Cəmiyyət

Habil Əliyevin məşhur lətifələri

16 Mart 2019 23:11
11 Şərh     Baxış: 14 179

Azərbaycanın xalq artisti, tanınmış kaman ustası Habil Əliyev 88 yaşında dünyasını dəyişib.

Sənətkarın zarafatları, maraqlı lətifələri uzun illərdir musiqiçilər, ziyalılar arasında gəzib dolaşmaqdadır.

Milli.Az mərhum kaman ustasının bir neçə lətifəsini təqdim edir.

* * *

Bir gün Habil Əliyev müğənni Nazim Ağayevlə üz-üzə gəlir. Onun kefsiz olduğunu görüb soruşur ki, Nazim nolub?

Nazim Ağayev gileylənir:

- Həkimdən gəlirəm. O, mənə dedi ki, belimdə, dizimdə, ayağımda duz yığılıb. Məndə möhkəm duzlaşma gedir.

Habil Əliyev zarafatla deyir:

- Nazim, həkim gözünün içinəcən yalan deyir. Azərbaycanda səndən duzsuz adam yoxdur. Fikir eləmə!

Bir gün Habil Əliyevin iştirak etdiyi məclisdə Faiq Ağayev də olur. Habil müəllim də bunu harda görürmüşsə biabır edirmiş ki, "mavidi". Faiq də sənətkarı gorən kimi əl-ayağa düşür, burdan oturma ordan otur zad... axırda da çıxardır cibinə 500 manat qoyur ki, cib xərcliyidir oğul payı kimi qəbul edin... Habil Əliyev üzünü tutur musiqiçilərə deyir:

-Ayə bəs deyirdiniz bu kişi döyüll.

* * *

Habil Əliyev: "Çayxanada oturub çay içirdim. Bir nəfər gəldi ki, "Habil müəllim, yaxşı ki, sizə rast gəldim. Eşitmişəm öd kisənizdə daş var, sizi otlarla müalicə edəcəyəm".

O, torbasından müxtəlif qurudulmuş otlardan çəngələyib mənə verdi və sonra da necə istifadə etməyi öyrətdi. Mən ondan soruşdum:

- Qardaş, sən həkimsən, yoxsa türkəçarə ilə məşğulsan?

O, dedi:

- Hə, hə Habil müəllim, həkiməm, mal həkimi..."

* * *

Bir dəfə Habil Əliyev Ağdaşa, qardaşıgilə qonaq gedir. Qardaşı deyir ki, Ucarın Qızılqumlaq kəndində bir qohumları rəhmətə gedib, mütləq yas yerinə baş çəkmək lazımdır. Gedirlər hüzr yerinə. Orda məlum olur ki, uzun illər dəmir yolunda fəhlə işləmiş rəhmətliyi qatar vurub öldürüb.

Hadisə belə olub: Rəhmətlik iki relsin arası ilə yolu yoxlaya-yoxlaya gedirmiş. Bu zaman qarşı tərəfdəki qonşu yolla qatar gəlirmiş. Demə, həmin anda arxadan da başqa qatar yaxınlaşırmış.

Arxadan gələn qatar nə qədər siqnal verirsə, rəhmətlik yoldan çıxmır, elə bilir siqnalı verən qarşıdan gələn qatardı. Beləcə o, qatarın altında qalıb ölür. Habil Əliyev və qardaşı yas mərasimindən geriyə - Ağdaşa qayıdanda gecəyə düşürlər. Maşınla pambıqlığın arası ilə gedən torpaq yolla irəliləyərkən görürlər ki, yolu su basıb. Sən demə, pambıqlığa buraxılan su yola axıbmış...

Sulu yolda maşın palçığa batıb qalır. Sözün qısası, maşını palçıqdan çıxarınca əl-ayaqları, üst-başları batır. Maşını güc-bəla ilə çıxarandan sonra qan-tər içində olan Habil Əliyev hirsli-hirsli ölən qohumunun adını tutub onun qarasınca deyinir:

- Ay rəhmətliyin oğlu, qatar siqnal verir, çıx yoldan qırağa də!...

Bir gün qonşusunu bikef görən Habil müəllim soruşur ki, bəs nə olub bikefsən?

Qonşusu da: Çox utanıram Habil müəllim. Gece yataq otağımızın pərdəsi açıq qalıb, qonşu binadan gören olar diyə fikirləşib utanıram.

Habil müəllim də gülə-gülə: Əşşi mən də deyirəm nolub, heç kefini pozma, görüb soruşan olsa, de ki, mən deyildim.

Bir gün Habil Əliyev televiziyada Niyaməddin Musayev ilə rastlaşır. Niyaməddin əyninə çox dar şalvar geyinibmiş. Habil bəy onu diqqətlə süzüb deyir:

- Bayaqdan fikirləşirəm, bu şalvarı əyninə necə geydiyini tapa bilmirəm, deyəsən rajokla geymisən?

* * *

Bir gün rəhmətlik Lütvəli Abdullayev, Habil Əliyev və bir də qatı dindar bir sənətkar Moskvaya qastrola gedirlər. Restoranda oturub tabaka sifariş edirlər. Dindar sənətkar ofisanta deyir ki, qardaş o toyuğu müsəlman kəsib? Ofisant da deyir ki, yox, burda müsəlman nə gəzir? Habil də deyir ki, ə onda bizə kabab ver. Dindar yenə deyir ki, o qoyunu müsəlman kəsib? Lütfəli də yeyib- içən adam, acından ölür. Ofisant yenə deyir ki, a kişi, burda müsəlman nə gəzir? Lütfəli deyir onda bizə dana basdırması ver.

