Bu gün Azərbaycanda İslam aləmində ən möhtəşəm bayramlardan biri olan müqəddəs Qurban bayramı qeyd edilir.
İslamda cəmi iki bayram - eydül-əzha (Qurban bayramı kimi tanınan bayram) və eydül-fitrə (Orucluq bayramı - kiçik bayram) bayramları qanuniləşdirilib. Qurban bayramı İslam dininin ən vacib sayılan fərzlərindən biri kimi Quranın tələb etdiyi dini tələbdir.
Bu bayram müsəlmanların həcc ziyarəti mərasiminin bir hissəsidir. Qurban bayramı müsəlman təqviminin (hicri-qəməri təqvimi) 12-ci ayı olan Zilhiccə ayının 10-cu günü, Məkkəyə həcc dövründə qurbanlıq heyvanların kəsilməsi şəklində qeyd olunur.
İslam dini böyük inama, ulu Allaha qurban verməkdə də əvəzsiz inqilab yaratdı. Bəşəriyyəti insanı qurban verməkdən çəkindirdi, bu cür qurbanı hətta qadağan etdi. Ona görə də İslam dini Allahın adından buyurdu ki, insanın əvəzinə qurbanlıq heyvan kəsilməlidir. Qurban mərasiminin vaxtı da müəyyənləşdirildi. Əvvəllər kim nə vaxt istəsəydi, qurbanlıq heyvan kəsə bilərdi. Bayramı daha da şərəfləndirmək üçün onun ildə bir dəfə - Zilhiccə ayının 10-da keçirilməsi qanuniləşdirildi.
Quranda deyilir: "Allah Beytülhəram (müqəddəs ev) olan Kəbəni haram ayı (Zilhiccəni), (Kəbəyə gətirilən) boyunları bağsız və bağlı (boyunlarına nişan taxılmamış və taxılmış) qurbanları insanların (dini və dünyəvi işlərinin) düzəlib sahmana düşməsi üçün bir yol müəyyən etdi. Bu ona görədir ki, Allahın göylərdə və yerdə nə varsa (hamısını) bilməsini, özü də Allahın hər şeyi (layiqincə) bilən olmasını siz də biləsiniz!" (Quran 5-ci surə, ayə 97).
Bu mərasim yerlərdə də keçirilir. Hər hansı niyyət üçün qurbankəsmə hər hansı gündə ola bilər.
Sovet hakimiyyəti dövründə din və dini ayinlər, bayramlar da tənqid hədəfi olub.
Azərbaycan müstəqilliyə qovuşduqdan sonra xalqın dininə, milli ənənələrinə, milli və dini bayramlarına hörmət və diqqət yetirilməyə başlandı.
Azərbaycanda bu il Qurban bayramı noyabrın 6 və 7-də qeyd edilir.
/Trend/
Cəmiyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Bu gün Qurban bayramıdır
6 Noyabr 2011 00:05
0 Şərh
Baxış: 393

DİGƏR XƏBƏRLƏR
-
Daha bir rayonda dəbdəbəli yas mərasimləri ləğv edildi
-
“Yay bitməmiş gəzməyə gedə bilsəydik" deyənlər üçün - 3 günlük ucuz və yaddaqalan marşrutlar
-
29 sm boy fərqi belə olmur - Putin-Tramp görüşündə müəmma
-
Rəqsanə buna görə həbs olunub - İş adamını azadlığa buraxdıracaqmış - TƏFƏRRÜAT
-
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunub - FOTOlar
-
2025-ci ilin məşhur kitabları: Nələri oxumağa dəyər?
XƏBƏR LENTİ
-
Qarabağ bu xəritələr əsasında bərpa edilir - VİDEO
-
Paşinyan xalqdan üzr istədi
-
Messidən tarixin yeni rekordu
-
Tiktini materialları alanlara XƏBƏRDARLIQ - VİDEO
-
Ukrayna heç bir ərazini Rusiyaya verməyəcək - Rubio
-
"Supermen" və "Ulduz müharibələri"nin aktyoru vəfat etdi - FOTO
-
Qazaxıstanda təyyarə qəzası: Ölənlər var
-
Qəhvəni günün bu saatında için - insanı xoşbəxt edir, ruh halını yaxşılaşdırır
-
Yusif Səmədoğlunun qızı Humay Vəkilova: "Hər an evə girib, atamı apara bilərdilər"
-
Avqustda 4 bürcə sərvət axacaq
-
Tək məhsulla paltaryuyandan gələn pis qoxunu dərhal yox edin
-
“Botoks məni elə günə qoydu ki, toylarım əldən gedirdi” - “Həkimə pul verirlər ki, məni o ifritəyə bənzət”
-
Moskva Ukraynanın beş bölgəsində güzəştə gedib - Uitkoff
-
Sabahın havası meteohəssas insanlar üçün nə vəd edir?
-
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - FOTO
-
Azərbaycandan Qod Nisanovun oğlunun toyuna bu müğənnilər gedəcək - ADLAR
-
Ukrayna Alyaskada razılaşdırılmış sülh şərtlərini rədd etdi
-
Mahir “Kayzerslautern” forması ilə ilk qolunu vurdu - VİDEO
-
Bakıda kirayə mənzillər bahalaşdı - Səbəb nədir?
-
Azərbaycan illər sonra həmin müsabiqəyə qayıdır
-
"Ferentsvaroş" - "Qarabağ" oyununun hakimləri müəyyənləşdi
-
Cinayətlər ən çox hansı bölgədə törədilir? - RƏQƏMLƏR
-
Azərbaycanda noutbuk istehsalı 42 faizdən çox artıb
-
Zelenski və Avropa liderləri sabah Tramp ilə görüşə yollanacaqlar