Cəmiyyət

Uşaqlar niyə küçələrdən küsüb?

12 Yanvar 2019 19:34
25 Şərh     Baxış: 1 140

Azyaşlıların sosial şəbəkələrdən aktiv istifadə etməsi nəticələrini getdikcə daha çox bəlli edir. Zəmanə uşaqların əyləncələrini dəyişə biləcək qədər güclüdür? Yoxsa hər şeyi zamanın üstünə ataraq günahlardan boyun qaçıran yenə insanlar, valideynlərdir?

Uşaqların formalaşmasında təkcə ailə yox, həm də cəmiyyətin rolu olduğunu hər kəs bilir. Bunu bilə-bilə örnək olmayan insanlardan ibarət sosial şəbəkələrdən uşaqların istifadə etməsinə göz yummaq insanları haraya aparır? Nəticədə, bu gün ağlamalı vəziyyət yaranıb. 

Azyaşlı uşaqların ağlına belə səhifə yaratmaq necə gələ bilər? "Instagram"dakı cütlük səhifələrini görərək, əlbəttə ki. Gör-götür dünyasıdır axı.

"Instagram"da bu cür cütlük səhifələri, demək olar, yarışa giriblər və ya sadəcə, özlərinə xoşdur deyə belə səhifə işlədirlər, o, ayrı mövzudur, amma bu gün bu sıraya azyaşlılar da daxil olur. 

Milli.Az oxu.az-a istinadən bildirir ki, məsələ təkcə bu deyil. Gələcəkdə heç bir sahəyə təsirsiz keçməyəcəyini bilə-bilə qarşısıalınmaz vəziyyətə doğru yol açılır. Braziliyalılar deyir, futbol küçədən gəlir.

Azərbaycanda futboldan şikayətçi olanlar bunu heç düşünüblər, görəsən? Futbol sevgisi olan bir çox uşağın sevgisi universitet məcburiyyəti ilə öldürüldü. Hazırda isə topla oynamaq sevgisi uşaq yaşlardan məhv edilməyə başlayır? Əsl uşaq əyləncələri, hərəkətli oyunlar robotlaşmış sistemlə əvəz olunur?

12 yaşlı Ayşən Əlizadə deyir ki, sosial şəbəkələrdən istifadə etməsələr, heç nə itirmirlər. Sadəcə, öz aralarında söhbət edərkən yayılır və maraq inkişaf edir:

"Telefonu dördüncü sinifdə oxuyandan istifadə edirəm. Altıncı sinifdən bəri "Instagram" işlədirəm. Nə qədər telefon işlətmirəm desələr də, əksər uşaqların telefonu var. Əvvəllər sinfimizdə heç kimin "Instagram" hesabı yox idi. İki-üç nəfər hesab açdıqdan sonra bu yayıldı. Bəziləri valideyndən icazəli, bəziləri valideyndən xəbərsiz bunu istifadə edir.

"Instagram"da sinif yoldaşlarımızın paylaşımları və sevdiyimiz kino, serial paylaşımlarına baxırıq. Telefonda daha çox oyunlar oynayırıq. Uşaqlar arasında söhbət edərkən kimsə hansısa oyunu çox tərifləyir və biz də onu telefona yükləyirik.

Çöldə baş verə biləcək təhlükəli hadisələrə görə mənə həyətə düşüb oyun oynamağa icazə vermirlər. Evdə oturmağa məcbur oluram. Evdə də dərs oxuyuram, əyləncə kimi isə telefonla oynamaq, ya da televizora baxmağa məcburam. 

Özüm də küçəyə tək çıxmağa çəkinirəm. Uşaq qaçırılması, narkotikə yönəltmə, orqan mafiyası haqda sinifdə xəbərlər eşidirik.

