Ölkə

Məktəblərdə cinsi tərbiyə dərsi tədris ediləcək?

29 May 2024 22:55
Baxış: 773
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müasir zamanda məktəblilər, yeniyetmələr cinsi inkişafları ilə bağlı internet resurslarında, sosial şəbəkələrdə məlumat əldə etməyə çalışırlar.

Ekspertlər Baku TV-yə bildirir ki, bu platformada qarşılaşdıqları məlumatlar, videomateriallar onların həyatına mənfi təsir edə bilər.

Ona görə də, orta məktəblərdə cinsi tərbiyə ilə bağlı dərsin keçirilməsi vacib hesab olunur.

Bəs Azərbaycanda cinsi tərbiyə ilə bağlı dərslərin tədris proqramına salınması məsələsi gündəmdədirmi?

Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, bu mövzuda fənnin ayrıca dərs kimi keçirilməsi hələ ki nəzərdə tutulmasa da, bu istiqamətdə işlər görülür:

"Cinsi tərbiyə, eləcə də erkən və qohumlararası nikahların qarşısının alınması sahəsində maarifləndirmə işinin aparılması məqsədilə ümumi təhsil müəssisələrində maarifləndirmə işi təşkil olunur. Məşğələlər 8-ci sinifdən başlayaraq ildə beş dəfə sinif saatları hesabına tədris edilir".

Qurumdan o da bildirilib ki, həmin məşğələləri sinif rəhbəri ilə yanaşı, biologiya müəllimi, həkim və ya tibb bacısı, icma nümayəndəsi, yaxud məktəbə dəvət olunan mütəxəssis tədris edir. Bəzi məşğələlər oğlan və qızlar üçün ayrı təşkil edilir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.