Cəmiyyət

Yaşıllıqların uçotunun aparılması qaydası dəyişib

3 Fevral 2019 10:50
0 Şərh     Baxış: 779
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Nazirlər Kabineti "Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası"nda dəyişiklik edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, qaydada 1.9-cu bənd yeni redaksiyada verilib.

Yeni varianta əsasən, fiziki və hüquqi şəxslərin yaşıllıqların kadastrı
barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən, yaşıllıqların uçotu və monitorinqi barədə istifadəsində olan torpaq sahələrinə münasibətdə mərkəzi icra hakimiyyəti orqanlarından, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə münasibətdə bələdiyyələrdən, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanlarından məlumat almaq hüquqları var.

Bu bəndin əvvəlki variantında belə qeyd edilib ki, fiziki və hüquqi şəxslərin yaşıllıqların uçotu, kadastrı və monitorinqi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən və müvafiq bələdiyyələrdən məlumat almaq hüququ var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.