Cəmiyyət

Günün qoroskopu: özünüzə həddən artıq güvənməyin

8 İyul 2019 00:01
36 Şərh     Baxış: 14 747

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - Günün ilk yarısında qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün əlinizdən gələni edin. Fəqət özünüzə həddən artıq güvənməyin. Təşəxxüs sizi illüziyalara aldanaraq reallıqdan uzaqlaşdıra bilər.
Günün ikinci yarısında vəd və öhdəlikləri unutmayın. Müstəqil fəaliyyət göstərin. Yaxın ətrafınızdakı insanlarla təmaslarda həlim, mehriban olun. Başqalarının mövqelərini nəzərə alın.
Axşam saatlarında evdən kənarda dincəlmək olar.

Buğa - Günün ilk yarısı uğurlu olacaq. Son vaxtlar darıxdığınız insanla görüş və ya sizə əziz insandan xəbərlərin alınması istisna deyil. Maraqlı ideyalardan birini yaxın vaxtlarda dostlar və ya qohumlardan birinin yardımı ilə həyata keçirə bilərsiniz. Yaşam potensialının səviyyəsi yüksəkdir.
Günün ikinci yarısında mənfi təmayüllərin təsiri artacaq. Qəflətən yaranan problemlərdən biri sizi planlarda təcili dəyişikliyə vadar edəcək.
Əsla maraqlanmadığınız işlə məşğul olmaq məcburiyyətində qalacaqsınız. Maliyyə itkiləri istisna deyil.

Əkizlər - Maliyyə problemlərinin həllində süstlük etməyin. Önəmli işlərin çözülməsində başqalarından yardım gözləməyin. Şərik və ya tərəfdaş kömək etmək istəyirsə, təklifi dəyərləndirin. 
Günün ikinci yarısında sizdən yardım istəyəcəklər. Eyni zamanda bilik və bacarıqlarınıza tələbat da artacaq. Qəfil tapşırıq, öhdəlik də istisna deyil. Sənədləşdirmələrdə, hesabatlarda diqqətli olun. 
Ailə üzvlərinizin səmimiyyət və qayğıya daha çox ehtiyacı var.

Xərçəng - Müsbət təmayüllərin təsiri artır. Gün uğurludur. Emosional fon yaxşı olmadığından əhvalınız tez-tez dəyişəcək. Bədbinliyə qapılmayın. Yaxınlarınızla münasibətlərdə anlaşılmazlıq, fikir ayrılıqları yarana bilər. Ünsiyyətdəki problemlər əhəmiyyətli deyil. Hər şeyi ürəyinizə salmayın.
Günün ikinci yarısında maliyyə məsələlərini həll etmək əlverişli deyil. Alış-veriş zamanı kəskin zərurət duyulmayan əşyalar almayın.
Axşam saatlarında səyahətə və ya səfərə yollanmaq olar. Əhvalınız yaxşılaşacaq. Yeni tanışlıqlar istisna deyil.

Şir - Sirlərinizi hamı ilə bölüşməyin. Mübhəm nüansları aşkarlamayın. Faş olunmuş həqiqətlərin bəziləri zərərinizə işləyə bilər. Yaxınlarınızla səmimi və açıq olun. Peşəkar fəaliyyət sahəsindəki tapşırıqların detalları barədə çox danışmayın.
Günün ikinci yarısında yaxın gələcəklə bağlı planlarda zəruri dəyişikliklər edə bilərsiniz. Axşam saatlarını həmfikir və ya dostla müzakirələrdə keçirə bilərsiniz. Əməkdaşlığın yeni istiqamətlərini nəzərdən keçirin.
Kəskin mübahisələrə başlamayın.

Qız - Gün uğurlu olacaq. Səylə və iradə ilə çalışsanız, ciddi uğurlara nail ola bilərsiniz. Əməyinizin bəhrəsini görəcəksiniz. Səfərlər ehtimal olunandan artıq vaxt alacaq. Ailədə fikir ayrılıqları istisna deyil.
Sizi eqoizmdə, laqeydlikdə, yalnız öz maraqlarınızı düşünməkdə suçlayacaqlar.
Günün ikinci yarısında səhhətinizdə problemlər yarana bilər. İmkan, qüvvə və potensialınızı olduğundan artıq dəyərləndirməyin. Axşam saatları fiziki iş və ya idmanla məşğul olsanız, özünüzü ifrat yormayın.

Tərəzi - Yeni sifarişçi və ya müştəri ilə təmaslar olacaq. Bilik və bacarıqlarınızdan maksimum səviyyədə yararlana biləcəyiniz şərait yaranacaq. Məsul tapşırıqlarda səhvlərə yol verməyin.
Günün ikinci yarısında rəqabət artacaq. Biznes sxemi yenilənmə tələb edir. Yeni təmaslar qurduğunuz insanla işbirliyini intensivləşdirin. Sınaqlara sinə gərin.
Emosiyalara uymayın.

