxx Sagol verdiyin deyere gore,,Ozun necesen isin gucun necedi

      Cavab yaz
  • Anonim
    Esmer · 17 Oktyabr 11:5411

    Salam dostlar necesiz her kese Islerinde ugurlar.

    Cavab yaz
    • Anonim
      Şemkirli · 17 Oktyabr 12:1110

      Salam Esmer Senin adivi cekmedim incime da Sende Menim adimi yazmirsan etibarsizsamis )))) Nenirsen isin gucun kefin halin her Sey yaxsidimi dag Ciceyi teravetli Daglar qizi

      Cavab yaz
      • Anonim
        Esmer · 17 Oktyabr 12:1920

        Salam cox sag ol yaxsiyam siz necesiz?He hemde cox etibarsizlar gordum ...soz verib sozunu tutmayanlar gordum....mende her sey qaydasindadi sukur Allaha

        Cavab yaz
  • Anonim
    Şemkirli · 17 Oktyabr 11:5421

    Menim yerlim Tovuzlu Tutunda Salamlayim Sora ele bilecek incimisem ondan,,o etibarsizdi bize ne olub)))))

    Cavab yaz
  • Anonim
    Şemkirli · 17 Oktyabr 12:3122

    Allah Allah Esmer Senin ureyin dolu imis ki lap,Hamini basa dusmek lazimdi,Sebirsiz olmaq Olmaz Biraz temkinle yanasmaq lazimdi hadiselere Sen ki agilli Xanimsan ay Daglar Qizi,,

    Cavab yaz
    • Anonim
      Esmer · 17 Oktyabr 12:5031

      Men her seyi gozel basa dusremde gozel goruremde neyse...ureyim dolu deyende sadece olanlarl dedim ....

      Cavab yaz
  • Anonim
    Rena · 17 Oktyabr 15:2930

    Şir bürcü yoxdu

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.