Fiziki tərbiyə dərsini həyətdə keçsək də, o dərsdə də oyun oynamırıq, telefonlarda oynayırıq, mahnıya qulaq asırıq, oyunlara marağımız yoxdur, enerjimiz də yoxdur. Bu yaşlarda biz bir-birimizə təsir etməyi yaxşı bacarırıq. Telefon və sosial şəbəkələri istifadə etməyəndə heç nə dəyişmir, sadəcə, sırf ətrafdakılar tərifləyir deyə hər kəs işlədir. Məndə və bir çox uşaqda maraq bu cür yaranıb".

15 yaşlı Fərid İsmayılov isə küçədə futbol oynamaq həvəskarı olsa da, vaxt olmadığını və küçədə birlikdə oynayacaq çox adam olmadığını bildirib. O deyir ki, belə getsə, hər kəs telefona qapanacaq.


Psixoloq Gülnar Orucova məsələnin sırf valideyn məsuliyyətsizliyindən irəli gəldiyini deyir:

"Əvvəllər sosial şəbəkələr belə aktiv deyildi, indi küçə oyunları uşaqlar üçün maraqsızlaşıb. Çünki internet - virtual oyunlar uşaqları daha çox cəlb edir. 

Övlad ailənin güzgüsüdür. Uşaq valideynlərin əlindən telefonun düşmədiyini görürsə, ona meyillənəcək. Valideynlərdən sorğu keçirsək ki, sonuncu dəfə uşağınızla hansı oyunu oynamısınız? Cavab olacaq: heç bir oyun.

Bağçalarda da vəziyyət belədir. Əvvəllər bağçalarda televizor, kompüterdən istifadə olunmurdu. İndi isə onlara meyillilik yaranır. 

İndi dördüncü və beşinci sinifdən başlayaraq uşaqlar sosial şəbəkələrdən istifadə edirlər. "TikTok" kimi proqramlarda bunu görmək olur. Uşaq nədənsə məhrum olanda onu əldə etmək üçün mübarizə aparır. Uşaqları internetdən tamamilə məhrum etmək yox, sadəcə, zaman vermək lazımdır - dərsləri oxuduqdan sonra bir saat, məsələn. Valideynlər uşaq ağlayanda, yemək yeyəndə ona telefon verirlər və uşaq yemək qarşısına gələndə gözləri telefon axtarır. Həyatımızda zərərli heç nə yoxdur, zərərli hədd var". 

Valideynlər də bu fikri təsdiqləyir, məsələnin sırf onların narahatlıqlarından irəli gəldiyini deyirlər.

Valideyn Aytən Dadaşova deyir ki, uşaqları həyətə buraxmamasının səbəbi həyətdəki digər uşaqlardır:

"Dörd və səkkiz yaşlı iki oğlum var. Evdə maşınları ilə oynayırlar və ya bir-birinə riyaziyyat məsələləri deyib həll edirlər. Həyətdəki uşaqların əksəriyyəti söyüş söyür və aqressivdir. Uşaqlarımı onların içərisinə necə buraxa bilərəm?"

Buradan da görünür ki, hər şey ailədə formalaşır və cəmiyyətdə hər kəs bir-birinə təsir edə bilir. Bəlkə də, uşaqlar küçədən küsməyib, sadəcə, əyləncə məfhumlarını qarışdırıblar. Bu gün onlara düzgün yol göstərmək və dünyagörüşlərini, zövqlərini formalaşdırmaq üçün düzgün cəmiyyətdə böyütmək ancaq valideynlərdən asılıdır. 

Milli.Az

loading...

Şərh yaz:

25 Şərh:

  • Anonim
    asi · 12 Yanvar 19:4240

    Bu günkü hər şeyi istehsal edənlər, fikirləşənlər, icad edənlər özləri elə dünənki keçədə oynayanlar deyilmi??).. Bu günün uşaqlarının həyat tərzinin zombiləşməsinin günahkarları əvvəlki uşaqlardı..Bu günün uşaqları da böyüyüb gələcəyin uşaqlarını daha betər məhv edəcəklər..

