Cəmiyyət

Xəzərdə gəmidən dənizə düşən fəhlənin ölümü ilə bağlı cinayət işi başlanıb

16 Fevral 2019 20:29
0 Şərh     Baxış: 1 326
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəzərdə gəmidən dənizə düşən fəhlənin ölümü ilə bağlı cinayət işi başlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, fevralın 15-də MPK-460" gəmisi "28 May" NQÇİ-nin 19 saylı dərin dəniz özülündən yük qəbul edərkən 4-cü dərəcəli takelajçısı Hüseynov Ağazaman Əlqardaş oğlu gəminin yırğalanması nəticəsində müvazinətini itirərək dənizə düşüb.

SOCAR-dan Trend-ə verilən məlumata görə, suya atılan xilasetmə dairələrini tuta bilməyən A.Hüseynov "Nefteqaz-62" gəmisindən suya endirilmiş qayıq vasitəsilə sudan çıxarılıb.

Gəmidə olan heyət tərəfindən A.Hüseynova ilkin tibbi yardım göstərilməsinə baxmayaraq, onun öldüyü məlum olub.

Faktla bağlı Pirallahı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.