Maraqlı

Qəhvənin qiyməti son 45 il ərzində maksimum həddə çatdı

8 May 2024 03:03
Baxış: 431
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Robusta qəhvəsinin qiyməti son 45 il ərzində ən yüksək həddə çatıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Beynəlxalq Qəhvə Təşkilatının (ICO) hesabatında deyilir.

ICO-nun əsas bazarlarda spot qiymətlərin məcmusundan hesabladığı topdansatış qiymət göstəricisi ay ərzində 16,8 faiz artıb.

Qeyd olunur ki, espressonun hazırlanması üçün istifadə edilən qəhvənin qiyməti aprel ayında 1979-cu ildən bəri ən yüksək həddə çataraq kiloqramı 4,27 dollara çatıb. Bu, ən böyük robusta istehsalçısı olan Vyetnamın əkinçilik ərazilərindəki quraqlıq və istilər səbəbindən baş verib. Hesabatda bildirilir ki, ölkə keçmiş və cari mövsümlərdə məhsul çatışmazlığından sonra çətinliklərlə üzləşməkdə davam edir.

Xammalın aparıcı ixracatçısı olan Vyetnamda istehsal həcminin azalması gözlənilməz olmayıb. Hələ ötən ilin noyabrında Milli Qəhvə Assosiasiyası quraqlıq səbəbindən məhsulun 10 faiz azalacağını proqnozlaşdırmışdı, lakin məlum olub ki, reallıqda söhbət onun həcminin 20 faiz azalmasından gedir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.