Dindar yenə əl çəkmir, soruşur ki, onu müsəlman kəsib? Habil Əliyev də hirslənib deyir ki, ala burda müsəlman kəsən bir dənə bu var. Yeyirsən ye, yemirsən imkan ver zakazımızı verək :)))))

Tibb Universitetində Habil Əliyevlə tələbələrin görüşü keçirilirmiş.

Orta cərgədə bir tələbə ayağa durub, amiranə görkəmli müstəntiq kimi soruşdu:

- Yoldaş Əliyev, axı necə oldu ki, kamança çaldınız? Necə oldu ki, kamança alətini seçdiniz? Cavab verə bilərsinizmi?

Bunu deyib əyləşdi.

Habil Əliyev bir müttəhim görkəmi aldı, büzüşüb məzlumlaşdı. Fağır bir səslə dedi:

- Vallah, necə deyim, uşaq olmuşam, qanmamışam...

* * *

Bir gün Habil müəllimdən soruşurlar ki, dünyada ən ağıllı insanlar kimlərdir?

- Əlbətdə azərbaycanlılar.

- Niyə?

- Ona görə ki, onlar çay içəndə içinə limon atırlar ki, bu da çaydakı zərərli maddələri özünə çəkir.

- Bəs dünyanın ən axmaq insanlar kimlərdir?

- Yenə azərbaycanlılar.

- Bəs niyə?

- Çünki onlar limonlu çayı içəndən sonra, içindəki limonu da yeyirlər...

* * *

Bir gün məclislərin birində Ədalət Şükürov gəlib Habil Əliyevə sevinərək deyir:

- Habil müəllim, məni təbrik edin, mənə əməkdar artist adını verdilər.

Habil Əliyev də dəhşət içində soruşur:

- Nəəə? Sən də aldın? Əşşi onlar verirdi verirdi, sənin abrına nə gəlmişdi ki, götürürdün?

Milli.Az

loading...

Şərh yaz:

11 Şərh:

  • Anonim
    $$$Yeraz · 16 Mart 23:23203

    Allah Rehmet elesin deyerli unudulmaz senetkara. Edalet haqqindaki lap elaydi.

    Cavab yaz
  • Anonim
    oxucu · 16 Mart 23:41271

    Sovetlər dönəmində Azərbaycanın görkəmıi musiqiçiləri rayonlara zəhmətkeşlərə konsert verməyə gedərmişlər. Maestro Niyazi tez-tez Habil Əliyevlə qastrollarda olurlarmış. Bir gün Niyazi Habilə deyir: necə olur avtobusfan düşəmdə mən maestro Niyazi qalıram bir qıraqda , insanlar birinci növbədə gəlib səninlə görüşür. Bunlar məni tanımır? Habil deyir: ay Niyazi müəllim səhnəyə çıxanda arxası camaata durursan , hardan tanısınlar səni? Hərdən üzünü çevir camaata dəə...

    Cavab yaz
    • Anonim
      Şahin · 18 Mart 02:1510

      Əlaaaa!!!)))

      Cavab yaz
  • Anonim
    Esmanur♡ · 17 Mart 00:0050

    Allah rehmet etsin

    Cavab yaz
  • Anonim
    ~~~ · 17 Mart 08:1440

    Dadi-duzu yerinde letifelerdi.Maraqla oxudum.Amma limon çay məsələsini elə bil bu yaxınlarda,Azərbaycanlılar haqqinda danisan hansisa seyyahin dilinden ya hemin xeberden oxumuşdum.

    Cavab yaz
  • Anonim
    ...... · 17 Mart 10:0070

    Moskvadakı halal haram nəydia))

    Cavab yaz
  • Anonim
    Musa · 17 Mart 10:57100

    bir gün Habil müəllimə deyirlər ki Elariz toya yaman baha gedir.cavabında deyir ki Elarizi toya havayı aparsalarda yenə bahadır

    Cavab yaz
  • Anonim
    F1 · 17 Mart 12:4041

    Habil muellime boyuk hormetimiz var gozel senetkardi. letifelerinide esitmisik ve maraqlidi ama burda muselman kesen letifesi bu portala yarasmir axi size yarasmir axi ayib ayib

    Cavab yaz
  • Anonim
    Afa (yeraz) · 17 Mart 14:0970

    Allah rəhmət eləsin böyük sənətkarımıza

    Cavab yaz
  • Anonim
    Konsul · 17 Mart 18:5340

    Ə.Vəzirov birinci katib olanda Habilə deyir "Habil yadlndadı mən filan ölkədə səfir olanda sənə tədbirlərdə həmişə çaldırardım Habil də deyir ay Vəzirov yoldaş çaldırardım yox e ifa elətdirərdin"

    Cavab yaz
    • Anonim
      ƏMRAH ƏNRAH ALMALI · 17 Mart 19:4320

      MƏN DƏ HABİL HAQDA ÇOX ŞEY BİLİRƏM DƏYƏRLİ SOHBƏTLƏRİ OLARDI ÇOX VAXT ALMIRAM ONA YAZDIĞIM ŞEİRDƏN BİR AZ DEYİM Kaman düşüb ürəyimə Bilmirəm üz tutum kimə Gəl toxunma sarı simə Dilə gətir lal kamanı Aman Habil çal kamanı Çal inləsin çal ləhcəsi Çal feziyab et hər kəsi Çal sümüyə yerit səsi Çal titrətsin o səs qanı Aman Habil çal kamanı

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.