Ağadadaş Ağayevdən mahnısını oxuyan Vasifə İRAD: " Yerindən duran..." - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Gətirib bəzi musiqiçiləri otuzdururlar efirdə. Orada palatka toyunun ab-havasını, qoxusunu insanlara yansıdırlar. Buna ehtiyac yoxdur, xoşum gəlmir. Azərbaycanda insanlar bu gün estradaya acdır. Yerindən duran nə gəldi oxuyur".
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli "Özəl" proqramında deyib. Müğənni Verilişlərdən və təqdim edilən mahnılardan şikayət edib. O bildirib ki, efirdə yayımlanan musiqilər insanların zövqünü korlayır:
"Bakılı qız" mahnısı ilə sənətə vəsiqə aldım. Həmin vaxtlar çox bayağı mahnıları ucuz aranjiman edib, efirə çıxardırdılar. O vaxt böyük təqdimat etdik. Cavan Zeynallı çıxıb dedi ki, (Cavan Zeynallını yamsılayır - red.) hər gün efiri açıram ağlamalı mahnılar. Birdən Vasif - cavan oğlan çıxır və "Bakılı qız" oxuyur, ürəyim açıldı.
Mən toy bazarını düşünmədim. 4-5 il altı-səkkiz ritmində mahnı oxumadım, amma hər gün toyum oldu. Düzgün yol seçsən, pul səni tapacaq. İndi mahnılar çıxıb: sən, mən, o... Bu, nədir?".
V.Məhərrəmli Xalq artisti Ağadadaş Ağayevin ona bildirdiyi iraddan söz açıb:
"Vəfalı yarım" mahnısının 40-dan çox yaşı var, Ağadadaş Ağayevin repertuarındandır. Oxudum, bir az dəyişdim. Dedi ki, oxumusan, amma dəyişmə. İradı qəbul etdim, gedib studiyada yenidən oxudum".
Müğənni aparıcı Kazım Sübhanın "Toy musiqisinin efirə çıxmasına gərək var idi" sualına belə cavab verib:
"Bu, təhqirdir, bu ifadəni qəbul etmirəım. Deyirlər, toy toyda qalmalıdır, efir efirdir. O nə deməkdir? Elə şey yoxdur. Özün maarifləndirməlisən. Elə oxumalısan ki, camaat mariflənməlidir. Söhbət mahnı janrından gedirsə, hamısı mahnıdır. Gəlib, romans, ballada oxuyursansa, başqadır".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq
-
Qubada 30 yaşlı kişi dəm qazından boğularaq öldü





