Cəmiyyət

Fahişələrin xoşbəxt olduğu ölkədə mən bədbəxt olmalıyam

16 May 2019 21:32
27 Şərh     Baxış: 5 498

Milli.Az oxu.az-a istinadən Kəramət Böyükçölün yazısını təqdim edir

Bir neçə gün əvvəl Azərbaycan Yazıçılar Birliyində atamın 60 yaşı qeyd edildi. O, Qəşəm Nəcəfzadə, tanınmış şair və yaxud başqası deyil. O, mənim atamdır və həmişə haqqında məhz ata kimi danışmaq istəyirəm, qoy, onun şairliyindən, şeirindən, hekayə və esselərindən başqaları danışsın, çünki ata kimi onun haqqında danışılacaq o qədər sözüm var ki, inanmıram, ömrüm onun şeirinə, esse və hekayələrinə çatsın...

Mən atamı öz oğlumun mənə sevgisində tapdım. Onun bir ata kimi narahatlığını, hiss və həyəcanını öz oğlum dil açmağa, məni sevməyə başlayanda anladım. Başa düşdüm ki, çox tullanıb-düşməklə, yekə-yekə danışmaqla deyil, sevginin qarşısında hamı məğlubdur. Mən cındır-cındır hərəkətlərimlə atamı çox incitmişəm. Özü də ağılla, şüurla... Bəlkə, bundan yüz qat artıq şeyləri balaca qardaşım edib, amma atamın vecinə olmayıb. Məhz mənim və məhz ona qarşı əxlaqsızlığım atamı çox yandırıb-töküb, bilirəm.

İstəmirəm atam öləndən sonra onun haqqında palaz-palaz yazılar yazım, eks baş nazirin eks müavini Elçin Əfəndiyev kimi, atam oradan gəldi, atam buradan getdi, mənim atam belə etdi, mənim atam elə etdi kimi müsahibələr verim. Elçin öz atası haqqında heç vaxt oğul kimi danışmayıb. Elçin atasını tərifləyə-tərifləyə urvatdan, hörmətdən saldı. Bilmirəm, bəlkə, mən də yazacağam, bəlkə, mən də atamı tərifləyəcəyəm. Nə bilim, bəlkə, atalar öləndən sonra oğullar mənasızlaşır. Bəlkə, oğulları orijinal, maraqlı edən atalarıdır. Amma Allah eləməsin ki, mən Elçin qədər yaşayım. Yaradıcı adam üçün az yaşamaq da bir mədəniyyətdir.

Mən atama qarşı çox axmaqlıq etmişəm, yenə deyirəm, məhz ona qarşı əxlaqsızlığımı heç sağlığında özümə bağışlaya bilmirəm, o, bu dünyada olmayandan sonra necə dözəcəyəm, bu, mənim üçün çox dəhşətli bir şey olacaq. Nədir bu əxlaqsızlıq, nədir bu axmaqlıq? Atam bütün arzu və istəklərini, xəyallarındakı oğul robotunu mənim üzərimdə cəmləmişdi, mənim üzərimdə qurmuşdu.

O, məndən Zahid Oruc düzəltmək istəyirdi. O istəyirdi ki, mən Fəzail Ağamalı olum. O istəyirdi ki, mən həyatı əsgərlik kimi yaşayım. Amma düzü, atam da bu istəklərlə yaşayan adam deyil. Bu oğul arzularını onun beyninə cəmiyyətimiz, mentalitetimiz, təfəkkürümüz əkmişdi, mən bunu da bilirəm.

