Cəmiyyət

Böyük Qafqazda yeni sel ocaqları açılıb - TƏDQİQAT

12 İyul 2019 08:40
0 Şərh     Baxış: 2 471
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akad. H.Əliyev adına Coğrafiya İnstitutunun "Tufandağ ekogeomorfoloji dəstəsi"nin əməkdaşları Böyük Qafqazın cənub yamacında çöl tədqiqatları aparıblar.

Milli.Az bildirir ki, AMEA-dan Trend-ə verilən məlumata görə, baza Qəbələ rayonu Tüntül kəndi olmaqla, üç əsas və bir vizual istiqamətdə tədqiqat marşrutları seçilib.

Mütəxəssislər ekspedisiya müddətində relyefə antropogen təsirin artması ilə əlaqədar təbii tarazlığın pozulması, nəticə etibarı ilə ekzogen proseslərin sürətlənməsi, relyefin müxtəlif dərəcəli dəyişikliklərə məruz qalması kimi halları müşahidə ediblər. Bundan əlavə, araşdırmalar zamanı yay otlaq sahələrinin sürətli deqradasiyası, buzlaqların aşağı sərhədlərinin geri çəkilməsi ilə əlaqədar yeni sel ocaqlarının açılması və sayının artması, əvvəlkilərin isə xeyli genişlənməsi müəyyən olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.