Cəmiyyət

Günün qoroskopu: Düşünülməmiş sözlər sizi pərt edə bilər

23 İyul 2019 00:01
16 Şərh     Baxış: 10 439

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - bu günə planlaşdırdıqlarını reallaşdırmaq çox çətin olacaq: qəfildən maneələrlə rastlaşırsınız, üstəlik müttəfiqləriniz də özlərini yaxşı aparmırlar. Bir çox başqalarının işlərini görməli, yaxud digər insanların buraxdıqları səhvləri düzəltməli olacaqsınız.

Yaxın adamlarınızla ciddi münaqişələriniz ola bilər. Əsasən də, yaşlı nəslin nümayəndələri ilə sözləriniz çəp gəlir. Ola bilsin ki, özünüz haqda xoşagəlməyən sözlər eşidəsiniz. Amma bu, elə də pis deyil: adətən sizə yaxşı sözlər söyləyən insanın həqiqətdə haqqınızda nə düşündüyünü öyrənəcəksiniz.

Buğa - çox uğurlu gündür, iş danışıqları gözəl keçir, etibarlı köməkçi və tərəfdaş tapa bilirsiniz. Vəzifələriniz də çoxalır, amma gördüyünüz işin mükafatı özünü çox gözlətməyəcək. Maraqlı əməkdaşlıq təklifləri ala bilərsiniz. Bir çox nüanslardan bəhrələnib karyera pillələri ilə yuxarı qalxa bilərlər.

Şəxsi münasibətlərdə də hər şey qaydasındadır. Sevdiyiniz insana olan hissləriniz dərin və qarşılıqlıdır. Yaxınlarınız həyatınıza ciddi maraq göstərir və yaxşı məsləhətlər verirlər. Qiymətli hədiyyə ala bilərsiniz.

Əkizlər - əldə edə biləcəyiniz uğurlar yalnız sizdən, işə necə diqqət göstərəcəyinizdən asılıdır. Etibarlı dost və ya nüfuzlu insan sizə kömək edərsə, əla olar.

Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün bütün gərəkli vasitələrdən istifadə edin.

Günün ikinci yarısında şəxsi münasibətlərdə gərginlik yarana bilər. Dəyər verdiyiniz insanla təmasları ağırlaşdırmayın. Dediyiniz sözlərin fərqinə varın. Ailənin yaşlı üzvləri ilə qarşılıqlı anlaşmaya ehtiyac duyulur.

Qayğıkeş, diqqətli olun. Alicənab insan təsiri bağışlayın.

Xərçəng - birgə fəaliyyət üçün əlverişli zamandır. Kollektiv işdə rolları bölüşdürün, kimin hansı işlə məşğul olacağını müəyyənləşdirin. Ən ağır problemi əldir şəkildə çözmək olar.

Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Bilik və bacarıqlarınızı mümkün qədər artırmağa can atın. Ayıq olun ki, rəqiblər sizi keçməsin. Dedi-qodulara, qeybətə əsla qatılmayın.

Sevdiyiniz insanın qədrini bilin. Dəyərli şəxslərlə əlaqə saxlayın.

Şir - uğurlu, düşərli gündür. Hədəfləri yeniləmək, məqsədi dəyişmək olar. Ən yaxşısını əldə etmək sizin hüququnuzdur. Passiv olmayın, kiminsə kölgəsində qalmağı ən təhlükəsiz variant hesab etməyin. İstedadınızdan - əgər varsa - bəhrələnin.

Günün ikinci yarısı karyera baxımından yeni imkanlar və münasib perspektivlər vəd edir. Şansı dəyərləndirin, astagəllik etməyin. Yaxın ətrafınızdakı adamlarla səmimi olun. Danışmaqdan daha çox, dinləyin. Eqoist insan təsiri bağışlamayın.

Dözümlü olun.

Qız - praqmat olun. Hansısa sifarişə və ya işə razılaşmazdan əvvəl konkret mənfəəti, əldə edə biləcəyiniz gəliri düşünün. Dostlar və tanışların maraqlarına zərbə vuracaq addım atmayın. Yanlış qərardan qorunun. Yeni layihəyə başlamaq, əlavə sifariş almaq niyyətiniz varsa, potensialınızı dürüst qiymətləndirin.

