Cəmiyyət

Günün qoroskopu: Ehtiyatlı olun, fundamental səhvdən uzaq durun

19 Sentyabr 2019 00:01
19 Şərh     Baxış: 6 691

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - Günün ilk yarısından qətiyyətli və iradəli şəkildə çalışın. Hadisələrin dünənki məcrasının davam etdirilməsi fəaliyyətin ideal variantı ola bilər. Yaradıcılıq planlarını reallaşdıra bilərsiniz. Problemlərin həllinə fərdi yanaşın.

Günün ikinci yarısında rutin işlərdən usanmayın. Onları mütləq şəkildə çözmək gərəkdir. Həmişəkindən fərqli olaraq bir qədər risk etmək olar. Yeni, genişmiqyaslı layihəyə başlamayın.

Buğa - Yaşam tərzi sizdən aktiv qərarlar və mütəhərrik olmağı tələb edir. Başqalarının laqeydliyindən yararlanmayın, öz stilinizə sadiq qalın. Əhval-ruhiyyənizi ən kiçik, xırda məsələlərə görə korlamayın. Bir qədər əvvəl yaşanmış proseslərin fəsadları hələ tükənməyib.

Günün ikinci yarısında izafiliyə varmayın. Duruma müdaxilədə diqqətli olun, konsepsiyasız qərarlar qəbul etməyin.

Axşam saatlarında ağır fiziki işdə çalışmayın.

Əkizlər - Günün ilk yarısında yaxşı əhvalınız olacaq. Hadisələrə nikbin yanaşın. Ruh düşkünlüyünə qapılmayın. Situasiya pozitivdir. Yeni, maraqlı imkanlar yaranır. Şanslarınızdan yararlanın. Fürsəti fövtə verməyin.

Günün ikinci yarısında böyük layihəyə və ya ağır sifarişin icrasına başlamaq məsləhət deyil. Çətinliklər sizi zəiflətməsin. Şəraitə uyğunlaşın. Köhnəlmiş ştamplardan, uğursuz klişelərdən qurtulun. Yanlış psixoloji anlamlara aldanaraq səhv addımlar atmayın.

Axşam saatlarında orijinal ideya yarana bilər.

Xərçəng - Günün ilk yarısından etibarən tənbəllik etməyin. Analitika, mürəkkəb hesablamalar, sistemləşdirmə, fərdi nəzarət, məsuliyyətli sifarişin yerinə yetirilməsi üçün münasib zaman deyil.

Günün ikinci yarısında sizi effektiv fəaliyyətdən yayındıracaq proseslər yaşanacaq. İntizamlı olun, qaydalar çərçivəsindən çıxmayın. Sağlam qida rasionunu seçin. Strateji məsələnin həllində təfərrüatlara fikir verin.

Axşam saatlarında bədxərclik etməyin. Səbəbsiz nikbinliyə qapılmayın.
 

Şir - Günün ilk yarısından etibarən rəqiblərlə müqayisədə üstün mövqelərə malik olacaqsınız. Amma bu, situasiyanı tam nəzarətdə saxlamaq istəklərinizə və cəhdlərinizə mane olmamalıdır. Situasiya ağırlaşır.

Günün ikinci yarısında əlverişsiz vəziyyətdən asanlıqla çıxış yolu tapa bilərsiniz. Fəaliyyət sahənizdə qrafikin yenilənməsinə zərurət duyulur.

Axşam saatlarında yaşamınızda dəyişikliklər başlanacaq.

Qız - Yeni oriyentirlər seçin. İşlə bağlı təklif səslənəcək. Yeni və fərqli ideyalar var. Gərəkli informasiya axtarışı ilə məşğul olun, faydalı əlaqələri bərpa edin. Təmaslardakı donuq situasiyanı aradan qaldırın.

Məqsəd və məramlarınızı səhər saatlarından etibarən reallaşdırmağa başlayın. Gərəkli avadanlıq, vasitə və resursları toplayın.

Daxili gərginlik olsa da, imkanlar və qüvvələrdə müəyyən tükənmə hiss olunur. Gərgin olmayın. Bu gün izafi əmək üçün deyil.

