Cəmiyyət

Günün qoroskopu: Sevdiyiniz insana hədiyyə verin

22 İyun 2019 00:01
35 Şərh     Baxış: 8 662

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - istənilən, hətta ən kiçik işlərdə fayda və mənfəət arayın. Hadisələri tələsdirməyin. Etdiyiniz seçimi dərhal açıqlamayın. Ev işləri və ailə tədbirləri üçün əlverişli zamandır.
Yeni işə və ya fəaliyyət sahəsinə maraq yarana bilər.
Günün ikinci yarısında yeni ideya və fikirlərinizi yaxın ətrafınızdakı insanlarla bölüşə bilərsiniz.
Axşam saatlarında aktiv istirahəti seçin.

Buğa - yaxın ətrafınıza, yaşam arealınıza diqqət yetirin. Ağıllı və fəndgir davranın, ehtiyatı əldən verməyin.
Qüvvələrinizi bərpa etməyə çalışın. Bunun üçün təmrinləri və ya prosedurları müəyyənləşdirin.
Yeni informasiya alına bilər. Bu xəbər işlərin gedişatında, işgüzar tərəfdaşlarla münasibətlərdə dəyişikliklər yarada bilər.
Başlanmış prosesi dayandırmağa can atmayın, çünki niyyətiniz reallaşmayacaq.
İşdə kiçik, amma önəmli detalı aşkarlayın. O detal və ya ünsür işi tamamlamağa, onu mənalandırmağa imkan verir.

Əkizlər - perspektivdə başlanacaq layihələr və ya işlərlə bağlı gərgin mübahisələrə qatılmayın, enerjinizi mənasız işlərə sərf etməyin.
Cari işlərə yetərincə vaxt ayırın.
Təxirəsalınmaz müdaxilə tələb edən işlərdə aktiv olun.
Təəssüratlar, tələblər, iddialar və dəvətlər çoxdur. Axşam saatlarını romantik görüşə ayıra bilərsiniz. 

Xərçəng - yeni və ağır işə başlamazdan əvvəl cari situasiyanı yetərincə dəqiq şəkildə dəyərləndirin. Mümkün perspektivləri proqnozlaşdırın. Real potensialınızın imkan vermədiyi qərarlar qəbul etməklə irəliləyə bilməzsiniz.
Günün ikinci yarısında fəaliyyət sahəsini dəyişmək barədə düşünmək olar. Alış-veriş üçün əlverişli zamandır. Sevdiyiniz insanla münasibətlərinizi inkişaf etdirin. Qarşılıqlı sayğı çox önəmli məsələdir.

Şir - daxili emosional durumunuz bu gün xüsusi əhəmiyyət kəsb edəcək. Əhvalınız ailə üzvlərinizin davranışı və yaxın ətrafınızdakı insanların əməllərindən də asılı olacaq. 
Yaşamla, daşınmaz əmlakla bağlı məsələlərin çözülməsində ehtiyatlı olun. Düşünülməmiş qərarlar verməyin.
Günün ikinci yarısında işgüzar münasibətlərdə səlis, məntiqli addımlara zərurət duyulur. Bununla belə gündəlik qayğıları, xırdalıqları, detalları unutmayın. Alış-verişdə çox pul xərcləməyin. Maliyyə, pul məsələlərində sayıq olun.
Önəmli ödənişləri ertələyin.

Qız - günün ilk yarısından etibarən yaranan çətin, birmənalı olmayan situasiyalarda səliqəli davranın. Özünüzə qarşı kritik olun. Fəaliyyət sahənizdən kənar işlərlə çox məşğul olaraq vaxtınızdan qeyri-effektiv şəkildə yararlanmayın.
Günün ikinci yarısında işgüzar tərəfdaşlar və etibarlılığına şübhə etdiyiniz insanlarla əməkdaşlıqda onlara çox inanmayın. İntuisiyanız sizə dürüst qərar verməyə yardım edəcək. Dəqiq cavabını bilmədiyiniz məsələlərdə təhtəlşüurunuza güvənin.

