Cəmiyyət

Ələt-Astara yolunda ağır qəza - Azı 3 ölü, 4 yaralı

30 Avqust 2019 23:48
0 Şərh     Baxış: 2 598
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu saatlarda Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən 80-ci km-də 3 avtomobilin toqquşması ilə nəticələnən ağır zəncirvari qəza baş verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, 1 TIR və 2 minik maşınının toqquşması nəticəsində azı 3 nəfər hadisə yerində dünyasını dəyişib , 4 nəfər isə xəsarət aldıqlarından Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda qəzada ölənlərin və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Hadisə yerində tıxac yarandığından DYP əməkdaşları yolun açılması üçün tədbirlər görürlər.

Qəzanın təfərrüatları barədə əlavə məlumat veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.