Axşam saatlarında istirahət edin.

Tərəzi - Məntiq, tələbat və ya seçdiyiniz plana uyğun davranın. Hisslər, emosiyalar və ya ani impulsun təsiri altına düşməyin. Təkbaşına çalışmayın, tənha qalmayın. İşdə həmkarlarınızla birlikdə olun.

Toplantı, müzakirə və ya görüş zamanı işlə bağlı unutduğunuz, yadınızdan çıxmış təfərrüatı xatırlayacaqsınız.

İddialarla tələblərin səviyyəsini bir qədər aşağı salın. Mümkün qədər çox iş görməyə səy göstərin.

Axşam saatları konkret, maddi məsələlərlə bağlı işlər üçün əlverişlidir. Bacarıq və istedadınızı nümayiş etdirin. Sevdiyiniz işlərlə məşğul olmaq üçün əlverişli zamandır.

İstirahət və açıq havada gəzintiyə yetərincə vaxt ayırın.

Əqrəb - Ambisiyaların reallaşdırılması üçün müvafiq zamandır. Məqsədə çatmaq üçün effektiv vasitələrdən istifadə edin. Asan yollara üstünlük verin. Hədəfə daha tez çatmaq üçün ən əlverişli metoddan yararlanaraq rəqibləri qabaqlayın.

Günün ikinci yarısında planlarınızda dəyişikliklər edin. Təftiş və təhlilə başlaya bilərsiniz. Rasionunuza fikir verin. Səhhətinizin qeydinə qalın. İşgüzar olun, aktiv işləyin. Biliklər azdırsa, əlavə məlumatlar əldə edin.

Axşam saatlarında gəzintiyə çıxın.

Oxatan - Günün ilk yarısı uğurludur. Enerjili olun, işlərə aktiv başlayın. Cari problemləri hadisələrə təsir imkanlarına malik insanın yardımı ilə həll edin. Bilik və bacarıqlarınızdan yararlanın.

Günün ikinci yarısında kollektiv fəaliyyətdə fayda var. Sizi dəstəkləyən, yardımlarını əsirgəməyən insanlara minnətdarlıq etməyi unutmayın. Axşam saatlarında bədxərclik etməyin. Yeni işlər üçün maliyyə ehtiyatınız olmalıdır.

Normal istirahət etməyə çalışın.

Oğlaq - Günün ilk yarısı ağır fiziki əmək yox, yaradıcılıq üçün daha əlverişlidir. Özünüzə həddən ziyadə güvənsəniz, ciddi səhvlərə yol verə bilərsiniz. Vədlərə, təkliflərə, dilətutmalara aldanaraq yolunuzdan sapmayın.

Günün ikinci yarısında maliyyə məsələlərində istənilən düşünülməmiş addım, avantüra təhlükəlidir. Çox zəif, illüzor şanslara uymayın. Bahalı heç nə almayın.

Axşam saatlarına yaxın daha səbatlı, məntiqi və praktiki şanslarınız yaranacaq. Hisslərinizin etirafına tələsməyin.

Dolça - Praqmat olun. Qeyri-konstruktiv hisslərə qapılmayın. Yaxın ətrafınızdakı insanların maraqlarına zidd addım atmaq niyyətiniz varsa, yaxşıca düşünün. Maddi məsələlər münasibətlərdə sərinləşmə və fikir ayrılıqlarına səbəb ola bilər.

Günün ikinci yarısında yaşam arealında islahatlar aparmaq olar. Ödənişlərdə diqqətli olun, hesablamalarda səhvlərə yol verməyin.

Kredit götürməyin, borcları vaxtında qaytarın.

Maddi məsələlərin müzakirəsi üçün əlverişli zaman deyil.

Ehtiyatlı olun, fundamental səhvdən uzaq durun.

Balıqlar - Hadisələrin zahiri effektləri bu gün həlledici rol oynayacaq. Proseslərə süni müdaxilə etməyin. Olaylara təkana ehtiyac duyulmursa, hiperaktivlik yalnız zərər verə bilər. Başqalarının oyunlarına qatılmayın, məkrli planın qurbanına çevrilməyin.