    Cavab yaz
  • Anonim
    Papatya · 12 Yanvar 19:5940

    Dogurdan ne gozel oyunlar oynardiq. Yeddi şuşe, voleybol, axsamustu dusende gizlenpaçin lezzeti tamam başqa idi) ve.s ve.s amma indi oz ovladimi da qoyarammi bilmirem. Her sey evvelki kimi deyil artiq. Usaqlar da yasindan cox bilirler. İnsanlar da azğinlaşib. Gerek ki mutleq nezaret edesen. Keçmisde uzaqbasi qonsu hay kuye cixib biraz deyinib girerdi içeri.. amma indi bilmirem. Kaş ki texnologiya da bu qeder heyatimiza girmezdi. Sadece telefonlarin fanari funksiyasina qeder inkisaf edeydi. Mumkun deyil tebii ki....

    Cavab yaz
    • Anonim
      ~~~ · 12 Yanvar 20:3900

      Salam Papatya. Haqlısan.Amma Mən özüm nezaret etdiyim halda uşağın kucede oynamasini istəyərəm.Yani oynayırıq da əslində. (O gün sənə bir wey yazmışdım, deyəsən bawa düşmədin.Açıq yaza bilmədiyimcun biraz örtülü yazmışdım amma)

      Cavab yaz
      • Anonim
        Papatya · 12 Yanvar 21:5800

        Salam baci. Foto sehifesinde yazmişdin? En axirinci "cox vaxtim olmur herden salam vererem" demişdin) amma basqa harda yazmişdinsa ola biler gormemişem. Ya da fikirli olmuşam sohbeti tuta bilmemişem:)

        Cavab yaz
        • Anonim
          ~~~ · 12 Yanvar 22:1600

          Yox yağışin kəsməsi ilə bağlı bir wey idi.Sual vermişdim mektebe aid.Demesen bawa düşərəm.Sadəcə marag üçün bilmək istədim.

          Cavab yaz
          • Anonim
            Papatya · 12 Yanvar 22:3300

            Heeee demeli o sen imişsen) sen oldugunu basa duşmezdim onsuzda. Sadece anlayiram ki, buranin daimi amma daimi olmayan adi ile yazan birisidir.Ona gore cavablandirmadim. He men 1nomrelini:)

            Cavab yaz
            • Anonim
              ~~~ · 12 Yanvar 22:4900

              He anladim)

            • Anonim
              Papatya · 12 Yanvar 23:0000

              Opurem oğlunu ve seni(*****)

  • Anonim
    Nerm · 12 Yanvar 20:1110

    Kucelere cixmag olur ki it elinden?Day itler oynuyur qacdi-tutdu ve s.

    Cavab yaz
  • Anonim
    Tovuzlu E · 12 Yanvar 20:1600

    Usaqlarin kuceden kusme sebebi valideyinlerdi Balaca usaqlarin eline verirler telefonu ki başları qarissin, bir az boyuyenden sonra kucede oynamaga qoymurlar, tehlukelidi deye Bir de heç vaxtlari da olmur Mektebe getmeyen usaqlari bele mesgeleye qoyurlar

    Cavab yaz
  • Anonim
    Daglı məhəlləsindən! · 12 Yanvar 21:1340

    Bir zamanlar mən uşaqdım,nə qəmim vardı, Nə də qəm çəkməyə bir vaxtım olardı. Fikrim ancaq küçədə,məhlədə,tindəydi, Gözlüyərdim nə zaman məhlə dolardı..... Gün oldu,ay oldu,il oldu,zaman oldu, O günlər,o aylar,o illər güman oldu. Ver yeyim,ört yatım,əcəb yaxşı peşəydi, Kaş o günlər əlimə bir də düşəydi...