Tərəzi - başladığınız işləri bitirmək üçün kənardan yardımlar gözləməyin. İşdə rəhbərliyin tapşırıqlarının öhdəsindən gəlməyə çalışın. Müstəqil fəaliyyət üçün münasib zamandır. Rəqibləri üstələyərək məqsədə doğru sürətlə irəliləyin.
Günün ikinci yarısında planlarda dəyişikliklər, qrafikdə yenilənmələr ola bilər. Dövlət qurumlarına yollansanız, gözləntiləriniz doğrulmayacaq. Gərəkli məmur yerində olmayacaq.
Axşam saatlarında normal istirahət edin.

Əqrəb - yaşımınızda uğurlu dövr başlanır. Bəxt üzünüzə güləcək. Başladığınız işi əsla yarımçıq qoymayın. Problemlərin həllində aktiv və sürətli olun. Xüsusi önəm verdiyiniz məsələlərdə gecikmələrə yol verməyin. Diqqətli və sərvaxt davranın.
Günün ikinci yarısında yaxşı düşünülməmiş qərar qəbul etməyin. Yaxın ətrafınızdakı insanların intensiv fəaliyyətini təmin etmək üçün liderlik məziyyətlərinizdən yaralanın.
Axşam saatlarında əyləncəyə vaxt ayıra bilərsiniz.

Oxatan - günün ilk yarısından etibarən yaşanan olaylar üzərində kontrolu itirməyin. Tərəfdaşlardan və ya şəriklərdən biri etimadınızı doğrultmayacaq. Mühüm görüş, rəhbərliklə müzakirələr və ya dövlət qurumunun nümayəndəsi ilə söhbət ümidlərinizi puç edə bilər.
Günün ikinci yarısında mövqelərinizi daha möhkəm, daha səbatlı edin. Ən kiçik maneə, cılız problem əhvalınızı korlamasın. Məqsədə aparan yol gözləniləndən uzun olarsa, əndişələnməyin.
Axşam saatlarını ailəyə həsr edin.

Oğlaq - intuisiyanıza güvənin. Qarşı tərəfin maraqlarını da nəzərə alın. Məntiqə xəyanət etməyin. Rəqəmlər, faktlar, hesablamalara xüsusi diqqət yetirin. Mübahisəli məqamları tərəfdaşlar, şəriklərlə müzakirə edin.
Günün ikinci yarısında çalışdığınız yerdə rəhbərliklə münaqişə yaratmayın. Səhvlər və yanlışlıqlar fəaliyyətinizdə geriləmələrə səbəb olmamalıdır. Sevdiyiniz insana hədiyyə verin.
Axşam saatlarını dəyər verdiyiniz insanlara sərf edin.

Dolça - günün ilk yarısından problemlərin və qayğıların sayı artacaq. İşinizlə bağlı məsələlərdə qəfil çətinlik istisna deyil. Tələskənliyə yol verməyin. Problemi həll etmək üçün bilikli və təcrübəli insanların məsləhətlərindən yararlanın. 
Günün ikinci yarısında rəqiblərdən biri sizi sınağa çəkmək istəyəcək. Yaxınlarınızla və qohumlarınızla təmaslarda səmimi, qayğıkeş olun. Qohumlardan birinin yardıma ehtiyacı var. Neqativ emosiyaların hərəkətlərinizi idarə etməsinə imkan verməyin.
Axşam saatlarında gəzintiyə çıxa bilərsiniz.

