Cəmiyyət

Günün qoroskopu

2 Aprel 2010 07:00
Baxış: 369
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Göylərin mənzərəsi

02 aprel cümə, 18-ci Ay günü, Günəş - Qoçda, Ay - Oxatanda, Merkuri - Qoçda, Venera - Buğada, Mars - Şirdə, Yupiter - Balıqlarda, Saturn - Tərəzidə, Uran - Balıqlarda, Neptun - Dolçada, Pluton - Oğlaqda.

Münəccim öncəgörümləri

Qoç - Özünüzü güclü, hər bir işə əliçatan görəcəksiniz. Maddi durumunuzu yaxşılaşdırmaq imkanlarınız genişdir. Hər sözünüz keçir, sevgi sahəsi isə problemlidir.

Buğa -  İşləriniz alınmır. Biznes planlarını həyata keçirmək mümkün deyil. Buna rəğmən insanlarla ünsiyyətiniz və sevgi məsələlərini ürəkaçan müstəvidədir.

Əkizlər -  İşləriniz alınacaq. Özünüzü güclü hiss edəcəksiniz. Sevgi problemlərindən başqa hər işiniz uğurla həll olunacaq.  

Xərçəng -  Günün ovqatı sizin əsəblərinizi tarıma çəkib. Heç kəsə öz həqiqətlərinizi sübut edə bilmirsiniz. Maddi durumunuz pisdir.

Şir  -  Güclü olduğunuzu hamıya sübut edə biləcəksiniz. Maddi imkanlarınızı artırmaq şanslarınız çoxdur. Sevgi münasibətlərindən başqa hər işiniz qaydasındadır.

Qız - Problemli gündür. Hamı ilə münasibətləriniz yaxşı olsa da, əməli nəticələriniz yoxdur. Əsəbilərinizi gərməyin, səhhətinizin qayğısına qalın.

Tərəzi - İşləriniz alınacaq. Ünsiyyətlərinizdən istifadə edib ən çətin problemilərinizi həll edə bilərsiniz. Sevgi münasibətləri isə yoluna düşmək üçün vaxt istəyir.

Əqrəb -  İşləriniz yaxşı getmir. Bu sizə hərtərəfli başağrısı gətirir. Maddi durumunuzun problemli olmağı nəzərdə tutduğunuz planları gerçəkləşdirməyə maneə olur.  
 
Oxatan -  İşləriniz ürəyiniz istəyəndən də çox yaxşı alınacaq. Romantik əhval-ruhiyyəniz yüksək olacaq. Sevgi problemləriniz meydana çıxacaq. Bu sizə rahatlıq gətirəcək. Maddi probleminizi həll edə biləcəksiniz.

Oğlaq -  Heç bir işiniz alınmayacaq. Çalışmalarınızda heç bir əməli nəticə yoxdur. Gücünüzü daha uğurlu məqam üçün qoruyub saxlayın. Səhhətinizə qarşı diqşətli olun.

Dolça - Gücünüzdən səmərəli istifadə etsəniz, həm maddi imkanlarınızı genişləndirər, həm də həll olunmamış problem qoymazsınız. 

Balıqlar - İşləriniz yaxşı getmir. Hər tərəfdən problemlərlə üzləşirsiniz. Ancaq problemlərin hamısını həll etmək üçün kifayət qədər gücünüz olduğuna əminsiniz.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.