Atam həmişə anamın, mənim, bacımın və qardaşımın xoşbəxtliyi üçün yaşayıb. Biz xoşbəxt, rahatıqsa, o da xoşbəxtdir, o da rahatdır. Onun elə şeylərə möhtac olduğunu görmüşəm, əsəbdən ürəyim partlayıb. Möhtac olduğu şey də nə olsa, yaxşıdır? Anamın təbəssümü, onun gülüşü, xoşbəxtliyi... Atam o təbəssümə, o gülüşə, o xoşbəxtliyə o qədər möhtac olub ki, istəmişəm öz əlimlə anamı boşatdıram. A kişi, gülmür, boşa getsin də! Mən olsaydım, bu qədər naz-qəmzəli ananı çoxdan boşamışdım, Allah bilir, övladlarım hansı qapılarda qalmışdı, kimlərin əsirliyində idi. Amma atam mənim anamı qorudu, onu atmadı, tək qoymadı. Yoxsa o da mənim kimi özünü tərki-dünya, "bu gün varam, sabah yox" düşüncəsi ilə, həyatı "dünya beş günlükdür" fəlsəfəsindən doğan gedonist bir ideya ilə yaşaya bilərdi. Özü də bunları etmək üçün məndən də istedadlı, məndən də yaradıcı insandır. Amma o, etmədi deyə mən bu gün atamı çox istəyirəm, çox sevirəm. Etsəydi, nifrət edərdim.

Atam yazanda ki, oğlumu mənim tabutuma yaxın qoymayın, dostlarım dəhşətə gəlmişdi. Dedim, ə, birinci dəfə deyil ki... Evdə o sözü mənə o qədər deyib, sadəcə, indi yazıb deyə camaat haya-küyə salıb. Atamdır da, iki gün sonra zəng etdi ki, "ə alçaq, hardasan, gəl evə". Amma atamın oğlumu tabutuma yaxın buraxmayın sözündə daha dəhşətli bir hiss məni alt-üst etdi. İlahi, atam tabutdan danışırsa, demək, ömür yekunlaşır və özü də bunu düşünür, anlayır, dərk edir... Bax, mən onda içib ağladım. Məsələn, 40 yaşlı bir ata oğlunu tabutu ilə hədələməz. Bunu məhz həyatdan doymayan, həyatı, insanları sevən, eyni zamanda, ömrünün çoxunu yaşamış bir ata deyə bilər. Mən bunu düşündükcə içmək, içmək, içmək və hönkürmək istəyirəm. Bu ağrıya ayıq başla dözmək olmaz!

Atam həyatı ciddiyə alan adamdır. İki dəqiqədən bir nəbzini sayır. Təzyiqi qalxan kimi tez balaca qardaşımı soruşur. Bilir ki, onun maşını var, ona görə soruşur ki, görsün buralardadırmı?! Hər ehtimala qarşı... Həkimə çatdırsın deyə. Atam taledir, bəxtdir. Bəlkə də, övladı üçün ondan da çox şeylər edən atalar var, amma mənim atam bunları hisslə, həssaslıqla edib deyə mən onu başa düşürəm, anlayıram.

Mən əminəm ki, o, mənim istedadlı olduğumu bilmirdi. Əvvəl evdə onunla ədəbiyyatdan danışırdım, məni tükünə də almırdı, yazılarımı oxumağa ərinirdi. Sonra gördü ki, onun uzaqdan baxdığı adamlar mənim yazılarımı tərifləyir, yavaş-yavaş inanmağa başladı. Atam evdə çox səmimidir, rahatdır. O, evdə necədirsə, mən çöldə eləyəm. Və bu da onu incidir.

Dünən dedim ki, ata, 60 yaşın tamam olur, gedək, oturaq bir kafe küncündə, başımızı da söykəyək o soyuq divara, mən səy-səy danışım, sən qulaq as, bu da olsun sənin yubileyin. Nəyinə lazımdır Çingiz Abdullayev, Fazil Mustafa, Anar, Fikrət Qoca sənin yubileyinə gəlsin? Sən canı, bu hissin başını burax getsin. Qayıtdı ki, bala, sənin də 60 yaşın olanda görəcəksən ki, mən hansı hissləri keçirirəm, onda məni anlayacaqsan. Qayıtdım ki, ata, üzr istəyirəm, xətrinə dəyməsin, Allah eləməsin mən sənin qədər yaşayım.

