Cəmiyyət

“jAzzeri Bands & Art” kubalı Yanssel Castellon və "Los Amigos" qrupu ilə Bakıda - FOTO

27 Noyabr 2018 08:18
0 Şərh     Baxış: 1 144
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Heydər Əliyev Sarayında tanınmış yerli caz ifaçılarının konsert proqramı keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, "jAzzeri Bands & Art" caz musiqisi axşamında Dihaj, Əfqan Rəsul, Nərmin Məmmədli, Elina Maysuradze, Teymur Süleymanbəyli, Nərmin Kərimbəyova, Elvin Bəşirov çıxış ediblər. Konsertin xüsusi qonağı qismində kubalı musiqiçi Yanssel Castellon rəhbəri olduğu "Los Amigos" qrupu ilə birgə çıxış edib. Qrup üzvləri tamaşaçılara Latın Amerikası və Kubanın zəngin musiqi və ritmlərini təqdim ediblər.

Qeyd edək ki, konsertdən öncə Sarayın foyesində caz musiqisini özündə əks etdirən rəsm sərgisi nümayiş edilib.

İnformasiya dəstəyi- Trend.az, Day.az, Milli.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.