"Şərəf, ləyaqət və işgüzar nüfuzun qorunması, o cümlədən, fikir və söz azadlığına hörmət və eləcə də, sağlam və əsaslı tənqidə münasib şəraitin yaradılması demokratik dəyərləri özündə cəm edən hər bir dövlətin ümdə vəzifələrindən sayılır". Ombudsman bunu Milli Məclisin bu gün keçirilən iclasında 2009-cu ilin yekunları ilə bağlı hesabatında deyib.
Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov bilıdirib ki, insanın ləyaqəti hər şeydən üstündür və bu səbəbdən "Diffamasiya haqqında" qanunun qəbulu hazırkı şəraitdə yolverilməzdir. Onun fikrincə, bu qanunun qəbulu Azərbaycanda mətbuatla cəmiyyət arasında daha ciddi qarşıdurmanın yaranması ilə nəticələnə bilər.
"Bu qanun Avropanın bir sıra ölkələrində qəbul olunmadığı halda, biz niyə layihəni müzakirəyə çıxarmalıyıq?" Bunu isə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. O bildirib ki, bu qanunu, ilk növbədə, həmin Avropa dövlətləri qəbul etdikdən sonra, layihənin müzakirəyə çıxarılması Azərbaycan hökuməti qarşısında şərt kimi irəli sürülə bilər: "Azərbaycandan bu qanunu tələb edənlər ölkəmizdə xaos yaradılmasında maraqlıdırlar".
Qeyd edək ki, "Diffamasiya haqqında" qanun layihəsi 2005-ci ildə ATƏT-in Bakı ofisinin dəstəyi ilə hazırlanıb. Onu hazırlayan işçi qrupa millət vəkillləri Qənirə Paşayeva, Azay Quliyev, jurnalist təşkilatlarının nümayəndələri, hüquqşünaslar daxildir. Beynəlxalq təşkilatlar hesab edirlər ki, təhqirə və böhtana görə cinayət məsuliyyəti nəzərdə tutulan 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri Cinayət Məcəlləsindən çıxarılmalıdır.
"Diffamasiya haqqında" qanun layihəsinin qəbulu ilə bağlı 2009-cu ilin mayında 6 jurnalist təşkilatı - Azərbaycan Jurnalistlər Birliyi, Nəcəf Nəcəfov Fondu, Jurnalistika və İnkişaf Mərkəzi, "Yeni Nəsil" Jurnalistlər Birliyi, Azərbaycan Media Mərkəzi və Demokratik Jurnalistlər Liqası Parlamentə müraciət etmişdi. Sonradan həmin müraciətə 400-ə yaxın KİV nümayəndəsi, jurnalist təşkilatlarının üzvləri də qoşulub. Qanun layihəsi ATƏT-in ekspertizasından keçirilib.
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Ombudsman “Diffamasiya haqqında” qanun layihəsinin qəbulunun tərəfdarıdır
2 Aprel 2010 14:24
Baxış: 308

DİGƏR XƏBƏRLƏR
-
Azərbaycandan İrana gedənlər çoxalıb - statistika
-
“Uşaq təhsili unudulub - Binalar bağçasız tikilir” - Parlamentdə məsələ qaldırıldı
-
Turist axını qiymətləri "qızışdırdı" - Bölgələrdə kirayə ev tapmaq çətinləşir
-
Məktəbli formaları dəyişəcək? – Nazir aydınlıq gətirdi
-
100 manata 9 sm boy uzanması: Azərbaycanda yeni dələduzluq?
-
AZSTAND Azərbaycan milli mətbuatının 150 illiyinə həsr edilmiş seminar keçirib - FOTOlar
XƏBƏR LENTİ
-
Xaricdən Azərbaycana yatırılan investisiyaların həcmi açıqlandı
-
Oğlunun bu hərəkəti Nazpərini ağlatdı - VİDEO
-
Bibliyanın xəbərdarlığı reallaşır: Nəhəng çay quruyur - Təhlükə nədir?
-
Marsda yaşamaq, həbsxana həyatından çox da fərqli olmayacaq
-
Azərbaycanda 1 yaşadək uşaqlar ən çox bu səbəblərdən ölür
-
Kondisioner bu xəstəlikləri müalicə edirmiş - bir şərtlə
-
Türk seriallarının ulduzu TANINMAZ HALDA: "parik" qoyurmuş... - FOTO
-
“Real”ın yeni ulduzunun sevgilisi gözəlliyi ilə göz qamaşdırdı - FOTOlar
-
Mələkxanım Eyubovadan səhhəti ilə bağlı açıqlama
-
Tovuzda dönərdən zəhərlənən şəxslərin yaxınları baş verənləri DANIŞDI - VİDEO
-
Ronaldu qərarını verdi - Müqavilə imzalanır
-
Azərbaycanda Məhərrəm ayı başlayıb
-
Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib - VİDEO
-
Sabitlik və qürur sütunu - 107 illik şərəfli tarix
-
Günün qoroskopu: Sevgi münasibətlərində dərin söhbətlərə fürsət yaranır
-
İki illik evlilikləri bitir - FOTO
-
"Tək gözlə imtahandan 55 bal topladım" - Gözünü arı sancan müəllim
-
Vüsaldan ilk açıqlama!
-
Şəbnəm Tovuzlunu “dollar yağışı”na tutan ailə narkotacir imiş - VİDEO
-
Benzini "klik" səsindən sonra doldurmayın - XƏBƏRDARLIQ
-
Azərbaycandan İrana gedənlər çoxalıb - statistika
-
Talıb Talenin xanımına qoyduğu qadağa
-
Çörək ilə bağlı ciddi XƏBƏRDARLIQ
-
Belə yuxular görənlər tez ölür