Valideynləri övlad qatilinə çevirən cəhalət - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Cəlilabadın Əliqasımlı kəndində 17 yaşlı qızın intihar etmə xəbəri mediada sürətlə yayıldı. Uşaqlıqdan nənə-baba himayəsində yaşayan kənd sakini Aysun Hacıyeva özünü həyətlərindəki yarımtikilidə asaraq öldürüb. Buna səbəb isə qızın nənəsi tərəfindən məcburi evliliyə sürükləməsi olub.
Ən dəhşətlisi isə odur ki, bu, 1 həftə içində eyni səbəbdən baş verən ikinci intihar hadisəsidir. Zaqatalada da elə Aysunun həmyaşıdı Gülər İsmayılova çıxış yolunu məhz intiharda görmüşdü. Hər iki hadisə cəmiyyətdə bəlkə də çoxumuzun bilib də susduğu böyük bir problemi ortaya çıxarır. Valideynlərin övladlarına şəxsiyyət kimi yanaşmaması və həyatına müdaxilə etmələri.
Milli.Az bildirir ki, ARB TV mövzuyla bağlı geniş süjet hazırlayıb.
Vəfa Əkbər - Psixoloq: "Niyə bunların sayı azalmır? Çünki bu gün hər kəs car çəkir və bunu görürük. Niyə bunların sayı azalmır? Çünki o valideynlər hələ də özlərini haqlı hesab edirlər, şişmiş eqolarını tətmin etmələri üçün, hələ də özlərini doğrultmaq üçün və yaşlı nəsilə özünü təsdiq etmək üçün ki, mənim hələ də hökmranlığım keçir öz övladımın üzərində, öz övldalarını qurban verirlər".
Psixoloqun sözlərinə görə, valideynlər övladlarını məcburi nikaha sürükləməklə birbaşa onların şəxsi həyatını idarə etmiş olurlar. Bu mövzuda mütəxəssis tövsiyəsinə gəlincə...
Vəfa Əkbər - Psixoloq: "Ən azından övladlarımızı bu yaşa gətirib, çatdırmışıqsa, onların duyğularına, hisslərinə hörmət edək. Və onları istəklərindən kənar bir şeyə məcbur etməyək. Çünki onların da yaşama haqqı var".
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov isə valideynin övladını nikaha məcbur etməsini cinayət adlandırır. Qurum rəsmisi problemdən çıxış yollarından da danışır.
Cinayət Məcəlləsinin müvafiq bəndinə əsasən, ailə üzvünü, övladını və ya hər hansı bir şəxsi məcburi evliliyə cəlb edəni 4 min manatadək cərimə və 4 ilədək azadlıqdan məhrum edilmə cəzası gözləyir. Amma, təəssüf ki, bu da övladının şəxsi həyatını idarə edən bəzi valideynləri yolundan döndərmir. Belə olmasaydı, Gülər də, Aysun da eyni qədəri yaşamazdı. Və görünür, bu hökmranlığa daha sərt şəkildə "dur" deyilməzsə, hələ çox Gülərlərin, Aysunların intihar xəbərini eşidəcəyik.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Çox yatırsınız? - Bu xəbəri diqqətlə oxuyun
-
Əfv sərəncamının icrası başa çatıb - (Yenilənib)
-
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir
-
Həcc ziyarətinə getmək istəyənlərə mühüm xəbər - Qeydiyyat bu tarixdə başlayır
-
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib
-
"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" AZCON-un idarəetməsinə verilib
XƏBƏR LENTİ
-
Yamal futbolda əsas hədəfini açıqladı
-
Eşidənlər zeytun tumunu artıq zibilə atmır
-
Günün bu saatında içilən kofe damarları daxildən zədələyir
-
Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə
-
"Barselona"nın oynadığı futbol deyil" - Simeone
-
Bakıda plana düşən 200-dən çox ev sökülür, dəmir yolu xətti çəkilir - VİDEO
-
Kloppdan Almaniya millisinə sərt qadağalar
-
Yasamal və Xəzərdə işıq olmayacaq - Yenilənib
-
Niderland “Avroviziya”nı boykot etdi
-
“Qolu ailəmə, qızlarıma həsr edirəm” - Toral Bayramov - (Video)
-
İsrailin ABŞ-dəkı səfirinin oğlu hücumda ağır yaralanıb
-
Günün qoroskopu: Özünüzə dincəlmək üçün icazə verin
-
Rəqsanə İsmayılovaya ağır itki
-
Şəkidə iki avtomobil toqquşub - 4 nəfər xəsarət alıb
-
İrandakı azərbaycanlılar ölkəyə necə qayıdacaqlar? - (Video)
-
Sumqayıtda ağır qəza - xəsarət alanlar var - (Video)
-
Asena Keskincinin sinə dekoltesi müzakirə yaratdı - (Video)
-
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - (Video)
-
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
-
Çox yatırsınız? - Bu xəbəri diqqətlə oxuyun
-
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi
-
Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul edib - Yenilənib - (Video)
-
Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub
-
Mahir Emreli üçün xoşagəlməz an - (Video)





