Tramp Çini sıxışdırmağa davam edir: Panama təslim oldu
"Panama Prezidenti Xose Raul Mulino ölkəsinin Çinin "bir kəmər, bir yol" təşəbbüsündən çıxdığını bəyan edib. Buna baxmayaraq, Mulino Çinlə dilpomatik əlaqələri kəsməyəcəyini bildirib".
Milli.Az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, ABŞ Prezidenti Donald Trampın Panamaya təzyiqi nəticə verib.
"Tramp Konqresdəki son çıxışında ABŞ-ın Panama kanalına sahiblənəcəyi fikrini bir daha təkrarlamışdı. Ağ Ev sahibi hələ ki, buna nail olmasa da, Panama faktiki Vaşinqton qarşısında ağ bayrağını qaldırıb. Vaşinqton müstəqil dövləti Çinin layihəsindən çıxmağa məcbur edib. Trampın təlimatıyla dövlət katibi Marko Rubio fevralın 1-də Panamaya səfər etmişdi. Rubio Trampın xəbərdarlığını şəxsən Panama Prezidentinin diqqətinə çatdırmışdı. Bu səfərdən sonra Panama iki qərarını açıqladı. Birincisi, bundan sonra ABŞ-ın hərbi gəmiləri kanaldan keçərkən rüsum ödəməyəcəklər. İkincisi, Panama Çin şirkətləriylə kanal ətrafındakı limanların işlədilməsi müqaviləsinin müddətini uzatmayacaq".
Politoloq qeyd edib ki, Pekin Panamanın qərarından təəssüfünü bildirib.
"Çinlə Panama arasında əməkdaşlıq müqaviləsi 2017-c ildə imzalanmışdı. Çin şirkətlərinin Panama ətrafındakı limanları işlətməsiylə bağlı saziş isə daha əvvəl 1997-i ildə imzalanmışdı. Panama rəhbərliyi bu yolla Çin kapitalını cəlb etməyi planlaşdırırdı. Bu planlar reallaşmağa başlayarkən, Tramp işlərin gedişini pozdu. İndi Panama dövləti ümid edir ki, Çin kapitalını ABŞ kapitalı əvəz edəcək. Bundan başqa Panama dövləti Çinlə hərbi əməkdaşlığa da son verəcək. Son illərdə Çinin və Panamanın sərhəd xidməti, hərbi-hava və hərbi-dəniz qüvvələri arasında da əməkdaşlıq genişlənmişdi.
Tramp administrasiyasının Panamada əldə etdiyi qələbəsi ABŞ-Çin qarşıdurmasını daha da gücləndirəcək. Görünür, Tramp Çini başqa bazarlardan da sıxışdırmağa çalışacaq".
Aysel Əkbər
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - (Video)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı videoçarx yayımlanıb - (Video)
-
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırıb
-
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
-
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik edib
-
Əvvəl çevriliş planı, sonra neft payı, indi isə nankorluq ittihamı: Ankaraya tarixi xatırladaq
XƏBƏR LENTİ
-
Yumurta qan şəkərinə necə təsir edir?
-
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
-
İlboyu səyahəti üçün ən isti yerlər
-
Alimlər açıqladı: Valideynlər ən çox hansı övladını sevir?
-
Bir cüt qolu və iki başı olan uşaq doğuldu
-
Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - (Video)
-
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
-
4 gün ardıcıl iş olmayacaq
-
Günün qoroskopu: Bu gün keçmişinizdən dərs almaq üçün əla gündür
-
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
-
Alyona Əliyeva Anar Hüseynzadənin "O" adlı sərgisindən görüntülər paylaşıb - (Foto)
-
Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
-
Navainin keçmiş sevgilisi: "Danışmağa başlasam, heç kimin xoşuna gəlməyəcək" - (Foto)
-
Messinin "Barselona"da debütündən 22 il ötür - (Video)
-
İstanbulda yağışa görə imtahanlar dayandırıldı
-
“Muhtemel aşk” final edir
-
Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - (Video)
-
Balde “Barselona”dan gedə bilər
-
“Hamı yazır ki, görəsən, kimin əridir?” - Renka - (Video)
-
Türkiyəyə səs salan qətllə bağlı qərar verildi - (Foto)
-
Ramiz Mehdiyevin kürəkəni məhkəmə binasını belə tərk etdi - (Video)
-
Arda Güler daha 5 il "Real"da
-
Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi
-
Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - (Video)





