Cəmiyyət

Azərbaycanda 53 yaşlı qadın doğum evində dünyasını dəyişib

10 Oktyabr 2018 07:40
0 Şərh     Baxış: 3 976
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıt şəhərində doğum evində ölüm hadisəsi baş verib.

Milli.Az "report"-a istinadən bildirir ki, hadisə gecə saatlarında 1 nömrəli doğum evində qeydə alınıb.

Şəhər sakini, 1965-ci il təvəllüdlü Ceyran Abdullayeva qarın boşluğunda kəskin ağrılarla bağlı Sumqayıt şəhər 1 nömrəli Doğum Evinə müracət edib. O, bir gün sonra xəstəxanada dünyasını dəyişib.

İlkin məlumata görə, 53 yaşlı qadına əməliyyat zamanı verilən narkozun dərəcəsi yüksək olub. Bu səbəbdən onun ürəyi dayanıb. Xəstəxanadan isə bildirilib ki, C.Abdullayeva ginekoloji xəstə olub və xəstəxanaya gec müraciət edib. O, uşaqlığın düyünlü simptomlu fibranomiyası diaqnozu ilə əməliyyat alınıb. Bir gün sonra qadının vəziyyəti qəfildən pisləşib və o, kəskin ürək-damar çatışmazlığından dünyasını dəyişib.

Hazırda C.Abdullayevanın hansı səbəbdən dünyasını dəyişməsi Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin verdiyi rəydən sonra məlum olacaq.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.