Bir küçənin tarixi: Neftçilər prospekti - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı sakini üçün onun şəhəri Neftçilər prospektindən başlayır, desək, yanılmarıq. Bu, Bakının ən qədim prospektlərindən biridir.

Salındığı vaxtdan bu günə qədər Neftçilər prospektinə müxtəlif adlar verilib - Aleksandrovski sahili, Qubanov sahili, Stalin prospekti...
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu prospekt indiki - Neftçilər prospekti adını 1961-ci ildə alıb.

Prospektin yaranmasında "Qafqaz və Merkuri" paroxod şirkətinin böyük rolu olub.
1860-cı illərdə "Qafqaz və Merkuri" paroxod şirkəti paytaxtda körpü və digər qurğuların tikintisini həyata keçirirdi.

Bu qurğular sahil zolağını iki hissəyə böldü: qərbdə, qala boyunca Aleksandrovski sahili və şərq istiqamətində, Bolşaya Morskaya prospektinə qədər Petrovski sahili.
Şirkət Bakıda neft bumu dönəmində minlərlə insanın şəhərə axınını təşkil etdi.

O zaman - 1884-cü ildə şəhərlilər Aleksandrovski sahilində, dənizkənarı bulvarda Qız qalası ilə üzbəüz çimərliyə gedirdilər.

Aleksandrovski sahil küçəsi Şəhər İdarəsinin xüsusi diqqətində idi. Belə ki, qubernatorun iqamətgahı burada yerləşirdi.

Sahil zolağı genişləndirildikdən və bulvar (1909) salındıqdan sonra şəhərin planlaşdırma strukturu və memarlığında Aleksandrovski sahil küçəsinin rolu daha da artdı.
Prospekti bəzəyən ən qədim, görkəmli və sirli memarlıq abidəsi Qız qalasıdır. Bu günə qədər qalanın tikilmə tarixi və məqsədi dəqiq məlum deyil.
Belə ki, abidənin yaşının Şumer dövründən başladığını iddia edənlərlə yanaşı, XII yüzillikdə tikildiyini deyənlər də var.
Qala divarları üzərindəki bir kitabədə ərəb əlifbası ilə bu sözlər yazılıb: "Davudun oğlu Məsudun qülləsi".

Qız qalası yaxınlığında İsa bəy Hacınskinin evi yerləşir. İddia olunur ki, İkinci Dünya Müharibəsi iştirakçısı, partizan, Fransa prezidenti olmuş Şarl de Qoll Bakıda ikən Hacınskinin evində qalıb.
.jpg)
Prospektdə yerləşən daha bir bina "Kaspar"dır. Bu bina keçən əsrin 20-ci illərində tikilib. Binada varlı insanlar yaşayıb. "Kaspar"ın yanında kiçik park və "Ağ zanbaq" fontanı da var.
Neftçilər prospektini "Hökumət evi" olmadan təsəvvür etmək mümkün deyil. Memarları Lev Rudnev və Vladimir Munts olan binanın inşasına 1924-cü ildə, ASSR-nin yenicə qurulduğu dövrdə başlanıb və mürəkkəb inşaat işləri 1952-ci ildə tamamlanıb. Tikinti işlərinin 25 ilədək çəkməsi müharibə ilə bağlı olub.
.jpg)
Yaxınlıqda yerləşən Muzey Mərkəzi 1960-cı ildə məşhur Azərbaycan memarı Həsən Məcidovun layihəsi əsasında, V.İ.Leninin anadan olmasının 90 illiyi münasibətilə tikilib. Daha bir teatr - Dövlət Musiqili Teatrı XIX əsrin sonlarında inşa olunub.

Prospektdə yerləşən daha bir görkəmli memarlıq abidəsi "Alimlər evi"dir. Sadıq Dadaşov və Mikayıl Hüseynovun layihəsi əsasında inşa edilən binanın tikintisi 1946-cı ildə başa çatıb. Binanın yaxınlığında Bəhram Gurun heykəli yerləşir.
Abidədə Nizami Gəncəvinin "Yeddi gözəl" poemasının qəhrəmanı, Sasanilər sülaləsinin beşinci hökmdarı Bəhram Gurun ayağının ətrafına sarılan əjdahanı qılıncla öldürməsi təsvir olunub. Bu heykəli 1959-cu ildə üç heykəltəraş - Albert Mustafayev, Qorxmaz Sücəddinov və Aslan Rüstəmov hazırlayıblar.
.jpg)
Paytaxtımızın simvollarından sayılan Bakı funikulyoru mühəndis Əliş Ləmbəranskinin təşəbbüsü ilə tikilib, 5 may 1960-cı ildə istifadəyə verilib.

Şəhərimiz dəyişir, Bakı ildən-ilə daha da gözəlləşir. Neftçilər prospektində yeni dəbli mağazalar, müasir iaşə obyektləri açılır. Bakının ən gözəl prospekti ildə üç gün bağlanaraq, "Formula-1" yarışlarının keçirildiyi məkana çevrilərək bütün dünyanın diqqəti özünə cəlb edir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
-
Mərhum jurnalistin məzarından bürünc barelyef oğurlanıb
-
Vəfat edən qızının əmanətini gəlin köçürən nənə və baba kövrəltdi - (Video)
-
Bank VTB (Azərbaycan) uşaqlar üçün 6-cı “Yay düşərgəsi” təşkil edib
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Xalq artisti Aleksandr Yakovleviç Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıblar
-
Ağır məktəb çantası uşağın onurğasını necə zədələyir? - Xəbərdarlıq
XƏBƏR LENTİ
-
İsmayıllıda baş vermiş zəhərlənmə hadisəsinin səbəbi açıqlandı
-
Messi bu ispan klubunu alır
-
Suriyada silah-sursat anbarı partladı: Ölən və yaralananlar var
-
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
-
Kirill Budanov Rusiyada qiyabi həbs edildi
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
-
"Mançester Yunayted"lə tarixi matç öncəsi "Sabah"da ciddi itki
-
Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlandı
-
Rusiya–Ukrayna müharibəsi: Tank otların arasında gizlənən braziliyalı əsgərin üzərindən keçdi – (Video)
-
Aleksandr Şarovski dəfn edildi - (Yenilənib)
-
Mərhum jurnalistin məzarından bürünc barelyef oğurlanıb
-
Seda Sayanın əri ilə romantik anları: "O qədər gözəlsən, "Ay kimsən"" - (Video)
-
Firuzə İbadova xəstəxanaya yerləşdirildi
-
Qalib Bayramova hökm oxundu
-
Vəfat edən qızının əmanətini gəlin köçürən nənə və baba kövrəltdi - (Video)
-
Bank VTB (Azərbaycan) uşaqlar üçün 6-cı “Yay düşərgəsi” təşkil edib
-
Gürcüstandan uçan təyyarə dənizə təcili eniş edib
-
Naxçıvanda 45 kiloqramdan çox metamfetamin ələ keçirildi
-
“Mourinyonun Arda ilə problemini həll etmək çətindir”
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Xalq artisti Aleksandr Yakovleviç Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıblar
-
Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin
-
Ağır məktəb çantası uşağın onurğasını necə zədələyir? - Xəbərdarlıq
-
Məleykə Əsədovanın qızı bu ölkədə təhsil alacaq
-
Şəkidə 2 nəfərin öldüyü faciə ilə bağlı yeni faktlar - (Foto)