Əqrəb - Günün ilk yarısında karyera və yaradıcılıq müstəvilərində yeni perspektivlər açılacaq. Əvvəlki problemlər və sədlər aktuallığını itirir. İrəliləyiş üçün yaxşı imkanlar var.
Günün ikinci yarısında təhsil, təcrübə və informasiyanızı artırın. Şəxsi münasibətlərinizdə harmoniyanın yaranmasını istəyirsinizsə, qarşı tərəfin maraqlarını qulaqardına vurmayın. Yeni təklifləri dəyərləndirmədən razılaşmayın.
Axşam saatlarında səhhətinizdə kiçik problem yarana bilər.

Oxatan - Vəzifə səlahiyyətlərinin icrası zamanı diqqətli olun. Fəaliyyətinizə və kommersiya maraqlarınıza zidd ola biləcək addımlar atmayın. Karyera müstəvisində sürətlə irəliləməyin yollarını arayın. Gəlir mənbələrinin sayını çoxaldın.
Günün ikinci yarısında cəsarətli, eyni zamanda iradəli olun. Fəqət düşünülməmiş riskə varmayın, məntiqsiz addımlar atmayın. Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə əvvəlcədən bəlirlənmiş hədləri keçməyin. Onların fikir və mövqelərini nəzərə alın. Hissiyyatsız eqoist insan təsiri bağışlamayın.
Axşam saatlarında ailənizlə birlikdə istirahət edin.

Oğlaq - Təmkinli və səbirli olun. Gündəlik hadisələrin axarında qəfil olaylar, gözlənilməz məqamlar olacaq. Yanlışlıqlar sizi işdən soyutmasın. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün var qüvvənizlə çalışın.
Günün ikinci yarısında işdə rəhbərlik fəaliyyətinizi daha sərt şəkildə izləyəcək. Ciddi səhvlərə yol verməmək üçün sayıq işləyin. Yeni tərəfdaşlıq, şəriklik və əməkdaşlıq imkanları yaranacaq. Risklərə qapılmayın. Avantüralardan uzaq durun.
Axşam saatlarında stressdən qurtulun.

Dolça - Cari işlərdən usanaraq macəralar aramayın. Riskli işlərə başlamayın. Təcrübəli insanın məsləhətlərinə ehtiyacınız var. Tapşırıq və sifarişləri vaxtında yerinə yetirin. Ləngimələrlə təxirəsalmalar fəaliyyətinizdə ağır fəsadlar yarada bilər.
Günün ikinci yarısında təcrübəli şərikiniz mürəkkəb situasiyada sizə dəstək olacaq. Maliyyə məsələsində ehtiyatlı davranın. Pul müşkülləri şəxsi münasibətlərə mənfi təsir edəcək.

Balıqlar - Günün ilk yarısı aktiv fəaliyyət üçün əlverişlidir. İşlərinizdə yeni perspektivlər görəcəksiniz. Layihə çərçivəsində fərqli istiqamətləri sezə bilin. 
Günün ikinci yarısında yeni tanışlıqlar, şanslar və imkanlar istisna deyil. Qeyri-adi ideyanı dərhal rədd etməyin. Ailə üzvlərinin planlarından hali olun.
İşgüzar niyyətlərinizi yeniləyin.
 

Milli.Az

loading...

Şərh yaz:

36 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 8 İyul 00:023131

    Gününüz maraqli eziz olsun !

    Cavab yaz
    • Anonim
      Esmer · 8 İyul 07:3110

      Seninle Bahem Esracan ...

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 8 İyul 09:25919

        Esmərim canim var ol ezizim.

        Cavab yaz
    • Anonim
      ...Admiral · 8 İyul 10:292323

      Canee can Prensesim sabahın xeyr necəsən

      Cavab yaz
      • Anonim
        Esra ıbrahimıi (Şamaxı) · 8 İyul 11:1887

        Salam canim qardaşim mən yaxşıyam cox saq ol sən necəsən ?

        Cavab yaz
      • Anonim
        ...Admiral · 8 İyul 11:5185

        Çox sağol canim bacım superəm sən yaxşı olasan

        Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 8 İyul 00:032119

    Status- Her şeyin necə basladiqi deyil, nece biteceyi vacibdi !

    Cavab yaz
    • Anonim
      Fizuli Şirvanlı · 8 İyul 08:4850

      LIKE

      Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 8 İyul 00:042521

    1 dene şer də yazim daaa- Dostum unutma ki, sevgi bir bahar ,Ayriliğlar isə bir qışa bənzər .Kecsə də yüz fesil, yüz payiz belə,Böyük sevgilərə yağar yağışlar !

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 8 İyul 00:052825

    Vəəəə..........geceniz xeyre qalsin yuxunuz baldan da şirin olsun Esra kimiii şipşirinnn

    Cavab yaz
  • Anonim
    ???? · 8 İyul 00:063821

    Salam sabahiniz xeyir dostlarim necesiz kef ehvaliniz EBRU XANIM ESRA XANIM ZEHRA ADMIRAL BEY SARA XANIM SARAY XUMAR XANIM ESMER XANIM NURLANA XANIM AYTAC XANIM ARZU XANIM RUS NIKLI ARZU MEHRIBAN XANIM AYTEN XANIM AYNUR XANIM CAVID BEY GUNUNUZ XOS ve gozel kecsin Insallah AMIN Haminizi cox isteyirem canim dostlarim

    Cavab yaz
    • Anonim
      ...Admiral · 8 İyul 10:291812

      Salam canım çox sağol var ol sən necəsən məndə əlayam

      Cavab yaz
      • Anonim
        Esra ıbrahimıi (Şamaxı) · 8 İyul 11:2185

        Salam ???? Mən yaxşıyam cox saq ol sən necəsən?

