Bakıda mənzil almaq istəyirəm - Mixail Turetski
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı qonaqpərvər, möhtəşəm şəhərdir. Görünür ki, paytaxta çoxlu vəsait qoyulub və onun sakinləri üçün sevimli şəhərə çevrilib. Bakıda əla restoranlar, gözəl muzeylər, qeyri-adi qədim memarlıq və XXI əsrin yenilikçi arxitekturası var. Mehmanxanaları, təbiəti və şəhərin havasını çox bəyəndim. Azərbaycanlılar olduqca xeyirxah, qonaqpərvər xalqdır. Mən Heydər Əliyev Mərkəzinin səhnəsindən də dedim ki, Bakıda mənzil almaq istəyirəm. Burada mənalı istirahət etmək və əlbəttə, işləmək olar.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri "Turetski xoru" art qrupunun prodüseri, Rusiyanın Xalq artisti Mixail Turetski deyib. Xəbər verdiyimiz kimi, oktyabrın 10-da Rusiyanın məşhur "Turetski xoru" art qrupu Heydər Əliyev Mərkəzinin səhnəsində çıxış edib. Konserti izləyənlər arasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da olub.
Hələ uşaqlıq illərində oğlanlar xorunun tərkibində Bakıya gəldiyini xatırladan M.Turetski deyib: "Mən o zaman başa düşdüm ki, bu şəhərin özünəməxsus ruhu var. Bakı Sankt-Peterburq, Riqa və Almatı ilə eyni səviyyədə keçmiş Sovet İttifaqının ən parlaq şəhərlərindən biri idi. Bakıya bu gəlişim məndə sensasiyalı, inqilabi təəssürat yaratdı. Mən Köhnə Bakıda şahidi olduğum təmizlik və gözəlliyi heç Qüdsdə də görmədim. Bu çoxmillətli, parlaq, qonaqpərvər şəhərə təkrar qayıtmaq istəyirsən. Bu, qeyri-adi bir hissdir. Tamaşaçılar çox intellektli idi, konsert böyük uğurla keçdi, müxtəlif dillərdə - ingiliscə, italyanca, ispanca mahnılar oxuduq, lakin təmiz azərbaycanca mahnı səsləndirdiyimizdə, zal ayağa qalxdı və bu, xoşbəxt anlar idi. Rusiyalıların və azərbaycanlıların qardaşlığı əbədidir".
Qrupun rəhbəri bildirib ki, noyabrın 30-da qadın kollektivi - "Turetski sopranosu" art qrupu Bakıya qastrola gələcək. Gələn ilin yayında isə qrupun Bakının Azadlıq meydanında böyük konserti olacaq.
"Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva konsertə gəldi və bizə nəzakətlə vaxt ayırdı. Biz incəsənət, yaradıcılıq haqqında danışdıq və qlobal bayram şənliyi barədə birlikdə düşündük. Yəqin ki, növbəti ilin yayında Bakıdakı Azadlıq meydanında pulsuz konsertimiz olacaq və orada ən populyar mahnılarımızı ifa edəcəyik", - deyə M.Turetski qeyd edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Şavkat Mirziyoyev Bakıya yola düşüb
-
Vahid təhsil mühiti, milli dəyərlər və dünyəvilik
-
Azərbaycanda 9-dan 6-ya iş rejimi ləğv olunur?
-
Jurnalistlər kiberdələduzların hədəfində: Saxta zənglərlə hədə-qorxu gəlinir
-
Şəfiqə Nağıyeva kişilərə səsləndi - (Video)
-
İçərişəhərdə rəngarəng "Kəlağayı" yürüşü start götürüb - (Foto)
XƏBƏR LENTİ
-
Şavkat Mirziyoyev Bakıya yola düşüb
-
Arbeloa cərimələndi
-
Vahid təhsil mühiti, milli dəyərlər və dünyəvilik
-
Azərbaycanda 9-dan 6-ya iş rejimi ləğv olunur?
-
Üzeyir Mehdizadənin yeni mahnısı müzakirə yaratdı - (Video)
-
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib - (Foto)
-
Qazaxıstana səfər edənlərin diqqətinə - Yeni tələb qüvvəyə minəcək
-
Jurnalistlər kiberdələduzların hədəfində: Saxta zənglərlə hədə-qorxu gəlinir
-
Goranboyda ağır qəza - 6 nəfər xəsarət aldı
-
Şəfiqə Nağıyeva kişilərə səsləndi - (Video)
-
İçərişəhərdə rəngarəng "Kəlağayı" yürüşü start götürüb - (Foto)
-
Türkiyə millisinə yeni baş məşqçisi namizədi
-
ABŞ bunun üçün səylər göstərir
-
Pünhan Piriyev: “Mənim bürcüm yoxdur” - (Video)
-
Emoməli Rahmon Bakıya gəlir
-
"Barselona"nın ulduzu: "Qulaqlarımız ağrıyır"
-
Paşinyan Naxçıvana gedən dəmir yolu ilə bağlı təklif verib
-
2012-ci ilin rekordu yada düşdü
-
İstanbuldan Azərbaycana dərman vasitələrinin qanunsuz yolla gətirilməsinin qarşısı alınıb
-
Hadisə bacısından danışıb ağladı - (Video)
-
Nəriman "Ərzurumspor"dan ayrılır?
-
Bakıda maşın aşdı, ölənlər var
-
"Seda Sayana dedim ki, “Biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək”"
-
"Survivor"yeni formatıı və rekord mükafatı açıqlandı