Günün ikinci yarısında rutin prosedurlar uğurlu olacaq. Problemlərin həllinə kreativ yanaşın. Cari işlərin görülməsində yeniliklər edə bilərsiniz. Axşam saatlarına yaxın əlavə xərclər istisna deyil.

Gəzintiyə çıxmağı unutmayın.

Milli.Az

loading...

Şərh yaz:

19 Şərh:

  • Anonim
    Ulya · 19 Sentyabr 01:1243

    İşlə bağlı təklif... Artıq neçə gündür o təklifi dəyərləndirib dəyərləndirməmək barədə düşünürəm ))))

    Cavab yaz
  • Anonim
    Ulya · 19 Sentyabr 01:1233

    Qonşu, iş qrafikini dəyiş )))

    Cavab yaz
  • Anonim
    Ulya · 19 Sentyabr 01:1632

    Ən acı şey, həyatda olmayan biri üçün darıxmaqdır...

    Cavab yaz
  • Anonim
    Ulya · 19 Sentyabr 07:2382

    Burda hər şey ,hər an səni soruşur, Xatirələr günlər səndən danışır, Göz yaşlarım yağışlara qarışır Hər an sənin üçün darıxıram mən. Sanki yaşayaraq ölürəm sənsiz, Şam kimi yanıram, sönürəm sənsiz Susuz səhralara dönürəm sənsiz Hər an sənin üçün darıxıram mən.

    Cavab yaz
  • Anonim
    Ulya · 19 Sentyabr 07:2572

    Hər səhər görməyin ümidi ilə Məni oyadardı sevginin səsi İndiysə səhərlər açıla bilmir Qaytar geri günəşi qorxuram bir dənəsi. Sənsiz dəniz belə sanki ağlayır, Dalğalar oxuyur həsrət nəğməsi Ürək üsyan edib səni istəyir Görən indi neyləyir qəlbimin bir dənəsi Qəlbimə heç kəsi yaxın qoymazkən, Səndən sonra oldum sevgi köləsi İndi sənə məhkum sənə məcburam Məni həsrətdə qoyma sevgimin bir dənəsi Səndən ibarətdir mənim həyatım, Görmək istəmirəm sənsiz heç kəsi Qanadsız sərçəyəm,yaşayan ölü Gözüm səni axtarır ömrümün bir dənəsi Acı dolu bu həsrətlə darıxıram dözməyirəm, Sənsiz ömrü sevməyirəm gəl ruhumun nəfəsi, Bircə sənin ümidinlə yaşayaraq ölməyirəm Yolunu gözləyirəm Ülkərin bir dənəsi.

    Cavab yaz
  • Anonim
    Ulya · 19 Sentyabr 07:2772

    Nə vaxtsa ürəkdə bitsə də sözüm, Yenə də lal olub, susub yaşaram. Axan şəlaləyə dönsə də gözüm, Ətrafa sevincli gözlə baxaram!

    Cavab yaz
  • Anonim
    Ulya · 19 Sentyabr 07:3072

    Necə qıydı yaradanım, Sənə, heç gəlmir gümanım, Ay igidim, pəhləvanım, Məzar sənə yaraşmayır. Çatmadın ki, bu yaşa sən, Dönüşəsən bir daşa sən, Qayıt, yenidən yaşa sən, Məzar sənə yaraşmayır. Anan oxşar məzarını, Çəkə - çəkə qubarını, söylər, dur alım ağrını, Məzar sənə yaraşmayır. Bacın sızlar, qardaş deyər, Tökər gözündən yaş deyər, mən öləydim ey kaş deyər, Məzar sənə yaraşmayır. Həsrətinə dözməyir yar, O gün, bu gün gülməyir yar, Ay igidim söyləyir yar, Məzar sənə yaraşmayır. Bu dünyaya gələn gündən, Keçdin neçə duman - çəndən, Duyan deyir, heyif səndən, Məzar sənə yaraşmayır. San ki, indi gələcəksən, Deyəcəksən, güləcəksən, Qalx, ay canım, deyəcəksən, Məzar sənə yaraşmayır.

