Cəmiyyət

Muğam Mərkəzində “Faraonun yolu” - FOTO

25 May 2019 08:13
0 Şərh     Baxış: 580
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə "Yeni nəsil dəvət edir" layihəsi çərçivəsində növbəti konsert caz musiqisinə həsr olunmuşdu.

Milli.Az Trend-ə istinadən bildirir ki,  "Faraonun yolu" adlı konsertdə gənc caz ifaçıları bir-birindən maraqlı ifalar təqdim etdilər. Dünyaca məşhur caz ustaları Tom Coster, Marcus Miller, Jesus Molina və digərlərinin repertuarından olan kompozisiyalar gənc caz ifaçıların təqdimatında özünəməxsus üslubda ifa edildi.

Beynəlxalq Muğam Mərkəzin səhnəsində əsl caz ab-havası yaradan Nicat Mənsimov(balaban), Aydın Zeydullayev(saksafon), Afşin Əlizadə(piano), Nicat Paşazadə(bas-gitar) , Həsən Bilalov və digər cazmenlər Azərbaycanlı bəstəkar Adil Bəbirovun da yaradıcılığına müraciət etdilər.

Konsertdə ənənəvi, etno-caz, latino üslubda təqdim edilən hər bir çıxış böyük alqışlarla qarşılandı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.