Balıqlar - proseslər üzərində tam nəzarətə malik olduğunuzu düşünməyin. Belə kontrol hissi illüzordur. Xəyallara aldanmayın. Gərəkli vaxtda lazımi yerdə olmaq üçün bütün imkanlardan istifadə edin.
Yaxın gələcəklə bağlı perspektivlərinizi dəyərləndirin. Qəfil xəbərlərdən maraqlarınız üçün istifadə edin. Mühüm olay yaşanacaq.
Günün ikinci yarısındakı hadisələr, situasiya təsadüfi deyil.
Həmkarlar və dostlarla aktiv təmaslarda olun. Ehtiyac duyduğunuz məlumatları əldə etməyə can atın. Tələsik təmaslarda heç bir fayda yoxdur.

Milli.Az

loading...

Şərh yaz:

35 Şərh:

  • Anonim
    Tovuzlu Tutu · 22 İyun 00:0816

    Esram sən hər zaman bir incisən

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 22 İyun 08:1524

      Cannnnnimsannn..

      Cavab yaz
    • Anonim
      Aynur... (Uzb) · 22 İyun 10:1002

      Salam can Tuuttuummm necesen???gozelim

      Cavab yaz
    • Anonim
      Esmer · 22 İyun 11:0101

      Salam olsun Tovuzun Gözel Göycek .Tutusuna.

      Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 22 İyun 00:1521

    Sabahiniz uqurlu olsun Geceniz de xeyre qalsin

    Cavab yaz
    • Anonim
      Aynur... (Uzb) · 22 İyun 10:3301

      Allah her anda komeyin olsun sana Esram...

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 22 İyun 10:5301

        Canim menim Aynur Allah sene de komek olsun

        Cavab yaz
        • Anonim
          Aynur... (Uzb) · 22 İyun 11:0711

          Amin canim ♥

          Cavab yaz
    • Anonim
      Esmer · 22 İyun 11:0102

      Seninle bahem Esracan ..

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 22 İyun 11:0701

        Can Esmərim canimm saq ol var ol.

        Cavab yaz
  • Anonim
    Aynur...(Uzb) · 22 İyun 07:3221

    Sabahiniz heyri olsun ..Allahim komeyiz olsun...

    Cavab yaz
    • Anonim
      Esmer · 22 İyun 11:0000

      Salam Aynur Can Necesen Gözel qız.

      Cavab yaz
      • Anonim
        Aynur... (Uzb) · 22 İyun 11:1700

        Sən necəsən caaannn keyf exval necə ürəyim nə gözükmuyorsuunnn yazdaa hava seyfesine de gelll

        Cavab yaz
        • Anonim
          Esmer · 22 İyun 11:3400

          Mende yaxşıyam canım sag ol sen yaxşı ol .Havaya ne bilim herden gelirem cox olmuram orda )))

          Cavab yaz
          • Anonim
            Aynur... (Uzb) · 22 İyun 11:5200

            Cox sagoll gul balan necə??? Op men evezden

            Cavab yaz
  • Anonim
    Gozu yaş qız · 22 İyun 10:5320

    Söyle sənə nə əzəp verər can balam,Dünyada görmedim sen kimi ağlıyan adam,Səni görüb ana qalbim olur çox haram,Ay mənim gözü yaşım ,gözləri qaram....

    Cavab yaz
    • Anonim
      ALEKS❤ · 22 İyun 11:0640

      10:53ə...sabahınız xeyirli olsun....indi baxdım:şərhiniz məni tutdu,çox merak etdim,dönə dönə oxuduyub hisslərimlə çox şeyi gördüm.gördüklərimi demirəm.özünüz vaxtında etiraf edəcəksiz...yenə də bir işarə:səbr

      Cavab yaz
      • Anonim
        Gozu yaş qız · 22 İyun 11:1200

        Yoooxxxdur artiq dozummm

        Cavab yaz
      • Anonim
        Gozu yaş qız · 22 İyun 11:1310

        Aleks cox sag ol var ol Allah köməyiz olsun

        Cavab yaz
    • Anonim
      Şemkirli · 22 İyun 16:1500

      Gozu yas qiz Salam xanim Sizin yazdiglarviz das urekleride fett edir dogurdanda,,hec olmasa o insan burani oxuyurmu ??