    Cavab yaz
    • Anonim
      asi · 12 Yanvar 21:5230

      Salam..Bəlkə möcüzə olasa, o günlər geri qayıtsa, ünvan olaraq hara qayıtsın??..Mənim yaddaşıma yazılan ilk hadisə, uşaq vaxtı babamın evinin ikinci mərtəbəsindən həyətdəki qapağı açıq su çəninə düşməyimdi)).Uşaqlığımın ondan əvvəlini xatırlamıram). Ilk yaddaş məhsulumdu).Şəkildəki ilk 3 oyunu da uşaq vaxtı çox oynamışam.4-cü şəkil isə, indiki oyun tərzimdi)..3-cü şəkildəki oyundan bir- iki cümləni xatırlayıram." Qalx ayağa qalx, ətrafına bax.Kimi çox istəyirsən, tut ətəniyndən dart", əvvəli yadımda deyil)..

      Cavab yaz
      • Anonim
        Daglı · 12 Yanvar 22:3430

        Salam asi. Mən Daglı məhləsinə qayıtmasını istəyərdim,orda Ata da,Nənə də sag idilər. Biz də uşaq vaxtı samokatla M.Əliyev küçəsiylə üstdən,aşagı güllə kimi şütüyərdik düz Az.Dramanın kruquna qədər,ordan da geriyə samokatlar bizim kürəyimizdə piyada tər tökə-tökə qalxardıq yuxarı.O qədər yada düşən hadisələr var ki...bir dəfə mən də uşaq olanda bıçaqla yer qazanda sol ayagımın üstünə saplamışdım,tikişlərin yeri indiyə qədər qalır)

        Cavab yaz
        • Anonim
          asi · 12 Yanvar 22:4630

          Şərhi oxuduqca fikirləşirəm ki, mən də ən çox həmin səbəblərə görə uşaqlıq illərinə qayıtmaq istərdim.Sonra fikirləşirəm ki, böyük ehtimalla ata baba da öz uşaqlıq illərinə qayıtmaq istəyəcəkdi..Onda mənim işim necə olacaqdı bəs??)..Bu yaxınlarda yadıma düşübki mən babamın ögey anasını da xatırlayıram, hətta o qarını yenidən görmək üçün də gedərdim o illərə).. Yarı zarafat yarı gerçək, xatırlamaq belə özü xoşdu..Bir zamanların uşaqlıq dəcəllikləri indi şirin xatirədi, bıçağın ağrısı belə)..

          Cavab yaz
          • Anonim
            Daglı · 12 Yanvar 22:5700

            Ketdi o günlər,heyif(

            Cavab yaz
          • Anonim
            Daglı · 12 Yanvar 23:3620

            asi,hələ bir az böyüyəndən sonra uçastkovunu bezdirmək kimi bir işlərimiz də var idi).Biri var idi Mərdəkanlı,yazıga Allahın günün vermədik. Sonra böyüdük bizi uşaqının toyuna çagırmışdı. Toyda bizi ortalıga çagıranda, belə çagırdı:-,, İndi də meydana Sovetskinin ən pis uşaqlarını dəvət edirəm"). Biz ortaya çıxanda qayıtdıki,yəni bu həmin uşaqlardı), amma sonra agladı yazıg,qocalmışdı.

            Cavab yaz
      • Anonim
        ~~~ · 12 Yanvar 22:4140

        Mənim yadimdan cixmayan cawib qaz hinine girmeyim və özümü diwletmeyim),qırmızı yayligima görə həyətdəki dəli xoruz dedikləri xoruzun məni ikinci mərtəbəyedək qovmasi, itin zəncirdən qopub məni bütün bağ boyu qaçırtması amma catmamasi),buynuzuna qirmizi lent baglanmiw iri buynuzlu inəyin əlindən son anda xilas olunmağım ),hələ də o qorxular yadımdan çıxmayıb.

        Cavab yaz
        • Anonim
          asi · 12 Yanvar 23:0030

          Sənin uşaqlığın ekstrimal olubki))..inəyin buynuzuna niyə qırmızı lent bağlanmışdıki?? Toyu idi, ya cehiz gəlmişdi???)))..Mən uşaq vaxtı Cəbrayılda babamgilin qonşularının çoxlu hinduşkalarını öldürmüşdüm..Əmimqızı öyrətdiki gəl qarğı ilə vuraq başlarına.Məni öyrətdi özü çəkildi geri)). Mən də birinin başına vurdum yıxıldı durmadı). Sonra bir-bir 10-15 dənə olardı hamısı yıxıldı durmadı)))..

