Cəmiyyət

Yol qəzalarından qaçmaq üçün nələrə diqqət etməli?

16 May 2019 13:55
0 Şərh     Baxış: 1 418
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yollarda baş verən nəqliyyat qəzaları, demək olar ki, hər gün onlarla ailəni gözüyaşlı qoyur, valideynlərin ümidlər bəslədiyi övladını əlindən alır, bir ailəni başsız qoyur. Bu qəzaların səbəbi isə, təbii ki, sürücü məsuliyyətsizliyi göstərilir.

Qəzaları doğuran səbəblər, ondan yayınmaq yollarını təhlükəsizlik məsələləri ilə bağlı ekspert Elmar Nurəliyev Milli.Az-a açıqlayıb.

Ekspert hesab edir ki, qəzaların baş verməməsi üçün, birinci növbədə, qəzaları yaradan potensial səbəbləri aradan qaldırmaq lazımdır. Yolun dağılan, yararsız hala düşən hissələri tez bir zamanda aradan qalırılmalıdır:

"Sürücü yolun yararsız hissəsinə düşməmək üçün maşının sürətini ani bir anda azaldır, yaxud qarşı yola çıxır. Götürək Bakı-Quba yolunu. Gədəndə elə də ciddi maneələr olmasa da qayıdanda, demək olar ki, qəza qaçılmazdır. Hamı maşını yolu ayıran dəmir arakəsmələrə 5-10 santımetr yaxın sürür ki, təkərləri o dərin yamalara düşməsin. İkinci, yolların işıqlandırılması və yerdə ağ-sarı xətlənmə işlərinin olmasıdır. Dəmək olar ki, yolların çoxunda yoxdur, yaxud varsa da, artıq pozulmaq üzrədir. Bu xətlər sürücünün diqqətini psixoloji olaraq yolda saxlayır və diqqətin yayılmasının qarşısını alır".

E.Nurəliyev bildirir ki, əsas məqamlardan biri sürücülərdə "YOL VERMƏK " qabiliyyətinin formalaşmasını təmin etməkdir: "Bizdə sükan arxasında oturanların çoxu "yol mənimdir", "mən sürməliyəm" düşüncəsi ilə maşın idarə edirlər, hətta maşını vursa belə, yenə yol vermir ki, yol onundur. Əgər başqa sürücü sənin yoluna qəsdən girirsə belə, yenə yol ver qoy girib getsin. Yol vermək lazımdır, əsəbləşib üstünə sürmək yox".

Ekspert bildirir ki, acınacaqlı vəziyyət avtobuslara, ictimai nəqliyyata olan münasibətdir: "Avtobuslara, ümumiyyətlə, yol verən yoxdur, demək olar. Onu özlərinə ayıb, təhqir bilirlər ki, avtobusa yol verim, heç olmasa qoy çıxsın dayanacaqdan. Axı sən oturmusan rahat maşınında, o avtobusun içərisində yaşlısı, qocası, xəstə olanı var. Bunu düşünmək üçün gərək o avtobusun içərisində olasan? Bir xətt üzrə 10-15, hətta ondan da çox dayanacaq var və bunların hamısından çıxıb-girəndə neçə dəqiqə yubansa, o avtobus sürücüsü də itirdiyi vaxtı yolda qazanmaq üçün bərk sürəcək və nəticədə qəza riski artacaq. Bax o avtobusda bizim də doğmalarınız, əzizlərimiz ola bilər. Ona görə yol vermək lazımdır. Ümumiyyətlə, yol ayrıcına istər qaydanı pozub, istərsə də pozmayıb girən maşına yol vermək lazımdır. Həm piyadalarda, həm də nəqliyyat vasitələrində yol vermək mədəniyyətinin formalaşması baş verən qəzaları azaldar. Bunu video çarxlar formasında hazırlayıb televiziyalarda, internet xəbər portallarında, sosial şəbəkələrdə paylaşıb maarifləndirmə aparmaq olar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.