Cəmiyyət

Bakıda "avtoş" piyadanı vurdu

7 Aprel 2010 12:58
Baxış: 167
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hadisə şahidlərinin verdiyi məlumata görə, H.Əliyev prospektinin "Şəfa" stadionunun qarşısından keçən hissəsində "avtoşluq" edən iki "VAZ-2107" markalı avtomobildən biri yolu keçmək istəyən piyadanı vurub. 28-35 yaş arasında olan kişi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Sürücülər isə dərhal hadisə yerindən uzaqlaşıblar.

Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsindən verilən məlumata görə, yaralı təcili yardımla 1 saylı Şəhər Xəstəxanasına çatdırılıb. Hadisə yerində əməliyyat qrupu işləyir. Qəzanı törəfən avtomobil müəyyənləşdirilir.

Xəstəxanadan verilən məlumata görə, hazırda xəstə rentgen müayinəsindən keçir.


ANS PRESS
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.