Cəmiyyət

Mübah əməl nə deməkdir?

5 İyul 2018 23:15
0 Şərh     Baxış: 3 168
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İslam şəriətində əməllər 5 əsas qrupa bölünür. Vacib əməllər o əməllərdir ki, onları yerinə yetirmək zəruridir, onları pozmaq isə Allahın cəzasına səbəb olur. Müstəhəb əməllərə görə insana savab verilər, onları etməməyə görə isə cəza qazanılmaz. Məkruh əməl edən şəxs cəza almaz, amma savab da qazanmaz, bunlar Allahın bəyənmədiyi əməllərdir. Haram əməlləri isə Allah qadağan etmişdir, kim bunlara yol versə, cəzalanar.

Milli.Az islam.az-a istinadən bildirir ki, bu dördündən başqa əməllər mübah kateqoriyasına aiddir. Yəni onların yerinə yetirilməsi öz-özlüyündə nə savaba, nə də günaha səbəb olar. Məsələn, yemək, yatmaq, danışmaq və s. Amma mübah əməlləri müstəhəb və məkruha, vacib və harama çevirmək olar. Məsələn, yemək mübah əməldir. Amma donuz əti yemək haramdır, həddindən çox yemək məkruhdur, az yemək, sağ əlin üç barmağı ilə yemək müstəhəbdir, halal qida yemək vacibdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.