"Ərazidən üç maşın şüşə sınığı yığdırdıq" - Pirin nəzarətçisi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Pirlər, ziyarətgahlar hər zaman insanların ümid yeri olub. Bakının qəsəbələrində çox sayda ziyarətgahlar var ki, onlarla bağlı rəvayətlər bu günə qədər gəlib çıxıb. Və bu gün də insanlar həmin pirləri ziyarət edirlər.
Maştağada çox adamın baş çəkdiyi "Seyidlər qəbristanlığı" var. Ağacların arasında olan məzarlar qədim tarixə malikdir. Burada bir neçə seyid və onların yaxınları dəfn ediliblər. Qəbristanlığı ziyarət edəndə qəribə bir rahatlıq hiss edirsən.
Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, burada ən çox ziyarət olunan "8 qapı" piridir. Deyirlər ki, orada Aqil baba adlı seyidin doğuş zamanı dünyasını dəyişən qızı dəfn edilib. İnanclara görə, doğuş zamanı dünyasını dəyişən qadın şəhid hesab edilir, cənnətə düşür. Sonradan məzarın üzərində cənnət qapılarını əks etdirən "8 qapı" tikilib.
Çətinə düşənlər, sıxıntısı olanlar, qorxu yaşayanlar, hamilələr, uşağı ola bilməyənlər bu pirə pənah gətirirlər.
Pirə nəzarət edən və xüsusi dini ayinlərin keçirilməsində ziyarətçilərə yardım edən Mirtofiq Seyidrza oğlunun sözlərinə görə, hər gün onlarla adam pirə gəlir, ziyarət edir.
Pirdə səkkizinci qapının üzərində dəmir parçası var. Qapıları gəzib çıxan şəxslər 8-ci qapıdan çıxanda həmin dəmir parçasına döyürlər. Güya gözlənilmədən çıxan səs həmin şəxsi diksindirir və daxilində olan qorxuluğu çıxarır.
Seyid Mirtofiq kişi bizə pirin üzərində qoyulmuş dəmir parçası haqqında məlumat verir. Dediyinə görə, sovet dövründə belə yerlər qadağan idi. İnsanlar bu pirə az gəlirdilər. O vaxtlar pirə gələnlər şüşə sındırırdılar. 90-cı illərdən sonra pirə gələnlərin sayı artıb. Elə o vaxt başa düşüblər ki, burada ziyarətə gələnər üçün şüşə sındırmaq təhlükəlidir: "Burada o qədər şüşə qırığı vardı ki, deməklə dilə gəlməz. Biz o qırıqları maşınlarla daşıtdırdıq. Elə həmin vaxt cümə məscidinin axundlarına müraciət etdik. Dedik ki, şüşə sındırmağın qarşısını almaq lazımdır. Bu zaman yeni üsul ortaya gəldi - bu dəmirdöymə 1990-cı illərdən var".
Seyidin sözlərinə görə, "8 qapı" rəmzi olaraq cənnət qapılarını ifadə edir. İnsanlar buraya gələrək rahatlıq tapırlar: "Biz də diksindirir, qorxusunu alırıq. Bəzi şəxslər xahiş edirlər ki, onlar üçün dəmir vurmayaq. Məsələn, hamilə qadınlar üçün dəmiri döymürük".
Seyid deyir ki, Seyid Aqil babanın əsl adı Seyid Hüseyn olub. Hamı onunla məsləhətləşdiyi üçün ona Aqil (Əql) - yəni ağıllı baba deyərlərmiş. Sağlığında onun yanına hətta Şah Abbasın da gəldiyini deyirlər.
Bundan başqa, qəbristanlıqda güclü hesab edilən seyidlərin dəfn edildiyi "Göy Günbəz", "Seyidibadağa" ocağı adlanan türbələr də var. Qəbristanlığa ziyarətə gələnlər bu türbələri ziyarət edir, nəzir verir, diləklərini dilə gətirirlər.
Onu da qeyd edək ki, burada heç kimdən pul, nəzir tələb olunmur, heç kim pirə inanmağa məcbur edilmir. Ziyarətçilərin çox olmasına baxmayaraq, digər yerlərdə olduğu kimi, növbə də yoxdur.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bank VTB (Azərbaycan) uşaqlar üçün 6-cı “Yay düşərgəsi” təşkil edib
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Xalq artisti Aleksandr Yakovleviç Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıblar
-
Ağır məktəb çantası uşağın onurğasını necə zədələyir? - Xəbərdarlıq
-
Yaxın günlərdə Coşqunun toyu olacaqmış...
-
Prezindet İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Aleksandr Şarovskinin vida mərasiminə əklil göndəriblər - (Foto)
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak ediblər - (Foto)
XƏBƏR LENTİ
-
Bank VTB (Azərbaycan) uşaqlar üçün 6-cı “Yay düşərgəsi” təşkil edib
-
Gürcüstandan uçan təyyarə dənizə təcili eniş edib
-
Naxçıvanda 45 kiloqramdan çox metamfetamin ələ keçirildi
-
“Mourinyonun Arda ilə problemini həll etmək çətindir”
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Xalq artisti Aleksandr Yakovleviç Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıblar
-
Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin
-
Ağır məktəb çantası uşağın onurğasını necə zədələyir? - Xəbərdarlıq
-
Məleykə Əsədovanın qızı bu ölkədə təhsil alacaq
-
Şəkidə 2 nəfərin öldüyü faciə ilə bağlı yeni faktlar - (Foto)
-
İstanbulda 12 yaşlı azərbaycanlı uşaq güllələndi - Anbaan Video
-
Serbiyada növbədənkənar seçkilərin tarixi açıqlandı
-
Acun: “Bugünkü uğurumun sirri əslində tənhalıqdır”
-
Yaxın günlərdə Coşqunun toyu olacaqmış...
-
Prezindet İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Aleksandr Şarovskinin vida mərasiminə əklil göndəriblər - (Foto)
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl göndəriləcək
-
“Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib - (Foto)
-
Xalq artistinin iş yeri bəlli oldu
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Həmin toyda gəlinə taxılan qızıllar kirayə imiş...
-
Seru Qirassi Levandovskini geridə qoydu
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Vulkana reportaj çəkməyə getdilər, geri qayıtmadılar - 7 nəfər itkin düşdü
-
Zərdabdakı qəzada ölən sürücü riyaziyyat müəllimi imiş





