Yeni 10 manatlıqlar dövriyyəyə buraxılıb - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 2006-cı il yanvarın 1-də denominasiya tədbirləri çərçivəsində tədavülə yeni nəsil pul nişanları buraxılmışdır.
Bankdan Milli.Az-a verilən məlumata görə, tədavülə buraxılmasından 13 il keçməsinə baxmayaraq bu pul nişanları öz estetik görünüşünə, konseptual mövzusuna, müasirliyinə və mühafizə sistemlərinə görə aktuallığını hələ də qoruyur.
Bununla yanaşı, hazırda dünyada pul nişanlarının yaradılması və istehsalı sahəsində bir çox yeniliklər baş verir, pulların dizaynının və mühafizə sistemlərinin təkmilləşdirilməsi istiqamətində yeni innovasiyalar, nano və mikro texnologiyalar geniş tətbiq olunur.
Dünyanın aparıcı mərkəzi bankları kimi Azərbaycan Mərkəzi Bankı da bu çağırışlardan irəli gələrək dünya təcrübəsində mövcud olan ən son texnologiyalar və innovasiyaları nəzərə almaqla pul nişanlarımızın dizaynının və xüsusilə mühafizə sistemlərinin təkmilləşdirilməsini daim diqqət mərkəzində saxlayır.
Bu istiqamətdə ölkə iqtisadiyyatının dinamik inkişafını, dövriyyədə olan nağd pulun strukturunda baş verən dəyişiklikləri nəzərə alaraq, eləcə də nağd pul sferasında səmərəliliyin yüksəldilməsinin təmin edilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankı tərəfindən 24 may 2018-ci il tarixində tədavülə 200 manatlıq pul nişanı buraxılmışdır.
Mərkəzi Bank tərəfindən dizayn mövzusu "Azərbaycan tarixinə" həsr olunmuş 10 manatlıq pul nişanının təkmilləşdirilməsi və mühafizə elementlərinin müasirləşdirilərək daha yüksək standartlara uyğulaşdırılması həyata keçirilmişdir.
Yenilənmiş 10 manatlıq pul nişanında əsas dizayn elementləri (İçəri şəhərin və Qız qalasının sxematik təsviri, Azərbaycanın xəritəsi və Avropaya inteqrasiya, bir sıra milli xalça naxışları) saxlanılmışdır.
Mühafizə sistemlərinə gəldikdə isə, mövcud 10 manatlıqdan fərqli olaraq yeni pul nişanında su nişanı kimi Azərbaycanın Dövlət Gerbi təsvir olunmuşdur.
Pul nişanının ön tərəfində Qız qalasının təsvirini, hərəkət edən dalğaları və rəngi dəyişən nominalı əks etdirən 3D effektli yeni holoqram (LEAD) yerləşir. Holoqramın müxtəlif hissələrində rəngi dəyişən mini-mətnlər və nominalın rəqəmləri görünür. Eyni zamanda, banknotun ön tərəfində İçəri şəhərin qala divarlarını əks etdirən, rəngi yaşıldan göyə dəyişən, 3D hərəkət və dinamik işıq effektləri saçan möcüzəli boya (SPARK LİVE®) yerləşir. Pul nişanının kənarlarında isə görmə qüsuru olan insanlar üçün qabarıq xətlərdən ibarət tanınma elementi əks olunur.
Pul nişanının arxa tərəfində isə üzərində işıqda görünən "10" rəqəmi və "AMB" yazısı olan pəncərə tipli, rəngi yaşıldan göyə dəyişən yeni mühafizə sapı (Rolling Star®) yerləşir. Eyni zamanda, üzərində "10 AZN" yazıları olan sayrışan bənövşəyi və qızılı rəngli zolaqlar əks etdirilmişdir.
Yenilənmiş 10 manatlıq pul nişanı 18.03.2019-cu il tarixdən tədavülə buraxılır. Bu pul nişanı hazırda tədavüldə olan 10 manatlıq pul nişanı ilə paralel olaraq dövriyyədə olacaq və hər iki pul nişanı tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcəkdir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Statistik məlumatların şərhi zamanı onların mənbəyi düzgün izah edilməlidir - MEDİA
-
Flora Kərimova xəstəxanadan evə buraxıldı - Həkimlər son vəziyyəti açıqladı
-
Rafael Fiziyev Bakıda
-
Abşeron çimərliklərində dəniz suyu 24 dərəcəyədək isinəcək
-
Bakıda gecə klubunda turistə 1270 manat hesab gəldi - (Video)
-
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndərildi - Yenilənib
XƏBƏR LENTİ
-
“Qarabağ”ın Avstriya planı dəyişdi - MOİK ilə oyun ləğv olundu
-
Statistik məlumatların şərhi zamanı onların mənbəyi düzgün izah edilməlidir - MEDİA
-
Ceyhun Bayramov və Baxtiyar Saidov telefonla danışdı
-
Flora Kərimova xəstəxanadan evə buraxıldı - Həkimlər son vəziyyəti açıqladı
-
Rafael Fiziyev Bakıda
-
Aralıq dənizində ardıcıl iki zəlzələ qeydə alınıb
-
Abşeron çimərliklərində dəniz suyu 24 dərəcəyədək isinəcək
-
Füzulidə 15 yaşlı yeniyetmə su kanalında boğularaq ölüb
-
Bakıda uçan qarışqalar niyə çoxalıb? - Səbəb məlum oldu - (Video)
-
Qlobal bazarlarda qızıl, gümüş və platin ucuzlaşıb
-
“Sabah” Rodriqo Fernandeşi transfer etdi
-
Bakıda gecə klubunda turistə 1270 manat hesab gəldi - (Video)
-
Bazar günü 36 dərəcə isti olacaq - Proqnoz
-
Ukrayna niyə başsağlığı vermədi? - Azovda həlak olan azərbaycanlıların ailələri ədalət tələb edir
-
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndərildi - Yenilənib
-
Kimlər qan üçün donor ola bilməz?
-
DİM: Ötən il 58 saxta diplom aşkarlanıb
-
Külli miqdarda çətənə kolları və silah-sursat aşkarlanıb
-
Talassemiya gen daşıyıcıları hərbi xidmətə yararlıdırmı? - Rəsmi
-
Masazırda motosiklet 4 yaşlı uşağı vurub öldürdü
-
Qaradağda yanğın təhlükəli anbarın fəaliyyəti dayandırıldı
-
Oxuyub-yazmağı bacarmayan 9-cu sinif şagirdlərinin sayı açıqlandı
-
Ölkə üzrə 61 cinayətin üstü açıldı, 148 nəfər saxlanıldı
-
Avtovağzal və Xocəsəndən gələnlərin NƏZƏRİNƏ: Metroda yeni keçid stansiyası tikilir





