Günün qoroskopu
2 Aprel 2010 07:00
Göylərin mənzərəsi
02 aprel cümə, 18-ci Ay günü, Günəş - Qoçda, Ay - Oxatanda, Merkuri - Qoçda, Venera - Buğada, Mars - Şirdə, Yupiter - Balıqlarda, Saturn - Tərəzidə, Uran - Balıqlarda, Neptun - Dolçada, Pluton - Oğlaqda.
Münəccim öncəgörümləri
Qoç - Özünüzü güclü, hər bir işə əliçatan görəcəksiniz. Maddi durumunuzu yaxşılaşdırmaq imkanlarınız genişdir. Hər sözünüz keçir, sevgi sahəsi isə problemlidir.
Buğa - İşləriniz alınmır. Biznes planlarını həyata keçirmək mümkün deyil. Buna rəğmən insanlarla ünsiyyətiniz və sevgi məsələlərini ürəkaçan müstəvidədir.
Əkizlər - İşləriniz alınacaq. Özünüzü güclü hiss edəcəksiniz. Sevgi problemlərindən başqa hər işiniz uğurla həll olunacaq.
Xərçəng - Günün ovqatı sizin əsəblərinizi tarıma çəkib. Heç kəsə öz həqiqətlərinizi sübut edə bilmirsiniz. Maddi durumunuz pisdir.
Şir - Güclü olduğunuzu hamıya sübut edə biləcəksiniz. Maddi imkanlarınızı artırmaq şanslarınız çoxdur. Sevgi münasibətlərindən başqa hər işiniz qaydasındadır.
Qız - Problemli gündür. Hamı ilə münasibətləriniz yaxşı olsa da, əməli nəticələriniz yoxdur. Əsəbilərinizi gərməyin, səhhətinizin qayğısına qalın.
Tərəzi - İşləriniz alınacaq. Ünsiyyətlərinizdən istifadə edib ən çətin problemilərinizi həll edə bilərsiniz. Sevgi münasibətləri isə yoluna düşmək üçün vaxt istəyir.
Əqrəb - İşləriniz yaxşı getmir. Bu sizə hərtərəfli başağrısı gətirir. Maddi durumunuzun problemli olmağı nəzərdə tutduğunuz planları gerçəkləşdirməyə maneə olur.
Oxatan - İşləriniz ürəyiniz istəyəndən də çox yaxşı alınacaq. Romantik əhval-ruhiyyəniz yüksək olacaq. Sevgi problemləriniz meydana çıxacaq. Bu sizə rahatlıq gətirəcək. Maddi probleminizi həll edə biləcəksiniz.
Oğlaq - Heç bir işiniz alınmayacaq. Çalışmalarınızda heç bir əməli nəticə yoxdur. Gücünüzü daha uğurlu məqam üçün qoruyub saxlayın. Səhhətinizə qarşı diqşətli olun.
Dolça - Gücünüzdən səmərəli istifadə etsəniz, həm maddi imkanlarınızı genişləndirər, həm də həll olunmamış problem qoymazsınız.
Balıqlar - İşləriniz yaxşı getmir. Hər tərəfdən problemlərlə üzləşirsiniz. Ancaq problemlərin hamısını həll etmək üçün kifayət qədər gücünüz olduğuna əminsiniz.
Milli.Az