Cəmiyyət

Anar Məmmədlinin ABŞ-dən maliyyələşdiyini etiraf etdiyi mesajları yayıldı - FAKT

7 May 2024 14:40
Baxış: 901
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bir cədvəl var ki, biz neçə dəfə, neçənci ildə maliyyələşdirmişik. 2011-ci ildə olub maliyyələşmə. Amma, mən xatırlayıram ki, ən azı iki dəfə olub, bəlkə də üç dəfə..."

Bu sözlər ABŞ-nin "German Marshall Fund"un nümayəndəsi olan Mehriban adlı şəxsin Məhkəmə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədliyə göndərdiyi səsli mesajında deyilir. O, bildirir ki, maliyyələşmənin təfərrüatını dəqiqliyi ilə xatırlamır. 2020-ci ildə edilən yazışmaya dair yayılan görüntülərdən belə məlum olur ki, Anar Məmmədli cavab olaraq əvvəlcə səsli mesaj yollayıb, sonra isə yazılı şəkildə 2008-ci ilin mayında və 2010-cu ilin sentyabrında ona ümumilikdə 70 min dollardan çox maliyyə ayrıldığını qeyd edib.

"Bilirəm, sadəcə 2013-cü ildə həbs məsələlərinə görə bəzi arxiv sənədlərimiz it-bat oldu. Sən biraz mənə vaxt ver, mən sənə dəqiq tarixi və məbləği göndərəcəyəm", - Anar Məmmədlinin "German Marshall Fund"un nümayəndəsinə cavab olaraq yolladığı səsli mesajda deyilir.

Səsyazısından da göründüyü kimi Anar Məmmədli daha çox məbləğdə pul almaq üçün ona qonorar verən qurumları belə aldatmağa çalışır. O, daha sonra 70 min dollardan çox qonorarın ona ayrıldığını etiraf edir.

Xaricdən maliyyələşən bu şəxslərdən ibarət şəbəkə hansısa bölgədə konkret vətəndaşın üzləşdiyi elementar problemi qloballaşdırmaq, hansısa fərdi halı ümumiləşdirərək dövlətin siyasəti kimi təqdim etmək və ümumilikdə regionda sosial gərginlik və etiraz dalğası yaratmağa cəhd göstərir. Bu səsyazısı bir daha sübut edir ki, Azərbaycanda cəmiyyətdə fikir ayrılığı, qarışıqlıq yaratmağa çalışan şəxslər üçün işıqlandırdığı problemlərin həlli onlar üçün qətiyyən maraqlı deyil. Onlar bunu məhz yüksək məbləğdə qonorarların qarşılığında edirlər.

Qeyd edim ki, Məhkəmə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli barədə qərar qəbul edib. Bu barədə onun vəkili Cavad Cavadov məlumat verib. O bildirib ki, A.Məmmədli barəsində Xətai Rayon Məhkəməsinin 3 ay 28 gün müddətinə həbsqətimkan tədbiri seçilməsi ilə bağlı qərarından verilmiş apellyasiya şikayətini Bakı Apellyasiya Məhkəməsi təmin etməyib. Xatırladaq ki, A.Məmmədli ötən ay saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Elturan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.