          Cavab yaz
          • Anonim
            ~~~ · 13 Yanvar 00:0320

            Narahat inək idi.Vuragandi. Buynuzunun biri qırıq idi.Deyəsən ehtiyatlı olunsun deyə xəbərdarlıq kimi qırmızı vardı buynuzunda.ya menim yadimda ele bawa duwduyumcun qalib.Çünki biz uşaqlar onu görən kimi qirmizisindan taniyib qaçırdıq. Amma bir dəfə təkləndim. Arxa-arxaya getdikcə o üstümə gəldi. Gedib barı vardı dirəndim ora.Dedim vessalam.Uwaqlar qiwqiriwdi.Həmin vaxt qohumumuz qapıdan çıxıb ineyi qovmasaydi yəqin ki pis bir şey olacaqdı.Hinduwkalara üzüldüm amma (

            Cavab yaz
        • Anonim
          Papatya · 12 Yanvar 23:0320

          Vay niye onlarda bele qiciq yaratmisanmiş ozune qarşi:))) amma xoruz qohumumuzgilde kendde meni de qovub))

          Cavab yaz
          • Anonim
            ~~~ · 12 Yanvar 23:5400

            Hirsli vaxtlarina duwmuwdum yeqin ki)uşaqlığımin en maraqli gunleri o gunler olub amma.(Mən də öpürəm sizi ana-qiz))

            Cavab yaz
  • Anonim
    Предсмертное желание · 12 Yanvar 22:0312

    Hansi cemiyyete??Qoca “baba” deyib kecdiymiz ushaqa tamah salir,pedofiller,zoofiller budur cemiyyet???Qadjetlerde deyil sohbet sadece valideynler ushaqi qorxur buraxmaga..Qonshumda qadin oglunu idmana,mektebe,hazirliqa aparir ozude gozleyir 11 yashli ushaqdir qorxurlar indi valideynler

    Cavab yaz
  • Anonim
    Papatya · 12 Yanvar 22:2430

    İkinci səkil biz "klas-klas" deyirdik:)) men oynadigim daş itmesin deye yuyub temizleyib eve getirirdim oyundan sonra. Asi sen deyen bele başlayirdi- " asinin nenesi şekerbura bisirib, hundurluyu bu boyda(əlimizlə gosterirdik) , alçaqliği bu boyda, ardi sen deyen kimi davam edirdi:)) mektebde "yayliq atdi" meşhur idi ibtidai sinifde. Tenefusde cole cixmayib sinifde oynayirdiq. Yayligi atdigim usaq meni tutmaq isteyende nece qişqirmişdimsa muellim hem qorxmuşdu, hem de o ki var gulmuşdu.

    Cavab yaz
    • Anonim
      asi · 12 Yanvar 23:2430

      Həə ay sağol, yazdın yadıma düşdü, elə idu).. Yaylıq atdı biz də oynamışıq..Birdə qazlar-qazlar deyə çığırdığımız bir oyun var idi, onu oynayırdıq)..Rənglər oyununu da oynamışıq..Bir bir yadıma düşür)..

      Cavab yaz
  • Anonim
    Papatya · 12 Yanvar 22:4820

    Sonra biz bele bir maraqli oyun oynayirdiq demeli kimse uzunu divara cevirib, gozlerini yumurdu. Birden bir reng deyirdi meselen -benovşeyi. Biz kucede tez tapib bir benovşeyi renge toxunmali idik ki, tutmasin bizi. O qeder olub ki, qonsu xalanin ustune qacib paltarin zadin tutmusam reng onun ustunde olduğu ucun:))) (bu movzu yaman ureyimi açdi)

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.