A kişi, oğul da atasına belə söz deyər? Bax, mənim atama qarşı tərbiyəsizliyim, əxlaqsızlığım, axmaqlığım budur. O biri tərbiyəsizliyim də odur ki, içib küçəmizdə mahnı oxuyuram. Bir də ki, gecə evə gələndə qapını döyməyə ərinirəm, yıxılıb blokda yatıram. İlahi, buna ata dözər?

Bəsdir də, Kəramət, bəsdir də, yekə kişisən...

Və bir də görürsən ki, içib evə gəlirəm, atamı qabağıma qoyub beləcə danlayıram:

- Ata, fahişələrin xoşbəxt olduğu ölkədə mən bədbəxt olmalıyam, başa düşürsən? İçməliyəm, ağlım başımdan çıxmalıdır, huşum getməlidir, ayılmamalıyam, üzümü qırxmamalıyam, saqqal məni basmalıdır, çimməməliyəm, məndən it iyi gəlməlidir. Mən hırıldaya bilmirəm, başa düşürsən, ata? Başa düşürsən, başa düşürsən, de görüm, başa düşürsən? Məndən əlini üz, unut məni, yadından çıxar, elə bil məni doğmamısan. Mən dözə bilmirəm də, niyə məni əzablarımla baş-başa qoymursan?

Ataya qarşı bundan böyük əxalqsızlıq və bundan böyük axmaqlıqmı olar?

Milli.Az

loading...

Şərh yaz:

27 Şərh:

  • Anonim
    Nm · 16 May 21:4885

    Mәn sәni başa düşürәm.

    Cavab yaz
    • Anonim
      Əsranur · 16 May 23:15123

      Bu insanı sevmirəm,amma,anlayıram.Bir üzü var,yaltaqlığı,acizliyi sevmir.Amma,öz həyatıyla belə oynaması heç ürəkaçan deyil.Məsələn,anası üçün dediyini heç xoşlamadım.Bir tərəfdən,xasiyyətinə üsyan etdiyi atasını,anasını boşamamaqda günahlandırır.Bununla,sanki,özünün də boşanmasına haqq verirkən,bəs,heç düşünübmü ki,bəlkə də o gülməyən ana,Kəraməti dünyaya gətirən qadın,bəlkə,o kişidə məhz Kəramətin gördüklərini görüb,ürəyinə vurub gülmür?Sən Kəramət içib,blokda yatırsansa,o da içinə vurub gülmür.Qaldı ki,təxmin etdiyim kimi yaltaqlıq məsələsinə-Kəramət,öz həyatınla nə istəyirsənsə edə bilərsən.Amma,övladının gələcəyi,evi,maşını ancaq yaltaqlıqdan keçirsə,bunu etmirsənsə,bu,heç də qəhrəmanlıq deyil.Əslində,sən indi də heç ataya sevgini anlamırsan.Çünki,sevgi insanı əyir,dəyişir.Əgər,ataya görə də yişə bilmirsənsə,deməkki sevgidən pafoslu danışmağa dəyməz.Fahişələrdən sənə nə?Fahişələr daima və hər yerdə olub.Kişi ona deyərəm ki,özü kişi fahişəsi olmasın.Sən fahişələrin yaşadığı ölkədən yox,ananın yaşadığı

      Cavab yaz
      • Anonim
        Əsranur · 16 May 23:2601

        Aaaa,hönkürtüylə ağlamağım gəldi.Bu,nöş bura düşdü?Yarısı da aşağı düşəcək.Belə şey olar??Aaaa

        Cavab yaz
    • Anonim
      Əsranur · 16 May 23:2393

      ananın yaşadığı ailədən qaynaqlan.Dəb düşüb indi ana-atanın çörəyini yeyib,valideynə şıllaq atmaq.Bəyənmədiyin valideyn ən azından içib blokda yatmayıb.Onu etsəydi,indi sənin halın necə olardı?Həyatı olduğu kimi qəbul etməyən,nikbin olmayan,pisə pis deyib,özü yaxşını yaratmayan insanlar mənə görə aciz insanlardır.Və belə insanlar o beyinlə elə çox yaşamırlar da.Çünki,onlar üçün dünyanın-həyatın bir sərhəddi var.Bu sərhədə çatanda artıq bu dünya ilə işlərinin olmadığını düşünürlər.Və nəticə də göz qabağındadır...Həyatda heç nəyə nail olmayan,boş-boş danışan bir gənc,yaşamaq üçün heç nə etməzkən,ölmək üçün hər şey edir.Bu,azmış kimi ondan sonrakı xatirələri də ləkələyərək ölmək üçün yaşayır.