Günün ikinci yarısında durumu təftiş edəndə təsir rıçaqlarını görməyə çalışın. Dostlarla təmaslarda onların nə istədiklərini öyrənin. Deyilənləri qulaqardına vurmayın.

Axşam saatlarında səfərə və ya gəzintiyə yollanmaq olar. Müsbət emosiyalardan bəhrələnin.

Tərəzi -yarımçıq qoyduğunuz işləri başa vurun. Problemlərin həlli üçün ekstravaqant yol aramağa lüzum yoxdur. Sınanmış vasitələrdən və indiyədək özünü dəfələrlə doğrultmuş etibarlı metodlardan istifadə edin.

Günün ikinci yarısında toplantı, görüş, müzakirələr normal keçəcək. Anlaşma və ya müqavilə imzalamağa tələsməyin. Yeni tanışlıqlar istisna deyil.

Axşam saatları o qədər də mürəkkəb olmayacaq romantik macəra və ya qısamüddətli gəzinti üçün yaxşıdır.

Stressdən qurtulun.

Əqrəb - hisslərin burulğanında batmayın. Soyuqqanlı davranın. Müəyyən risk olarsa, qəti addım atmaqdan çəkinməyin. Mühüm saydığınız işləri görməyə başlamazdan əvvəl situasiyanı araşdırın. Təhlilsiz fəaliyyət avantüradır.

Yalnız şans və ya uğur sizə rəqibləri üstələməyə imkan verməyəcək.

Günün ikinci yarısında cari məsələlərin həllində alternativ variantlardan yararlanın. Bankdan kredit almaq, borc götürmək üçün münasib zaman deyil. Fəaliyyətin perspektiv istiqamətini bəlirləmək olar.

Alış-veriş zamanı nəzərdə tutmadığınız mal, məhsul və ya əşya almayın. Bədxərclik etməyin.

Oxatan - sizi çox uğurlu gün gözləyir. Bir çox işlərdə bəxtiniz gətirir. Hətta şübhə ilə yanaşdığınız layihələr də özünü doğruldur. Nədəsə peşəkarlığınız, təcrübə və biliyiniz yetməsə, narahat olmayın, kimsə mütləq köməyinizə gələcək. Pul və qiymətli hədiyyə ala bilərsiniz.

Romantik və dost görüşləri üçün yaxşı gündür. Əzizlərinizlə çox vacib məsələləri müzakirə edərək ümumi fikrə gələ bilirsiniz. Fikir ayrılıqları və mübahisələr keçmişdə qaldı. İndi gələcək üçün müştərək planlar qurmaq olar.
 

Oğlaq - günün ilk yarısında yaranacaq problemlərin öhdəsindən asanlıqla gələcəksiniz. İşgüzar əlaqələri möhkəməndirin. Anlaşmalar və sazişlərdə diqqətli olun, sənədləri diqqətlə oxuyun.

İntuisiyanızdan faydalanın.

Günün ikinci yarısında hadisələrə ciddi təsir imkanlarına malik insanların məsləhətlərindən yararlanın.Cari problemlərin həllində astagəllik etməyin. Məntiqlə davranın, tələsik addımlar atmayın.

Düşünülməmiş sözlər sizi pərt edə bilər.

Dolça - günün ilk yarısında yalnız özünüzə güvənməyin. Yaxın ətrafınızdakı insanların da dəstəyə ehtiyacı var. Sadiq dostlar, etibar etdiyiniz insanların yardımları ilə daha çox işlər görə bilərsiniz. Məqsədə doğru müstəqil hərəkət üçün resurslarınız kifayət qədər deyil.

Günün ikinci yarısında tənha qalmaqdan qorxmayın. Çalışdığınız kollektivdə məhsuldar ab-hava varsa, sakit işləyin. Amma müti olmayın, mədəniyyətsiz insanın iradlarını aqressiya hesab edərək geri çəkilməyin.

Korporativ ruh yaxşı nəsnə olsa da, mənəviyyat deyilən anlam var.