      Cavab yaz
  • Anonim
    Gozu yaş qız · 22 İyun 10:5620

    Onu bir ömürə görə bilmam,Göre bilmaz göz ağlar,Gedirəm uzaq yolda menzilsiz yolum ağlar,Derde döndu bu dünya ,Güya tüm dünya ağlar,Gözlərimdə yağmurlar Göz deyil ürək AĞLAR....

    Cavab yaz
    • Anonim
      Esmer · 22 İyun 11:0410

      Salam eziz dostlar necesiz? BU Gun Şemkirli Balası Veteni terk edir .yolun acıq olsun Eziz dostum .işlerinde Uğurlar arzu edirem. ...

      Cavab yaz
      • Anonim
        Aynur... (Uzb) · 22 İyun 11:2200

        Aminnn

        Cavab yaz
      • Anonim
        Şemkirli · 22 İyun 16:1100

        Salam Esmer xanim coooxx sagolun Allah razi olsun necesiz deyerli dostum menim isler necedi

        Cavab yaz
        • Anonim
          Esmer · 22 İyun 16:1900

          Salam Şemkirli Balası Qadan alım Netersen .yaxşıyam şukur Getmisen ? Artıq yoxsa hele gedecen .

          Cavab yaz
  • Anonim
    Gozu yaş qız · 22 İyun 11:0530

    Şimdi göktə ay var,Ayda sən varsən,Səndə mən varam,Məndə biz üçün dua var,Duada CƏNNƏT var ,Cənnəttə Allah var,Allahın işlarında bizim xoşbəxt günlərimiz var inşaallah.♥♥♥♥♥..

    Cavab yaz
  • Anonim
    Gözü Yaş qız · 22 İyun 11:0830

    Likee vurr

    Cavab yaz
  • Anonim
    Gözü Yaş qız · 22 İyun 11:1030

    Artık dert vermə mən bir həstə ürəyəm,Düşünmə bir gün xoşbəxt olacak diyə,Mən bir bəxtsiz insanəm, Ürəyim ele ağrirki ,mən yaxın arada ölecem...

    Cavab yaz
    • Anonim
      Aynur... (Uzb) · 22 İyun 11:1800

      Zahraaamm benim polovinam hardaaa

      Cavab yaz
    • Anonim
      Esmer · 22 İyun 11:3010

      Gözü Yaşlı qızzz .siz kimese gore axtdıqınız goz yaşlarına .heyfiniz gelsin .deymez Bacım .vallah deymez .heyatın her üzünü gordum .bir bilsen nece üzleri var .ne bilim eee sizin Yazınız .meni dile getrir .demeye O qeder sozlerim var .

      Cavab yaz
      • Anonim
        Aynur... (Uzb) · 22 İyun 11:4410

        Yox mən 4 ildən bəri hər gün ağliyirəmmm..Şükür amma sizin kimi yaxin insanlarim mehrivanlarım varr ama derttt((((çox sözünüz olsa deyinnn baş ustə dinlayirəm...

        Cavab yaz
        • Anonim
          Esmer · 22 İyun 11:4900

          Can inşallah ki inen sora gulersen .

          Cavab yaz
    • Anonim
      11:10a · 22 İyun 12:0300

      Əslində hər şeyi gördüm...açıqlama vermirəm,verə bilmərəm də....ta ki....sizin öz səmimi etirafınıza qədər...zaman və səbr hər şeyi həll edir...niyə kiminsə göstərişinə görə növbəti səhvi etdin, sənə dərs olmadımı?...çox yazmıram...məcburən də soruşma sənin etirafına qədər cavab olmayacaq...ancaq səbrli ol....sadəcə aleks

      Cavab yaz
      • Anonim
        Gozu yaş · 22 İyun 12:3000

        Mmmm

        Cavab yaz
        • Anonim
          Gözü YAŞ QIZ · 22 İyun 12:3700

          Tşk sovet ucun

          Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.