Cəmiyyət

Qubanın Qırız kəndindəki donmuş şəlaləyə FOTOsəyahət

13 Yanvar 2019 23:16
2 Şərh     Baxış: 8 819
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Quba rayonunun Qırız kəndi Azərbaycan ərazisində ən çox qar düşən yaşayış məntəqələrindəndir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dəniz səviyyəsindən 2 min 200 metr yüksəklikdə yerləşən Qırız kəndi Ağ dağın ətəyində, Qudyalçayın sahilində yerləşir. Bu ucqar dağ kəndinin ətrafında bir necə bulaq, şəlalə və mağara var.

Quba rayonunun gəzməli-görməli yerlərindən sayılan Qırız kəndinə gələn turistlərin sayı son illər xeyli artıb. Xüsusilə əsrarəngiz dağlıq və təbiət mənzərələrini seyr etməyi sevən ekoturizm həvəskarları bura səyahət edir.

Qırıza səyahət turlarının təşkilatçılarından olan Mürsəl Qasımov bildirir ki, turistlər kəndlə yanaşı, buradan 2-3 kilometr məsafədə yerləşən donmuş şəlaləyə ekskursiya etməyi xoşlayırlar. Həm yay, həm də qış aylarında bu şəlalərə yüzlərlə turist səyahət edir. Turistlər Qırız kəndinə kimi avtomobillə, şəlaləyə olan yolu isə piyada gedirlər.

Mürsəl Qasımovun Qırız kəndində səyahət zamanı çəkdiyi fotoları təqdim edirik.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.