Balıqlar - qarşınıza qoyduğunuz məqsədə doğru aparan yolu yenidən təftiş edə bilərsiniz. Belədə nəticədə də pis olmayacaq. Bilik, bacarıq və təcrübənizin yetərincə dəyərəndirilməsi üçün yaxın ətrafınızdakı insanlarla konstruktiv əməkdaşlığa ehtiyac duyulur.

Günün ikinci yarısında tərəfdaş və ya şərikin köməyi ilə işlərinizdə sürətli irəliləyişə nail ola bilərsiniz. Yeniliklərə hazır olun. Dəyər verdiyiniz insanlar mövqelərinizi bölüşsələr, sizi dəstəkləsələr, əhvalınız, təbii ki, yaxşılaşacaq.

Novasiyalardan çəkinməyin. Bacarıqlarınızı maksimum dərəcədə reallaşdırmağa can atın.

Milli.Az

loading...

Şərh yaz:

16 Şərh:

  • Anonim
    Esra ıbrahimli (Şamaxı) · 23 İyul 00:063820

    Sabahiniz xeyir olsun günunuz maraqlı uqurlu olsun.

    Cavab yaz
  • Anonim
    Zəhra · 23 İyul 00:076125

    Gününüz uğurlu olsun inşAllah!!!:)

    Cavab yaz
  • Anonim
    Zəhra · 23 İyul 00:09123

    Dahiliyin mütləq bir sərhədi vardır, axmaqlığın əsla.;( Albert Einstein)

    Cavab yaz
  • Anonim
    Zəhra · 23 İyul 00:10112

    Problemlər, onları yaradanların məntiqi ilə həll oluna bilməz.( Albert Einstein)

    Cavab yaz
  • Anonim
    Zəhra · 23 İyul 00:10112

    Həyat düşünənlər üçün komediya, hiss edənlər üçün faciədir. ( Albert Einstein)

    Cavab yaz
    • Anonim
      Fizuli Şirvanlı · 23 İyul 08:3232

      LIKEE

      Cavab yaz
  • Anonim
    Zəhra · 23 İyul 00:1082

    Bu dünyada məni bir neçə adam anladı, onlar da səhv anladı.( Albert Einstein)

    Cavab yaz
  • Anonim
    Zəhra · 23 İyul 00:11112

    Xoşbəxt olmaq istəyirsənsə, bir məqsədə bağlan; insanlara ya da əşyalara dеyil. ( Albert Einstein)

    Cavab yaz
  • Anonim
    Zəhra · 23 İyul 00:11112

    Dəlilik şübhəsiz axmaqlıqdan daha yaxşıdır, Dəlilik var olmuş bir zəkanın yox oluşudur. Axmaqlıq isə var olmamış bir zəkanın var olmamağa davam edişidir...

    Cavab yaz
  • Anonim
    Zəhra · 23 İyul 00:12112

    Həyat velosiped kimidir, tarazlığı itirməmək üçün irəliləmək lazımdır. ( Albert Einstein)

    Cavab yaz
  • Anonim
    Ilahe · 23 İyul 00:1901

    Insallah buqa burcu cox gozel gelir

    Cavab yaz
  • Anonim
    bir nefer · 23 İyul 01:25110

    seni fikirleşirem sevgilim. niye meni atdın? bax gör meni kime deyişdin.sene nifret edirem artıq mende. Get yaşa. xoşbəxt olma

    Cavab yaz
  • Anonim
    bir nefer · 23 İyul 01:26112

    Hele de yatmamışam. çünki seni fikirleşirem. seni unuda bilmirem

    Cavab yaz
  • Anonim
    Ünvanlı · 23 İyul 08:401547

    Nc nc nc bəzi adamların üzü podoşdu

    Cavab yaz
  • Anonim
    Şemkirli · 23 İyul 16:1601

    Salam Dostlar Necesiz ,,Zəhra necəsən ne var ne yox Bilmirsən haralardadi Bu Esmer

    Cavab yaz
    • Anonim
      Zəhra · 23 İyul 21:1500

      Salam Qardaş. Çox sağol yaxşıyam. Sən yaxşı ol. Əsmər deyirəm bəlkədə yenə gedib istirahətə. Darıxdım ustad üçün məndə. Əvvəllər deyərdi. İndi demir gedəndə. :(((. Özün necəsən? Qar yağıb deyirlər. Siz tərəfdə də qar var?

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.