Ölkədəki hava şəraiti ilə bağlı qərargahdan SON MƏLUMAT - YENİLƏNİB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
17:56
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılmış Qərargah hava şəraiti ilə bağlı növbəti məlumatını yayıb.
Nazirliikdən Trend-ə verilən məlumata görə, hazırda əsasən bu prosesin ən kəskin dövrü müşahidə olunmaqdadır.
Belə ki, 17 yanvar saat 17:00-a olan məlumata əsasən Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti Pirallahıda 30 m/s, Baki, Sumqayıt, Maştağa, Biləcəridə 40 m/s-dək şiddətlənib. Dalğanın maksimal hündürlüyü açıq dənizdə 7,9 metr təşkil edir. Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq və dağətəyi rayonlarda qar yağır. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcə isti təşkil edir.
-----------
15:30
Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargah hava şəraiti ilə bağlı növbəti məlumatı yayıb.
Qərargahdan Trend-ə verilən məlumatda bildirilir ki, saat 15:00-a olan məlumata əsasən Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti 30 m/s, Sumqayıtda küləyin ani, maksimal sürəti 40 m/s çatıb. Dalğanın hündürlüyü açıq dənizdə 7,5 metrdir.
Respublika ərazisinin əksər rayonlarında yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağır. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcə isti, dağlıq rayonlarda 1-3 dərəcə şaxta, dağətəyi rayonlarda 0-3 dərəcə isti aran rayonlarda 4-6 dərəcə isti təşkil edir.
-----------
12:48
Bu gün saat 12:00-a olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti 28-36 m/s təşkil edir.
Milli.Az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahın operativ məlumatında deyilir.
Dalğanın hündürlüyü Günəşli yatağında 5,3 metrdir.
Respublika ərazisinin əksər rayonlarında, eyni zamanda paytaxtda yağıntılı hava şəraiti müşahidə olunur.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcə isti təşkil edir və sulu qar yağır.
----------
09:21
Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərərgah hava şəraiti ilə bağlı növbəti məlumat yayıb.
Qərargahdan Milli.Az-a verilən məlumatda bildirilir ki, bu gün saat 09:00-a olan məlumata əsasən, şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir 30-35 m/saniyədək şiddətlənib.
Dalğanın hündürlüyü Günəşli yatağında 4,8 metrə çatıb.
Respublika ərazisinin əksər rayonlarında, eyni zamanda paytaxtda yağıntılı hava şəraiti müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4-5 dərəcə isti təşkil edir
---------
07:48
Hazırda əsən şimal-qərb küləyi Bakıda 24 m/san, Abşeron yarımadasında 26 m/san. çatır, arabir 30 m/saniyəyədək şiddətlənir.
Milli.Az bildirir ki, bu barədə ETSN-də yaradılan Qərargahın səhər saat 06:00-a olan operativ məlumatında deyilir.
Qeyd olunur ki, dalğanın hündürlüyü Günəşli yatağında 3,8 metrə çatıb.
--------
03:17
17 yanvar saat 03:00-a olan məlumata görə, açıq dənizdə dalğanın hündürlüyü 3,5 metrə çatıb.
Milli.Az bildirir ki, bu barədə ETSN-də yaradılan Qərargahın operativ məlumatında deyilir.
Məlumata görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 10 dərəcə aşağı enərək, 6,3 dərəcə təşkil edir.
----------
02:06
Əvvəlcədən proqnozlaşdırıldığı kimi Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyi saat 23:00-24:00 radələrindən başlayaraq şimal-qərb küləyi ilə əvəz olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahdan Milli.Az-a verilən məlumata görə, yarımadada küləyin sürəti 18 m/s-dək güclənib.
"Saat 01:55 radələrində Çilov adasında şimal-qərb küləyinin sürəti 25 m/s-dək güclənib, dalğanın hündürlüyü 3,1 metrə çatıb", - deyə məlumatda qeyd olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - Yenilənib (Foto)
-
Prezident İlham Əliyevin “Qobustan” Günəş Elektrik Stansiyasının açılışından maraqlı görüntüləri - (Video)
-
Masazırda şagirdlər zirzəmidə dərs keçib? - Açıqlama - (Video)
-
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
Narkotik aşkarlanan yük maşınları müsadirə olunsun - Təklif
-
TDT ölkələri arasında ticarət və iqtisadi əlaqələrin inkişafı müzakirə olunub - (Foto)
XƏBƏR LENTİ
-
Vüsalə Əlizadə qardaşının məzarında - "Qara daş məni sakitləşdirir" - (Video)
-
“Kızılcık Şerbeti”ndən rekord
-
Ronaldu "Ən-Nəsr"dən gedir
-
Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Qazaxıstana səfər edib
-
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
-
Sabunçu və Xətaidə qaz kəsiləcək
-
ADMİU-nun I kurs tələbələrini aşağılayan şəxs barədə qərar verildi - Yenilənib
-
Gəlin toyda suyun içindən keçdi - (Video)
-
Qarabağda və Azərbaycanın digər bölgələrində Qafqaz Albaniyasının xristian irsinin izləri var - Hikmət Hacıyev
-
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
-
Ölüm hədəsi ilə üzləşən qapıçı 6 qol buraxdı
-
Şəhərətrafı qatar reyslərinin sayı 100-ə çatdırılır
-
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - Yenilənib (Foto)
-
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək
-
Tələbələr üçün gediş haqqı daha ucuz olacaq
-
Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - (Foto)
-
Prezident İlham Əliyevin “Qobustan” Günəş Elektrik Stansiyasının açılışından maraqlı görüntüləri - (Video)
-
Masazırda şagirdlər zirzəmidə dərs keçib? - Açıqlama - (Video)
-
ABŞ və husilər Omanda gizli görüş keçirdi - Detallar
-
Türkiyəli iş adamının olduğu təyyarə dağa çırpıldı
-
Azərbaycanda 70 qurum akkreditasiya edildi
-
Badamdarda yaşayış binasında partlayış: Xəsarət alan var
-
"Beşiktaş"da ciddi itki





