Kompot bir və ya bir neçə meyvənin qarışımından hazırlanan spirtsiz içkidir. Kampotun hazırlanmasında təzə və ya dondurulmuş meyvələrdən və şəkər tozundan istifadə edilir. Kompot yay aylarının ən çox sevilən sərinləşdirici içkilərdən hesab edilir.
Kampotu ilk dəfə Fransızlar hazırlayıb. Onu ilk dəfə XVIII əsrtdə Fransada hazırlayıblar. Həmin zaman ilk dəfə meyvə püresi hazırlanmış və sonra onun üzərinə su əlavə edilərək dadlı meyvə içkisi əldə edilmişdir. Kompotun dadı və ətri onun hazırlanmasında istifadə edilən meyvənin növündən asılı olaraq fərqli olur. 500 qram mevədən kompot hazırlamaq üçün 3-4 litr su və 200-300 qram şəkər tozu lazım olur. Kompotu konservləşdirərək qışa saxlamaq mümkündür.
Kompot aşağıdakı qaydada hazırlanır.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, kompot saxlamaq üçün istifadə ediləcək bankalar yuyulub sterlizasiya edilir. Sağlam meyvələr yuyulur və qurulanır. Kompotun hazırlanması zamanı iri meyvələrdən istifadə ediləcəksə o zaman meyvələr doğranır. Kompotu giləmeyvələrdən hazırladıqda buna ehtiyac olmur. Doğranmış meyvələr və ya giləmeyvələr bankalara tökülür və üzərinə şəkər əlavə edilir. Kənarda su qaynadılır və bankalar qaynar su ilə doldurulur, qapağı örtülür. Bankalar suda 10 dəqiqə qaynadılır. Kampotun hazırlanmasında istifadə edilən banka və onun qapağı qaynar buxarda və ya mikrodalğalı sobada sterlizasiya olunmalıdır. Kompotu 1 il müddətinə saxlamaq mümkündür.
Kompotun faydalı xüsusiyyətləri
Hazırlandığı meyvələrin tərkibindən asılı olaraq kompotun tərkibində müxtəlif bioloji aktiv maddələr, orqanik turşular, vitaminlər və minerallar olur. Onun tərkibindəki faydalı maddələrin korlanmaması üçün kompotu qaynadarkən bankanın qapağını örtmək lazımdır.
Kompot kalorili içkilərdən hesab edilir. Mütəxəssislər şəkərli diabet xəstələrinə kompotun şəkərdən yox, fruktozadan hazırlanmasını məsləhət görürlər. Soyuqlama, anemiya, zəiflik, qaraciyər, mədə və böyrək xəstəlikləri zamanı kompot içməkdə fayda var. Onu körpə uşaqlara da vermək olur. Yeni doğulmuş uşaqlarda bağırsaq sancılar olduğu zamanlarda mədə mikroflorasının yaxşılaşdırılması məqsədilə ona az miqdarda kişmiş kompotu vermək olur. Bu zaman kişmiş qaynamış su ilə yuyulur və üzərinə qaynar su əlavə edilib 30 dəqiqə qaynadılır. Bu zaman 5-10 ədəd kişmişin üzərinə 200 ml qaynar su tökmək lazımdır. Qaynadıqdan sonra kişmiş kompotu kənarda yarım saat saxlanılır. Kompot yüksək tempraturu aşağı salır. İtburnu kompotunun tərkibi vitamin, mineral və turşularla zəngindir. Soyuq havalarda bir çox xəstəliklərrdən qorunmaq üçün ən yaxşı profilaktik müalicə itburnu kompotudur.
Kompotun zərərli xüsusiyyətləri
Böyrək çatışmazlığından əziyyət çəkənlərə və hamilələrə çoxlu miqdarda kompot içmək məsləhət görülmür. Bu orqanizmdə artıq mayenin yığılmasına və böyrəklərin yükünün artmasına səbəb olur.
Mədə turşuluğu çox olanlara turş meyvələrdən və giləmeyvələrdən hazırlanmış kompot içmək məsləhət görülmür.
Milli.Az
Cəmiyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Kompotun faydaları
2 İyun 2018 20:20
1 Şərh
Baxış: 14 216

DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: Yaxşı məsləhət alın
-
ÜST-nin Azərbaycandakı nümayəndəliyi media nümayəndələri ilə bir araya gəldi - FOTOlar
-
Sözə Tanrının gözü ilə baxan adam.. - YUNUS OĞUZ - 65
-
İlham Əsgərova ağır itki - FOTO
-
Günün qoroskopu: Özünüzlə bağlı böyük bir qərar verə bilərsiniz
-
Azərbaycanda qadın sevgilisinə görə 6 uşağını atdı - efirdə yerə SƏRİLDİ
XƏBƏR LENTİ
-
Bu il ali məktəblərə qəbul planı 90 faizdən artıq dolacaq - DİM sədri
-
İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub - FOTO
-
Şans qapınızı döyür - İyulun ortasında parlayacaq 4 BÜRC
-
Ermənistanda nazir işdən çıxarıldı - FOTO
-
BDYPİ sürücülərə növbəti dəfə xəbərdarlıq edib
-
Gənc yazıçımız Türkiyədə ağır qəzaya düşdü - Vəziyyəti ağırdır - FOTO
-
"Qalatasaray" rəhbərliyi İkardiyə qəzəbləndi
-
Bu rayonda su olmayacaq - Qəza baş verdi
-
4 kənd təcili boşaldıldı - Yanğın genişlənir
-
İran naməlum tanker ələ keçirdi - Saxlanılanlar var
-
Birinci Qarabağ müharibəsində itkin düşən daha bir hərbçi dəfn olunacaq
-
"Trampın üzünə telefonu qapadım" - BBC-nin müxbiri
-
İyulun 16-dan bu ölkəyə vizasız gedəcəyik
-
Klublar dünya çempionatında "qaz vurub, qazan doldurdular"
-
Dünya onu gözəlliyi ilə tanıdı - Bu FOTOları ilə interneti fəth etdi
-
Daha bir maye qazdoldurma məntəqəsinin istismarı dayandırıldı - VİDEO - FOTOlar
-
Tanınmış türkiyəli aktyor vəfat etdi - FOTO
-
MMA döyüşçüsü küçədə belə güllələndi - VİDEO
-
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfərə gəlib - FOTO
-
Azərbaycanda kütləvi dava - Xəsarət alanlar var
-
Azərbaycanda bu valyuta gözlənilmədən bahalaşdı - RƏSMİ
-
Bu kredit təşkilatı bağlandı - RƏSMİ
-
"Altı aydır sənsizəm" - FOTO
-
“Evlənmədim, çox xoşbəxtəm...” - Teymur Əmrah