      Cavab yaz
      • Anonim
        Əsranur · 16 May 23:3311

        Moderator,təşəkkür edirəm.Yaxşıki yatısı o tərəfə düşmədi:))

        Cavab yaz
      • Anonim
        Papatya · 16 May 23:5441

        "pisə pis deyib,özü yaxşını yaratmayan insanlar mənə görə aciz insanlardır" - tamamile raziyam.

        Cavab yaz
  • Anonim
    Karandaş · 16 May 21:5093

    Düzdür razıyam.Ataya qarşı bundan böyük əxlaqsızlıq ola bilməz.Mən də oğlumdan narahat olanda ,biraz gec gələndə ,bikef görəndə deyinirəm,hirslənirəm ,gah da çalışıram duyğu sümürüsü ilə ona təsir edim.O da hirslənir bəsdi də ,bezdirdin əl çək .Çox istəmə məni .mənim həyatımdı.Başa sala bilmirəm ki,sənin həyatın elə mənim həyatımdır.Valideyn heç cür narahat olmuya ,boş verə bilməz övladı.Bunu başa düşməsi üçün səbrsizliklə onun valideyn olmasını gözləyirəm.

    Cavab yaz
  • Anonim
    Papatya · 16 May 22:0862

    Qəribə insandi Kəramət. Əslində daha çox rahata qaçmagi seven bir insan tesiri bagişladi. Atasinin anasi ucun etdiyini men etmezdim deyir, içmekle guya nelerise unutmaq da hemçinin. Ozunu bu hallara salacaq sebeb gormurem. Fahişələrin xoşbext oldugu olkede bedbext olmaliyam deyib de ozunu bu hallara salmaqmi lazimdi? En azindan ozun bir atasan ve ogul boyudursen. Ve men o qeder inaniram ki, yaşatdiğini ozunun yaşayacağina. Atanin çevresini, hansisa suni meclisleri sevmeyib, istirak etmeye bilersen, amma atani da içib gelib blokda geceleyecek qeder incitmeye haqqin yoxdur. Sen Keramet sadece dunyaya mehz o dediyin 3-5gunlukdu deyib yanaşirsan ve secdiyin bu yol sene daha rahat gelir. Eziyyetsiz, qayğisiz.. ona gore de bele heyat terzi keçirirsen..bu ise mubarize usulu deyil, ornek olasi ise heç deyil.

    Cavab yaz
  • Anonim
    Fəlsəfə · 16 May 22:1460

    Əslində, mən səni başa düşdüm..Məncə, həyatdan çox şey istəyib, sonda üzülməkdənsə, hər şeyi həyatın axarına burax,belə daha rahat olacaqsan..

    Cavab yaz
  • Anonim
    Papatya · 16 May 22:1772

    Atasina sevgisinden şubhem yoxdur. İnsanin oz prinsipleri, eqidesi, oz ideologiyasi ola biler. Amma bir valideyni gore gore ki, hansisa emellerin incidir, bilerek bunu davam etdirmeye xoş baxa bilmerem.

    Cavab yaz
  • Anonim
    Ziko · 16 May 22:1784

    Mence psixologa get

    Cavab yaz
  • Anonim
    Ziko · 16 May 22:1875

    Psixologa get sen

    Cavab yaz
  • Anonim
    Feride · 16 May 22:2141

    Meselenin ,sen demiw, ocercivedeki ,,yagli ,,hissesini qoyuram bir terefe......Ve urekden deyirem KIWISEN ,KERAMET!!!!!!!!!!!!!!!!

