Ölkə

65 nəfərin diplomu tanınmadı

6 Mart 2025 18:40
Baxış: 376
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fevral ayı üzrə xaricdə təhsil almış 613 müraciətçinin 548-i barədə diplom tanınması ilə bağlı müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 65 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Bu barədə Milli.Az-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.

Bildirilib ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbi ilə 47, "Açıköğretim" təhsil forması səbəbilə 6, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 4, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması və əhəmiyyətli fərq səbəbi ilə 3, baytarlıq ixtisası üzrə qiyabi formada təhsil alınması səbəbilə 2, ekvivalenti olmayan ixtisas səbəbilə 2, bakalavr diplomu üzrə imtina verilmə səbəbilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə ən çox müraciət Rusiyadan (166), Ukraynadan (158), Türkiyədən (148), Belarusdan (43) və Gürcüstandan (21) olub.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq ixtisası üzrə 128, tibb ixtisası üzrə 52, yanğın təhlükəsizliyi mühəndisliyi ixtisas üzrə 43, həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi ixtisası üzrə 39, stomatologiya ixtisası 27 müraciət qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.