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 19 Sentyabr 10:1750

    Ditdiiiiiiiiiiiiiiii:))) Men gəldimmmmm.xoş geldim dəəəəəəəəəəə))

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 19 Sentyabr 10:2050

    Status-Heyatda 3 seye nezaret edin size qalib gelmesin-Qelbinizde olan hesede, Gözünüzde olan acliqa ve əlinizdə olan imkana..

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 19 Sentyabr 10:2150

    Vəəəəə..Gününüz maraqli olsun üreyinizce olsun.

    Cavab yaz
  • Anonim
    Ulya · 19 Sentyabr 11:0882

    Ulduz sayaraq gözləmişəm hər gecə yarı, Gec gəlmədədir yar yenə, olmuş gecə yarı. Gözlər asılı, yox nə qaraltı, nə d ə bir səs, Batmış qulağım gör nə döşürməkdədi darı. Bir quş: “Ayığam” - söyləyərək gahdan inildər, Gahdan onu day yel deyə laylay huş aparı. Yatmış hamı, bir Allah oyaqdı, daha bir mən Məndən aşağı kimsə yox, ondan da yuxarı. Qorxum budu, yar gəlməyə birdən yarıla sübh, Bağrım yarılar, sübhüm, açılma səni Tarı! Dan ulduzu istər çıxa, göz yalvarı, çıxma, O çıxmasa da, ulduzumun yoxdu çıxarı. Gəlməz, tanıram bəxtimi, indi ağarar sübh, Qaş beylə ağardıqca, daha baş da ağarı. Eşqin ki, qərarında vəfa olmayacaqmış, Bilməm ki, təbiət niyə qoymuş bu qərarı? Sanki xoruzun son banı xəncərdi soxuldu, Sinəmdə ürək varsa, kəsib qırdı damarı. Rişxəndilə qırcandı səhər, söylədi: - Durma, Can qorxusu var eşqin, uduzdun bu qumarı.

    Cavab yaz
    • Anonim
      Fizuli Şirvanlı · 19 Sentyabr 12:0520

      kim üçün bu sözlər?)

      Cavab yaz
      • Anonim
        Ulya · 19 Sentyabr 12:4310

        Adı lazım deyil baş harfi bən )))

        Cavab yaz
        • Anonim
          Fizuli Şirvanlı · 19 Sentyabr 13:0620

          elə bil torbada pişiy var?)xeyir işə məni çağırarsan, yaxşı şabaş salaçam)

          Cavab yaz
          • Anonim
            Ulya · 19 Sentyabr 14:4712

            Sən elə ancaq torbada pişik axtar )))) torba boşdu)) sadəcə oxudum bəyəndim deyə paylaşdım. Evdə tək idim, Şeir paylaşmaq təbim gəlmişdi)))

            Cavab yaz
            • Anonim
              Fizuli Şirvanlı · 19 Sentyabr 15:0720

              maraqlıdı deyə axtarıram)

            • Anonim
              Mezahir · 19 Sentyabr 16:2532

              Etin tökülsün.et qoymadın bizde

            • Anonim
              Ulya · 19 Sentyabr 19:4211

              Axtar,axtar) axtaran tapar ))

  • Anonim
    Ulya · 19 Sentyabr 11:0881

    Oldum qaragün ayrılalı o sarı teldən, Bunca qara günlərdir edən rəngimi sarı. Göz yaşları hər yerdən axarsa, məni tuşlar, Dəryaya baxar, bəllidi, çayların axarı. Əzbəs məni yarpaq kimi hicranla saraldıb, Baxsan üzünə, sanki qızılgüldü, qızarı. Mehrabi-şəfəqdə özümü səcdədə gördüm, Qan içrə qəmim yox, üzüm olsun sənə sarı. Eşqi var idi Şəhriyarın güllü-çiçəkli, Əfsus, qara yel əsdi, xəzan oldu baharı.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.