    Cavab yaz
  • Anonim
    Aki2 · 16 May 22:2322

    Düzdü qardaşimm eşq olsun sizee

    Cavab yaz
  • Anonim
    Oxucu · 16 May 22:4554

    Cox guclu felsefi fikirleri var. Onu her adam bawa duwe bilmez.

    Cavab yaz
  • Anonim
    Musa · 16 May 22:5731

    mən səni indi başa düşdümki sənin düşüncələrin çox şeylərdən xəbər verir.və sən onların içində boqula boqula qalmısan

    Cavab yaz
  • Anonim
    asi · 16 May 23:0861

    Gözəl fikirlərdir, Afərin..Amma çalışıb bu dünyada valideyni üzməyəsən..Sonra bunun vicdan əzabı var..Ömrümdə valideynimin, xüsusən də Atamın bir sözünü iki etmədim..Amma bir dəfə yuxumda Atamın məndən küsdüyünü gördüm..Yuxu da olsa, hələ də günah hissi məni rahat buraxmır..

    Cavab yaz
  • Anonim
    Anonim · 16 May 23:2711

    Keramet bey siz yaxsi insana oxsayirsiz.Haqqsizligi qebul.ede bilmirsiz.Amma dunya yarandigi gunden her sey olub bu heyatda.Biz hamimiz qonagiq.Kimin nece ve ne vaxt koceceyi belli deyil.Ona gore de valideynlerinin qedrini bil.Ne qeder ki sagdilar.Qalan her sey bosdu

    Cavab yaz
  • Anonim
    KMV · 17 May 00:2110

    Bu Qesem Necefzadenin oglu imis demek.Maraqli idi bezi yerleride gulmeli

    Cavab yaz
  • Anonim
    Ağsaqqal · 17 May 02:4610

    En yaxşısı odur ki ,müəllim özü ,özünü görə bilir ...

    Cavab yaz
  • Anonim
    Ağsaqqal · 17 May 02:5110

    Birdə yadıma "Don Kixot "düşdü ...

    Cavab yaz
  • Anonim
    ~~~ · 17 May 08:3810

    Valideynin seçdiyi həyatı (davranışdan tutmuş sənətə,ailəliyəcən)yaşayaraq,heç vaxt özü kimi olmamaq da əzab vericidir,özü istəyən kimi yaşayıb,valideyni narazı saldığının fərqində olduğunu bile-bilə yaşamaq da.

    Cavab yaz
  • Anonim
    AA · 17 May 09:1700

    Ugirlar

    Cavab yaz
  • Anonim
    777 · 17 May 14:2900

    Men seni basa dûsûrem, amma valideynler övladlari ûçûn yasayir. Sen atanin etrafini beyenmirsen, haqlisan! Amma senin oğlun senin bu halini qebul edecekmi? Ona göre de biz, dûnyani dûzelde bilmeyeceyimiz ûçûn balalarimizin geleceyi namine özûmûzû toparlamaği bacarmaliyiq. Içmek, blokda gecelemekle yalniz ûsyan etmis olariq, dûnya ise firlanir, özû de saniyede 30 km-e yaxin sûretle...

    Cavab yaz
  • Anonim
    Şagird · 17 May 17:4302

    Mənə bu Kəramət çox maraqlı gəıirdi. O gün ədəbiyyat müəllimimdən soruşdum ki, facebook da Kəramətlə yaxışırsız. Mənə cavabında: Kəramət kimi eşşəyi neynirəm dedi. O vaxtdan bunun necə tip adam olduğun anladım.

    Cavab yaz
  • Anonim
    Fağır · 17 May 17:4601

    Mən ümumiyyətlə anlamıram. Hərənin öz həyatı var da. Biz hamımız özümqzçün yaşayırıq. Valideynin dediyi ilə getmək nədir ki? Valideynə dünyayay gələndə söz verməmişdik ki sən deyən kimi olacam. Belə qadağalar olacaqdısa niyə dünyaya gətirirdilər məni

    Cavab yaz
  • Anonim
    oxucu · 18 May 11:4700

    Sağ ol! Sağ ol!.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.