"Qalatasaray" yeni mövsüm üçün heyət planlamasında ciddi addımlar atır.
Milli.Az türk mediasına istinadla xəbər verir ki, son matçlarda performansları gözləntiləri doğrultmayan Davinson Cuesta və Dries Mertenslə yolların ayrılacağı bildirilir.
Müdafiəçi Cuesta xüsusilə Kasımpaşa ilə oyunda etdiyi penalti ilə tənqid hədəfinə çevrilib. Klub 8 milyon avroya transfer etdiyi futbolçunu yayda yaxşı təklif olarsa, satmağı planlaşdırır.
Digər tərəfdən, ötən mövsüm futboldan ayrılmaq istəsə də, "Qalatasaray"ın təkidi ilə bir il daha oynamağa razılaşan Mertensin zəif forması onun gələcək planlarına təsir edib. 37 yaşlı futbolçuya mövsüm sonunda yeni müqavilə təklif edilməyəcək və onun "Napoli"nin məşqçilər heyətinə qoşulacağı ehtimal edilir.
Fidan
Milli.Az