        Cavab yaz
    • Anonim
      Zəhra · 8 İyul 12:2700

      Salam ????? Mən babat. Sən necəsən gizli dost?

      Cavab yaz
    • Anonim
      Предсмертное желание · 8 İyul 13:5302

      Salam kimsen bele???

      Cavab yaz
  • Anonim
    Şemkirli · 8 İyul 00:25121

    Salam dostlar yeni Hefdenin ilk Gunu Ugurlar her kese

    Cavab yaz
    • Anonim
      ...Admiral · 8 İyul 10:301211

      Sizədə Salam

      Cavab yaz
  • Anonim
    Esmer · 8 İyul 07:29131

    Salam olsun dostlara necesiz .Sabahınız Xeyrli Gununuz Ugurlu Olsun inşallah .

    Cavab yaz
    • Anonim
      ...Admiral · 8 İyul 10:301112

      Salam Əsmər sən necəsən kef əhval necədir

      Cavab yaz
      • Anonim
        Esmer · 8 İyul 10:4850

        Salam admıram Şukur yaxşıyam sen necesen .ikinci imtahan nece kecdı ? Hara dusmusen .

        Cavab yaz
        • Anonim
          ...Admiral · 8 İyul 11:0276

          Çox sağol Əsmər yaxşıyam mən 2 ci qrup idim 592 bal topladım 600 az qalmışdı*

          Cavab yaz
          • Anonim
            Esmer · 8 İyul 11:4540

            Ay Halal olsun sen Tebrik edirem seni Admiral .ugurlar

            Cavab yaz
          • Anonim
            ...Admiral · 8 İyul 12:0954

            Çox sağol cann!

            Cavab yaz
  • Anonim
    Esmer · 8 İyul 07:3111

    Salam Şemkirli Balası Eziz ve deyerli insan necesen Qadan alım .inşlerin necedi ?Yaxşdı her Şey?

    Cavab yaz
  • Anonim
    Zəhra · 8 İyul 12:2800

    Salam. Şəmkirli qardaşım. Necəsiz?? İşlər necə gedir. Dostumuz gəlibe. - sənə şad xəbər.

    Cavab yaz
  • Anonim
    Zəhra · 8 İyul 12:2900

    Salam. Ərmərim. Necəsən USTAD ??? Nə yaxşı qayıtdın. Buralar tənha qalmışdı yoxluğunda ❤️❤️❤️❤️❤️❤️

    Cavab yaz
    • Anonim
      Zəhra · 8 İyul 12:5200

      Əsmərim yazacaqdım. Səhv düşüb

      Cavab yaz
      • Anonim
        Esmer · 8 İyul 14:3300

        Salam Zehra can necesen men yaxşıyam şukur .sen yaxşı ol .he 3 gunluk getmışdım tez geldım ..Şemkirliden xeber yoxdu hardadısa yeqin işleri coxdu .ona gore yaza bılmır ...

        Cavab yaz
        • Anonim
          Zəhra · 8 İyul 19:1000

          Salam Əsmərcan. Çox sağol.Nə tez gəlmisən. İşləri çoxdu)))). Axşam yazar 12 də ))

          Cavab yaz
          • Anonim
            Esmer · 8 İyul 20:0200

            Sag ol Zehra .he tez geldım ayın axrı gedecem bırde .onda cox qalacam ))) orda tel tutmur ki ))) Bakselde ki hec tutmur yene Azersel biraz yola verır ))))

            Cavab yaz
            • Anonim
              Zəhra · 8 İyul 21:4200

              Ay daa. Əsmərcan sən necə yaşayacaqsan??? Tel tutmayan yerdə yaşamaq olar. ?? Ay daaaaaaaaa. Dəhşətdiyee. Görəsən qədimdə necə yaşayırmışlar telsiz?? Nçnçnç

  • Anonim
    ? · 8 İyul 12:3721

    Lady-L necəsən ürəyim mənim

    Cavab yaz
  • Anonim
    ŞEMKİRLİYE · 8 İyul 15:2900

    Şemkir elinin Rusiyadakı Numayendesi .gorurem hec kime cavab yazmırsan .gunduz deyesen işlerin cox olur .axşam gorurem seni .Şerhini de beyenen menem .ora saba yazacam orda ola bilecen saba seher seher ? Orda olsan bir xeber edersen mene yaxacam sene .Axsam da baxacam yazsan beyenecem orda ))) elacım anca beyenmekdi ))))

    Cavab yaz
    • Anonim
      Zəhra · 8 İyul 19:0400

      Şəmkirin Rusiyadakı nümayəndəsi))))). Bu ifadəni gizli niklə ona mən yazardım həmişə. )))))bir daha görmək xoş oldu

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.