BDU-da görkəmli oftalmoloq alim Zərifə Əliyevaya həsr olunmuş tədbir keçirilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı Dövlət Universitetində (BDU) görkəmli oftalmoloq alim, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevaya həsr olunmuş tədbir keçirilib.
Universitetdən Milli.Az-a verilən məlumata görə, görkəmli alimin ömür yolundan bəhs edən videoçarxın nümayişindən sonra BDU-nun rektoru Elçin Babayev tanınmış ictimai və dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə Əliyevanın mənalı həyat yolu haqqında danışıb.
Oftalmologiya elminə böyük töhfələr vermis, elmi işləri, aldığı nəticələri ilə keçmiş SSRİ miqyasında və onun hüdudlarından kənarda tanınan akademik Zərifə Əliyevanın fəaliyyətinin müxtəlif dövrlərindən söz açıb. Bildirib ki, məhsuldarlığı, peşəkarlığı, sadəliyi və səmimiyyəti ilə insanların rəğbətini qazanmış Zərifə Əliyeva həm də oftalmologiya sahəsində elmi kadrların hazırlanmasında xüsusi xidmətlər göstərib, yüksək elmi nailiyyətlərinə görə SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb.
Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin aparıcı elmi işçisi, tibb üzrə fəlsəfə doktoru Nübar Həşimova Azərbaycanda oftalmologiya sahəsində ilk qadın akademik olaraq elmi kadrların hazırlanmasında Zərifə xanımın böyük xidmətlərinin olduğunu vurğulayıb. Bildirib ki, Zərifə Əliyevanın vaxtilə Azərbaycanda geniş yayılmış traxoma, o cümlədən tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, aldığı nəticələr Azərbaycan tibb elmini əhəmiyyətli dərəcədə irəli aparıb. N.Həşimova akademikin adını daşıyan Milli Oftalmologiya Mərkəzinin qabaqcıl tibb müəssisəsi kimi dünya miqyasında tanındığını deyərək Zərifə xanımın adına layiq böyük işlər həyata keçirdiyini də diqqətə çatdırıb.
Tədbirdə Biologiya fakültəsinin 3-cü kurs tələbəsi, Zərifə Əliyeva adına təqaüdçü Məryəm Ramazanova və həmin fakültənin 2-cü kurs tələbəsi Cəvahir Hacıbabazadə çıxış edərək bildiriblər ki, hər bir azərbaycanlı gənci insanlara nur bəxş edən Zərifə xanım Əliyeva kimi savadlı, dünyagörüşlü olarsa, ölkəmiz daha böyük uğurlar qazanar.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakıda zeytun festivalı başlayıb – üç gün qastronomik yeniliklər, milli ənənələr və konsertlər - (Foto)
-
Bütün sosial müavinətlər ödənildi
-
Hepatitlə bağlı diqqətçəkən statistika: Ötən illə müqayisədə azalma var
-
Buraxılış və qəbul imtahanları ilə bağlı vacib qərar
-
Azərbaycanda kombilər dəyişdiriləcək?
-
“Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?
XƏBƏR LENTİ
-
Bakıda zeytun festivalı başlayıb – üç gün qastronomik yeniliklər, milli ənənələr və konsertlər - (Foto)
-
Azərbaycanın üç boksçusu Avropa çempionatının finalına yüksəldi - (Foto)
-
Robert Köçəryanın həbs müddəti daha iki ay uzadılıb
-
Qazaxda TIR yandı - (Video)
-
Hindistan yanaşmasını dəyişir - Qafqazda daha balanslı siyasət yürüdəcək
-
Bu şəxslərə dövlət dəstəyi şamil olunmayacaq
-
Bakıda piyada səkisinin zəbt edilməsinin qarşısı alındı - (Foto)
-
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi - XİN
-
Qarlı zirvələrdə yeni idman tarixi yazılacaq: “Snow Polo World Cup Azerbaijan-2027”
-
4 rayonda ağackəsənlər təbiətə 40 min manat ziyan vurub
-
Türkiyə Dəyanət Vəqfinin rəhbərliyi işdən çıxarıldı
-
Bütün sosial müavinətlər ödənildi
-
PSJ - "Lion" matçı buna görə təxirə salındı
-
Hepatitlə bağlı diqqətçəkən statistika: Ötən illə müqayisədə azalma var
-
Hande Erçelin 24 saatlıq paylaşımından qazandığı məbləğ təəccübləndirdi
-
Vəfa və Nəfəsdən Aysuna cavab: Makiyajsız videoları tənqid olundu - (Video)
-
Buraxılış və qəbul imtahanları ilə bağlı vacib qərar
-
ABŞ İranla müharibəni nə vaxta qədər davam etdirəcək?
-
Məhkəmədən Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı qərar
-
Azərbaycanda kombilər dəyişdiriləcək?
-
Gəncədə MAN, BMW və təcili yardım maşını toqquşdu
-
İordaniyada kilsəyə silahlı hücum - 7 nəfər öldü
-
“Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?
-
İtaliyada güclü zəlzələ baş verib





